Icma.az
close
up
RU
Bitki çaylarının faydası və ziyanı: Məşhur həkim danışdı

Bitki çaylarının faydası və ziyanı: Məşhur həkim danışdı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bitki çayları qış aylarında ən çox seçilən içkilərdəndir. Bir çoxları “Hansı bitki çayı hansı problemə yaxşı təsir edir?” sualını verir. Bu çaylarının sağlamlığımıza hansı faydaları var?
"Cebheinfo.az" xəbər verir ki, fitoterapiya mütəxəssisi Prof. Dr. Bülent Yaşar bitki çaylarının təbii şəfa mənbəyi olduğunu, düzgün dəmlənərək istehlak edildikdə bir çox xəstəliyin müalicəsində köməkçi rol oynadığını bildirib. B. Yaşar həzm problemlərinin aradan qaldırılmasında bitki çaylarının aktiv rol oynadığını qeyd edib. 

Professor bitki çaylarının düzgün növlərinin seçilməsi, düzgün dəmlənməsi və nəzarətli şəkildə istifadəsinin vacibliyini vurğulayıb: “Həzm sistemi pozğunluqları arasında ən çox rast gəlinən problemlərdən biri də funksional xəstəliklərdir. 

Bitki çayları həm xəstəliyin bəzi əlamətlərini yüngülləşdirir, həm də gündəlik sağlamlıq rejiminə töhfə verir. Bu xəstəliklərin müalicəsində çobanyastığı, müalicəvi nanə və melisa çayları ön plana çıxır. Bu çaylarla yanaşı, adaçayı, zəncəfil, zirə, şüyüd kimi bitkilər də həzmi asanlaşdırır". 

Prof. Dr. Yaşar bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma kimi iki əsas üsulun olduğunu vurğulayıb: 

"Xüsusilə yarpaq və çiçək hissələri istifadə olunan bitkilər mütləq bir az soyudulmuş su əlavə edilərək qaynadılıb dəmlənməlidir. Zəncəfil kimi kök birkilər əvvəlcə suda birlikdə qaynadılmalı, sonra süzülərək süfrəyə verilməlidir”. 

Bitki çaylarının hər zaman təhlükəsiz olmadığını vurğulayan Prof. Dr. Yaşar "Gündə bir-üç stəkan içmək idealdır. Daha çox istifadə etməyiniz bitki tərkibli maddələrin yan təsirlərinə səbəb ola bilər",- deyib. O, xüsusilə çobanyastığı çayında nəzərə alınması lazım olan fərqli növlərin olduğunu bildirib. 

Prof. Dr. Yaşar "Xalq arasında may çobanyastığı kimi tanınan növünə üstünlük veririk. Təbiətdəki hər çobanyastığı çay kimi istehlak edilə bilməz. Yanlış növün istifadəsi allergik reaksiyalara səbəb ola bilər", - deyib. 

O, bitki çaylarının etibarlı mənbələrdən alınmasının vacib olduğunu düşünür: "İstifadəçilərə bitki çaylarının mənbəyinə diqqət etmələrini və mütəxəssislərin məsləhəti ilə otlardan istifadə etmələrini tövsiyə edirik". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri