Birinci yeri tutan belaruslu gimnast: Bu medal mənim üçün böyük motivasiyadır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəki, 2 oktyabr, AZƏRTAC
Çox xoşbəxtəm. Uzun müddət bu an üçün çalışdıq. Bu medal mənim üçün böyük motivasiyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında batut gimnastikası üzrə qadınların komanda yarışlarında qızıl medal qazanan Belarus yığmasının üzvü Vialeta Bardzilouskaya deyib.
İdmançı yüksək səviyyədə çıxış etdiklərini bildirib: “Komandama görə çox şadam. Yarış zamanı gərgin anlar oldu, amma özümə güvəndim və məşqdə etdiklərimi yerinə yetirdim. Bütün rəqiblərimiz çətin idi. Düşünürəm ki, yaxşı mübarizə getdi. Zal ümumiyyətlə möhtəşəm idi və çox xoşuma gəldi. Şəki Olimpiya Kompleksində təşkilatçılıq yüksək səviyyədədir".
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















