Birlikdə yaşadığı qadının maşınını icazəsiz sürən kişi bıçaqlandı
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qadın birgə yaşadığı kişini avtomobilini icazəsiz götürüb qayda pozduğuna görə bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Maqadan şəhərində baş verib. Bu barədə Maqadan Vilayət Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
İstintaqın məlumatına görə, bu ilin aprel ayında zərərçəkən şəxs gecə saatlarında birlikdə yaşadığı qadına məxsus “Suzuki Escudo” markalı avtomobili icazə almadan götürərək sürüb, lakin yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti qaydalarını pozulmasına görə cərimə yazıblar və avtomobil duracağa aparılıb.
Hadisədən sonra kişi evə gəlib və orada spirtli içki qəbul etməyə başlayıb, bundan sonra hadisə ilə əlaqədar birgə yaşadığı qadın arasında münaqişə yaranıb. Mübahisə zamanı qadın kişinin başına fincanla vurub, ardınca da mətbəx bıçağı ilə kürəyindən bıçaqlayıb. Qadın dərhal həkimləri çağırıb və onlar zərərçəkmişi xəstəxanaya aparıblar.
Maqadan Prokurorluğu yerli sakinə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin "z" bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















