Birinci yeri tutan gimnast: Daxili yarışlar özümüzü inkişaf etdirməyimizdə böyük rol oynayır
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Daxili yarışlar özümüzü inkişaf etdirməyimizdə böyük rol oynayır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Dəniz Əliyeva qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinin mükafatlandırma mərasimindən sonra deyib.
Çoxnövçülük proqramı üzrə birinci yeri tutan idmançı yaxşı nəticə göstərmək üçün çox çalışdığını bildirib: "Yarışa hazırlıqlarımız yaxşı keçmişdi. Rəqiblər də güclü idi. Burada yaşından və nəticəsindən asılı olmayaraq bütün gimnastların potensialı yüksəkdir. Hamı medal qazanmaq üçün çalışırdı. Düşünürəm ki, medallarımın sayı daha çox ola bilərdi. Fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün çox sevincliyəm".
Qeyd edək ki, ölkə çempionatına noyabrın 26-da yekun vurulacaq. Son yarış günündə idmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda qüvvələrini sınayacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 25 Noyabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















