Icma.az
close
up
RU
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? AÇIQLAMA

Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Artıq 19 ilə yaxın müddətdir ki, Böyük Britaniyada müəyyən hadisələr cərəyan edir və bu məsələ beynəlxalq ictimaiyyətin gözündən yayınmayıb. Belə ki, 2008-ci ildə başlayan qlobal qitisadi böhrandan sonra bu ölkənin baş nazir vəzifəsinə gələnlərdən yalnız Devid Kameron maksimum müddətdə qala bilib, hətta 1 il artıq. Yəni, Toni Bleyrdən sonra vəzifəyə gələnlərin hamısı maksimum 3 il postunda qala bilir. Hətta sanki Devid Kamerondan sonrakılar ölkədəki vəziyyətind düzəlməsi üçün heç nə edə bilmirlər, cəmi 1-2 il sonra əhali tərəfindən göndərilirlər. Tereza Mey və Boris Conson 3 il, Liz Trass 45 gün, Rişi Sunak 2 il, indi isə Kir Stramerin hələ 2 ili tamamlanmadan göndəriləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu qədər tez-tez baş naziri dəyişən ölkə bəs necə idarə edilir? Baş nazir vəzifəsinə gəlib-gedənlər niyə qalıb əhaliyə xidmət etməyi seçmirlər? Hətta maliyyəçi Rişi Sunak belə 2 il ərzində ölkəni böhrandan xilas edə bilmədi. Böyük Britaniyada nə baş verir?

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Avtosfer.az-a verdiyi müsahibədə bildirib ki, Birləşmiş Krallıqda baş nazirlər bir fiqur rolunu oynayır. Təbii ki, burada həm Boris Conson, həm Lizz Trass, həm Rişi Sunak, eləcə də hazırkı Baş nazir Kir Starmerin özü də hakimiyyətdəki fiqurlardan biridir. Başqa heç bir rolu yoxdur.

“Çünki bu ölkədə legitimliyin mərkəzi kral ailəsidir. Gücün mərkəzi də ailədir. Ancaq ona baxmayaraq, Böyük Britaniyada elə bir sistem var ki, baş nazirlər burada kral ailəsinin qurbanı deyil, sistemin qurbanlarına çevrilirlər. Çünki onlar bu sistemi yönəldə bilmirlər və sistemi yönəldə bilmədiklərinə görə də məcbur olub vəzifədən gedirlər.

Məsələn Lizz Trass 45 gün içində getdi, çünki həmin müddətdə heç nə edə bilmədi. Yəni hər birinin özünə görə arxalanacağı bir yer var. O arxalanacağı dayaqlar da onların atdıqları addımlara görə çökməyə başlayır.

Çünki bu ölkədə ən böyük güc mərkəzi birinci növbədə maliyyə mərkəzləridir. Arxa fondakı maliyyə mərkəzlərindən sonra media və təbii ki, güc elitası bu adamların arxalandığı əsas qüvvələrdir. Bu güc elitasını mütləq şəkildə nəzərə almaq lazımdır. Çünki güc elitası və maliyyə mərkəzləri, eyni zamanda da medianın gücünün vəhdəti kral ailəsinin və ümumiyyətlə Britaniyanın ümumi vəhdətinin möhkəmləsinə və onun hakimiyyətinin quruluşuna gətirib çıxardır. Çünki gedən proseslər mediada işıqlananda mərkəzi elitanın, oradakı aristokratiyanın yürütdüyü siyasət və təbii ki, güc mərkəzləri, yəni maliyyə ayran mərkəzləri, bunların vəhdəti tamamilə daxildə dərin bir dövləti yaradır. Kral ailəsi hər zaman legitim bir güc olub, ancaq o heç vaxt siyasətə birbaşa qarışmayıb. Qarışmamaqla bərabər arxa planda təbii ki, öz sözünü deyib və burada da onun sözünü keçirməməsi mümkün deyil. Lakin dövlətin quruluşu parlamentli monarxiya olduğuna görə kral siyasi mövzulara tam qarışır. Kral ailəsinin gücü təbii ki, var, mümkündür və burada kraliçanın və ya kralın baş nazirlərinin başını yeməsi fikri biraz düzgün çıxmır. Çünki onlar özləri hazırkı böhrandan baş aça bilmirlər, onu həll etməyi bacarmırlar.

Məsələn, Boris Conson Brexitlə bağlı məsələdə uzun müddət işlər gördü. Sonda Avropanı Brexit edərək öz ölkəsini buradan ayırdı. Bu nəyə gətirib çıxardı? Böyük Britaniya Avropadan ayrıldı, tək qaldı, yenə də görülən güc mərkəzi olaraq qaldı. Ancaq bugün daxildə görünür ki, İngiltərənin həm iqtisadi baxımdan zəifləməsi, həm Avropa Birliyində olduğu müddətdə və ondan da sonra, həm də Brexitdə olduğu müddətdə zəifləməsi, ölkəni sarsıtmağa başladı. Elitanın burada verdiyi reflekslər oldu və bu, Consonun verilən reaksiyaları nəzərə almadan xalqa arxalandı, bu da onu hakimiyyətdən göndərdilər. Təbii ki, elita onun postda qalmasına şərait yaratmazdı. Sistemlə bacara bilmədi. Ümumiyyətlə, baş nazirlərin heç biri sistemlə bacara bilmir.

Rişi Sunaka gəlincə, o, maliyyəçidir, bankirdir. o da maliyyə güclərinə arxalanaraq elitanı və xalqı arxa plana qoydu.

Bu da təbii ki, ona gətirib çıxardı ki, o da vəzifədən kənarlaşdırıldı. Sistem istər-istəməz bunları özü yeməyə başlayır və təbii ki, kral ailəsi də həm iqtisadi baxımdan, həm siyasi baxımdan gücünü itirməməsi, bütövlükdə dövlət özü öz gücünü itirməməsi, tamamilə Amerikanın əlinin altına iqtisadi və siyasi baxımdan düşməmək üçün bu fiqurları dəyişməyi daha üstün tutur. Hakim ailə o zaman xalqı yönəldirirlər bu baş nazirlərin üstünə və söyülən təbii ki, baş nazirlər olur və fiqur olaraq dəyişir. Belə olan halda, insanlar yeni bir siyasət, yeni adımlar gözləyirlər. Ancaq böhranın məhz sistemin içində olduğunu insanlar tamamilə başa düşə bilmədiyinə görə gələn baş nazirin pis olduğunu düşünürlər və baş naziri dəyişəndə hər şeyin düzələcəyinə ümid edirlər.

Jim Steimer də eyni bir vəziyyətdədir. Onun da bir müddət sonra bu böhrana uyğun gələ bilməyəcəyi aydın şəkildə görünür. Uzun müddətdir arxa planda dünya siyasətini Britaniyanın yönəltdiyini düşünürdük. Ancaq bu gün artıq biz görürük ki, Amerika bir növ İngiltərəni üstələməyə başlayıb. Bu da təbii ki, İngiltərənin siyasətinə uyğun gəlməyən bir məsələdir. Ona görə də İngiltərə bu məsələdə özünün həm iqtisadi, həm də siyasi vəziyyətinin itirilməsini qəbul edə bilmir.

Bütün bunlar kral ailəsi başda olmaqla, bütün elita, mərkəzi güc sistemlərinin hər birinə təsir elədiyinə görə baş nazirlər bir-bir dəyişdirilir”.

Səfər

Oxunub 28

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Yanvar 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri