“Birliyin Gücü 2026” birgə hərbi təlimin planlaşdırma konfransı olub
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunan konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.
Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.
Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib.
Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər.
Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 17 İyul 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















