Birlikdə yaşadığı qadının xalasının evinə basqından sonra onu qarət edən kuryerə AĞIR CƏZA
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunaraq təqsirləndirilən Cavidan Əhmədli 8 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında baş verib. Cavidan Əhmədli Bakının Balaxanı qəsəbəsində qeyri-rəsmi nikahda yaşadığı qadının xalası Solmaz Mirzəyevanın mənzilinə bıçaqla basqın edərək onun əl-qolunu bağlayıb, ona məxsus 8 min manat və külli miqdarda qızıl zinət əşyalarını qarət etməkdə təqsirləndirilir. Onu da qeyd edək ki, təqsirləndirilən paytaxtda kuryer xidmətində çalışırmış.
Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3 (mənzilə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak ələ keçirilməklə törədildikdə) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















