Bitcoin ucuzlaşır: Kriptovalyuta bazarında nə baş verir?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kriptovalyutalar kriptoqrafiya ilə qorunan rəqəmsal valyutalardır.
Onlar blokçeyn texnologiyası tərəfindən dəstəklənir, istifadəçilərə mərkəzdənkənar, fərdlərarası (P2P) şəbəkə vasitəsilə aktivlər göndərib qəbul etməyə imkan verir. Qeyd edək ki, son illər istehlakçıların marağına səbəb olan bu valyuta növünün qiymətində müxtəlif dəyişikliklər müşahidə edilir. Xüsusilə də son günlər kriptovalyutada ucuzlama olduğu deyilir.
Maraqlıdır, bunun səbəbi nə ilə bağlıdır və ucuzlaşma davam edəcəkmi?
Məsələ ilə bağlı kriptovalyuta üzrə ekspert Elnur Quliyev "Cebheinfo.az"-a bildirib ki, 12 noyabr tarixinə qlobal maliyyə bazarlarında müşahidə olunan dalğalanmalar investorların diqqətini cəlb edir:
““Bitcoin”in qiymətinin 73 min dollar ətrafına qədər geriləməsi ilə yanaşı, digər kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. Maraqlı məqam isə ondan ibarətdir ki, təzyiq yalnız kriptovalyuta bazarı ilə məhdudlaşmır. Fond bazarı, qızıl və gümüş kimi qiymətli metallar da dəyər itirir. Rəqəmlərə nəzər salsaq, son altı həftə ərzində “Bitcoin” 86 min dollardan geriləyərək təxminən 15 faizlik ucuzlaşma göstərib.
“Ethereum” isə 2.050 dollar ətrafında qərarlaşıb. Eyni tendensiyanı qiymətli metallar bazarında da görürük. Noyabrın 12-nə olan məlumatına əsasən, qızılın bir unsiyasının qiyməti 3.948 dollar ətrafına qədər geriləyərək son bir həftədən artıq müddətin minimumuna düşüb".
Ekspertin sözlərinə görə, qiymət enişinin 3 əsas fundamental səbəb var:
“Birincisi, ABŞ dollarının möhkəmlənməsi və faiz gözləntiləridir. ABŞ-da inflyasiyanın gözləntilərdən yüksək olması Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ehtimalını gücləndirib. Nəticədə dollar 19 ayın maksimumuna yüksəlib. Bu, faiz gəliri gətirməyən qızıl və gümüşə, eyni zamanda riskli aktivlərə mənfi təsir göstərir. Bazarlarda dekabr ayında 25 baza bəndi faiz artımı ehtimalı da ciddi şəkildə yüksəlib.
İkincisi, investorların riskdən qaçması və kapitalın yenidən bölüşdürülməsidir. Qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik investorları daha ehtiyatlı davranmağa vadar edir. Texnologiya şirkətlərinin yüksək bazar dəyərləri, gələcək gəlirliliklə bağlı suallar və maliyyə şərtlərinin sərtləşməsi fond bazarlarında dalğalanmaları artırır. Bu şəraitdə investorlar portfellərini yenidən nəzərdən keçirir və riskli aktivlər üzrə mövqelərini azalda bilirlər.
Üçüncüsü, kriptovalyuta bazarında kapital çıxışı və məcburi satışlardır.
“Bitcoin”in ucuzlaşmasını sürətləndirən amillərdən biri də institusional kapitalın azalmasıdır. Noyabrın 5-dən etibarən ABŞ spot “Bitcoin” ETF-lərindən ümumilikdə 1,4 milyard dollardan artıq vəsait çıxışı qeydə alınıb. Bundan əlavə, böyük investorların satışları və leverec əməliyyatlarının likvidasiyası bazarda təzyiqi artırır. Hesab edirəm ki, yaxın müddətdə bazarlarda yüksək volatilliyin davam etməsi mümkündür. Xüsusilə ABŞ-da inflyasiya göstəriciləri, Federal Ehtiyat Sisteminin faiz siyasəti və dolların məzənnəsi əsas müəyyənedici amillər olacaq.
“Bitcoin” baxımından 73 min dollar mühüm texniki dəstək səviyyəsi hesab olunur. Bu səviyyənin qorunması qiymətdə sabitləşmə və müəyyən bərpa üçün zəmin yarada bilər. Əks halda, satış təzyiqinin güclənməsi daha aşağı qiymət səviyyələrinin sınaqdan keçirilməsi riskini artırır. Nəticə etibarilə, hazırkı vəziyyəti yalnız kriptovalyuta bazarının problemi kimi qiymətləndirmək düzgün deyil. Qlobal maliyyə bazarlarında investorların faiz siyasətinə, inflyasiyaya və dolların mövqeyinə münasibəti dəyişir.
Bununla belə, ABŞ fond bazarlarında bərpa, Asiya bazarlarında isə eniş müşahidə edilməsi onu göstərir ki, bütün aktivlər eyni istiqamətdə hərəkət etmir. Yaxın perspektivdə əsas məsələ investorların risk iştahının necə dəyişəcəyi olacaq".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: "Bitcoin" Elnur Quliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















