Xocavənd rayonunda “Birliyin Gücü 2026” birgə hərbi təlimi keçirilir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov brifinqdə bildirib ki, bu, Azərbaycanda azad edilmiş ərazilərdə keçirilən ilk belə genişmiqyaslı hərbi təlimdir.
Onun sözlərinə görə, təlimdə hibrid müharibələrin xüsusiyyətləri nümayiş etdirilir.
Təlimə Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları da cəlb olunub.
İran, Slovakiya, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri isə müşahidəçi qismində iştirak edir.
Anar Eyvazov qeyd edib ki, təlimdə 3579 nəfər şəxsi heyət, 135 pilotsuz vasitə, 76 zirehli texnika, 94 artilleriya sistemi, 27 aviasiya vasitəsi, 34 REM/REK/RL sistemi, 18 hava hücumundan müdafiə vasitəsi, 8 dəst mühəndis texnikası və 25 dəniz vasitəsi iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 01 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















