“Bitcoin” və Trampı təmsil edən tokenin qiyməti düşüb
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
“Bitcoin” və digər kriptovalyutaların qiyməti azalıb.
Teleqraf.com xəbər verir ki, “Bitcoin” təxminən 5% azalaraq 102,589 ABŞ dollarına düşüb, “ether” və “XRP” isə müvafiq olaraq 3% və 5% ucuzlaşıb.
“CoinGecko” platformasının məlumatına görə, keçən həftə istifadəyə verilən və ABŞ-nin yeni liderini təmsil edən “TRUMP” tokeni 24 saat ərzində 22%-ə qədər ucuzlaşıb.
Bazar günü ABŞ-nin birinci xanımı Melania Tramp tərəfindən istifadəyə verilən “MELANIA” adlı mem token bir gündə 58% dəyər itirib.
Kripto investorları Trampın Ağ Evə qayıdışını sənaye üçün pozitiv bir an kimi qiymətləndiriblər. Prezident, kriptovalyutaları dəstəkləyən siyasətlərin, o cümlədən uyğunlaşdırıcı tənzimləmə çərçivəsinin və federal “bitcoin” ehtiyatının tətbiqini vəd edib.
Baxış sayı:153
Bu xəbər 21 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















