Icma.az
close
up
RU
FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi

FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə, şəxsi heyət Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edən, cəmiyyətin inkişaf istiqamətlərini və dövlət hakimiyyətinin təşkili prinsiplərini təsbit edən ali hüquqi sənəd kimi müstəsna əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini müəyyən edib.

Bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və məqsədyönlü hüquqi islahatlar nəticəsində Konstitusiyamızın müddəaları müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilib, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirlərinin tarixi əhəmiyyətindən bəhs edilib, bu qələbələr nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar olduğu vurğulanıb.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının tarixi və əhəmiyyətindən bəhs edən sənədli filmlər izlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Noyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri