Həkim məsləhəti olmadan içməyin: Bitki çaylarının gizli təhlükəsi
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə "Aif.ru" saytına müsahibəsində biotexnoloq Yelena Jelyanina danışıb.
Mütəxəssisin sözlərinə görə, bitki çayları və müalicəvi otların tərkibində müxtəlif aktiv maddələr olduğundan, onların yan təsirləri yarana bilər. Bu səbəbdən hamilə qadınlara və süd verən analara bu içkilərdən istifadə etmək tövsiyə edilmir. O əlavə edib ki, bitki çayları uşaqlara da verilməməlidir.
Bundan başqa, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər də həkimlə məsləhətləşmədən bitki çayları içməməlidirlər. Məsələn, bəzi otların tərkibindəki maddələr qan təzyiqini yüksəldə və hipertoniya üçün qəbul edilən dərmanların təsirini dəyişə bildiyindən, bu çaylar yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
Biotexnoloq vurğulayıb ki, qaraciyər və böyrək xəstəlikləri, eləcə də autoimmun xəstəlikləri olan şəxslər də həkimlə razılaşdırmadan bitki mənşəli preparatlardan istifadə etməməlidirlər:
"Bir çoxlarının tamamilə təhlükəsiz və sakitləşdirici hesab etdiyi çobanyastığı çayını belə nəzarətsiz və həddindən artıq miqdarda içmək olmaz.
Çobanyastığı ürəkbulanma, başgicəllənmə və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə ambroziya, xrizantema, məxmərçiçəyi və digər mürəkkəbçiçəklilər fəsiləsinə aid bitkilərə allergiyası olan insanlar ehtiyatlı olmalıdırlar. Hamiləlik və südvermə dövründə yüksək dozaların təhlükəsizliyi də kifayət qədər araşdırılmayıb”.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















