Icma.az
close
up
RU
Bitkoin dəyər itirməkdə davam edir

Bitkoin dəyər itirməkdə davam edir

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Bir zamanlar yüksək artım potensialı və inflyasiyaya qarşı hedcinq vasitəsi kimi təqdim olunan dünyanın ən böyük kriptovalyutası Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib.

Banco.az xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də ABŞ istiqrazlarını geridə qoyub.

Bu isə ETF investorlarının hazırda zərərdə olması və aşağıya yönlü risklərdən qorunma tələbinin artması deməkdir.

Analitiklər Bitkoin-in kəskin enişinin səbəbləri ilə bağlı müxtəlif izahlar irəli sürürlər.

Bir qrup ekspert oktyabr ayında levereced mövqelərdə 19 milyard dollarlıq likvidasiyanı bazarın əsas dönüm nöqtəsi hesab edir. 

Digərləri isə ümumi bazar zəifliyini günahlandırır. BRN araşdırma rəhbəri Timoti Misirin sözlərinə görə, Asiyada zəif iqtisadi göstəricilər, Çin bazarındakı eniş və qlobal texnoloji şirkətlərin – xüsusən Nvidia-nın qazanc hesabatı əvvəlində – yenidən qiymətləndirilməsi kriptovalyutalara təzyiq yaradıb. O bildirir ki, kripto bu dəfə hedcinq kimi deyil, makro sərtləşdirmənin ən həssas indikatoru kimi hərəkət edib.

SignalPlus-un direktoru Auqustine Fan isə bazarda gələcək ayı trendi ilə bağlı narahatlıqların artdığını deyir. Buna baxmayaraq, Bitkoin yenə də Donald Trampın seçilməsindən əvvəlki səviyyələrdən xeyli yuxarı qalır və kripto tarixində dəfələrlə kəskin enişlərdən sonra güclü bərpalar müşahidə edilib.

Analitiklər hesab edir ki, Bitkoin hazırda liderlik rolunu bərpa etməyə çalışır və əgər 90 min dollar səviyyəsi qorunsa, bu, rəqəmsal aktiv bazarında yenidən pozitiv risk əhval-ruhiyyəsinin formalaşmasına siqnal verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri