Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Bitməyən dəm qazı BƏLASI Evlərimizə gələn “səssiz ölüm” ə səbəb BU İMİŞ ARAŞDIRMA

Bitməyən dəm qazı BƏLASI Evlərimizə gələn “səssiz ölüm” ə səbəb BU İMİŞ ARAŞDIRMA

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Şimal bölgəsində də dəm qazı ölümlərinin sayı artıb. Siyəzəndə 15 yaşlı qızın hamamda dəm qazından zəhərlənib ölməsindən sonra bu dəfə səssiz ölümün qurbanı Xaçmazda kirayədə qalan 30 yaşlı Qusar sakini Roman Əliyarov oldu. Xaçmaz bazarında öz məhsulunu satan və müvəqqəti olaraq rayonun 20 Yanvar küçəsindəki evlərin birində kirayədə qalan, elə orada da həyatını itirən Roman Əliyarovun iki azyaşlı uşağı atasız qaldı...
Dəm qazı ölümləri hansı səbəbdən artır və bunun qarşısını almaq üçün rəsmi qurumlar hansı işlər görür?
 

MÖVZU İLƏ BAĞLI:
18 gündə 11 ÖLÜM – Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?


Tüstü bacalarında quşlar yuva salır və bala çıxarır...
Araşdırmamız zamanı bu "qəfil" ölümlərin əsasən vanna otaqlarında  qeyri-standart  qoyulmuş su qızdırıcılarından baş verdiyi  məlum olur. Mənzillərə qoyulan "pitiminutka" adlanan suqızdırıcılardan çıxan qazın iysiz olması səssiz ölümə yol açır. Bunu təkcə builki deyil, keçənilki dəm qazı ölümlərinin araşdırması zamanı rəsmi qurumların nümayəndələri açıqlamışdı. Problem təkcə bu standartdan kənar istilik vasitələri ilə bağlı da deyil.
Müşahidələrimiz zamanı o da məlum olub ki, fərdi yaşayış evlərinin vanna və digər otaqlarına qaz sobalarına gələn bacaların təmizlənməməsidir. Dəfələrlə fərdi evlərin tüstü bacalarında quşların əməlli-başlı yuva saldığı, hətta bala çıxardığı ortaya çıxıb. Evin bacasından çıxmalı olan zəhərli qaz isə geri qayıdaraq evdə yaşayanların qəniminə çevrilir. Hansı ki, bu, ev sahibləri ilə yanaşı, cavabdeh qurumların da məsuliyyətsizliyindən başqa bir şey deyil. 
Qaza “adarant” maddəsi vurulmur? 
Bu mövzuda araşdırma apararkən söhbətləşdiyim müsahiblərim  deyir ki, qış aylarında evlərdə baş verən dəhşətli ölüm kabusunun bir ucu da qaza vurulan maddənin iysiz olmasıdır. Bunu Şimal bölgəsi rayonlarının birinin icra hakimiyyətinin məsul şəxslərindən biri açıqlayıb:
"Əvvəllər istifadə edilən təbii qaza “adarant” adlanan maddə vururdular ki, iyi çıxsın. Bu maddə vurulanda rayonlarda nə qədər qaz sızmalarının qarşısı alınırdı. İndi bildiyimə görə vurulmur. Vurulsa, bunu həm  insanlar hiss edər, həm də küçə və  yaşayış massivlərində sızan qazı aşkar etməklə qaz itkisinin qarşısını almaq olar. “Adarant” maddəsindən indi əsasən magistral qaz kəmərlərində istifadə edilir ki, qaz sızmasının qarşısı alınır".
Keyfiyyətsiz İran sobaları...
Dəm qazı ölümlərinə səbəblərindən biri də İran istehsallı sobaların keyfiyyətsiz olması barədə iddialardır. Müşahidələr göstərir ki, son vaxtlar bu sobalardan istifadə edənlərin sayı çoxalıb.
Hətta kombi sistemindən bir vaxtlar istifadə edənlərin əksəriyyəti də qaz sərfiyyatı çoxluğundan İran sobalarına keçməli olurlar. Bütün bu neqativlərin arxasında isə həyatını itirən insan faktoru dayanır. Çörək dalınca gedib qayıtmayan və iki körpəsinin gözü yolda qoyan 30 yaşlı Roman Əliyarovun  yaramçıq qalan həyatı kimi...
Dəm qazı faciələrinin səbəblərinin araşdırması zamanı rəsmi qurumların mövqeyini də öyrəndik.
FHN yalnız maarifləndirir...
FHN-nin Şimal Regional Mərkəzindən Bizim.Media-ya bildirilib ki, qurum mənzillərə verilən təbii qazın istifadə edilməsi zamanı texniki şərtlərə əməl edilməsinin vacibliyinin izahı barədə yerlərdə maarifləndirici tədbirlər  keçirir.
Dəm qazından zəhərlənənlərin 95 faizdən çoxu "pitiminutka"dandı...
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə saytımıza açıqlamasında ölkə başçısının məlum fərmanına əsasən qurumun 2024-cü ilin yanvar ayından  etibarən evlərdə texniki baxış və müayinələrə start verildiyini deyib:
“Məlumdur ki, 2016-cı ildən bəri “Azəriqaz” İstehsalat Birliyi yalnız sayğaca qədər hissələrə məsul idi, ötən ildən isə quruma  yeni səlahiyyətlər verildi:
"Dövlət başçısının fərmanından irəli gələrək qanuna əlavə və dəyişiklər edildi və “Azəriqaz” sayğacdan sonrakı mərhələyə də məsul qurum kimi tanındı".
“Azəriqaz” rəsmisi onu da əlavə edib ki, 11 ayın nəticəsi onu deməyə əsas verir ki, evlərdə, mənzillərdə baş verən partlayışların, dəm qazı və boğulmaların 95 faizindən çoxu məhz vanna otaqlarında "pitiminutka", yəni düz axımlı qızdırıcılarının qoyulmasındandır. Bununla bağlı mütəmadi olaraq müxtəlif təbliğat vasitələri  və izahat işləri aparılıb. Aktlar tərtib edilib. Texniki baxışlar zamanı möhlət verilən abonentlərə növbəti dəfə möhlət verilməyəcək:
Tapşırıqlara əməl olunmasa...
"Güman edirəm, birinci ilimiz uğurlu oldu. Abonentlərə texniki şərtlərə əməl etmələri ilə bağlı tapşırıqlar verilib. Qarşıdakı ilin yanvar ayında yenidən texniki müayinələrə başlayacağıq. Hansı abonent rəsmi xəbərdarlığa məhəl qoymayıbsa, bu dəfə Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən həmin mənzillərə verilən qaz təchizatı dərhal dayandırılacaq".
Eldəniz Vəliyev deyir ki, aparılan texniki müayinələrdə əsas səbəb insan faktorudur. Belə ki, bəzi partlayışlar da tüstü bacalarının təmizlənməməsi, həyətdən mənziliərə qeyri-qanuni kustar üsulla boruların çəkilməsi nəticəsində baş verir. Qurum rəsmisi belə hallara qarşı mübarizə apardıqlarını da deyib.
Eldəniz Vəliyev təbii qaza qoxu gətirən maddənin əvvəlki illərdəki kimi indi də icra olunduğunu vurğulayıb:
"Sadəcə olaraq hamam və vanna otaqlarında yanma doğru aparılmayanda dəm qazı yaranır, oksigen normal vəziyyətə gəlməyəndə o artıq dəm qazına çevrilir və ölüm baş verir. Qoxu gətirən maddə qaz xəttlərinin təhlükəsizliyində əsas faktorlardan biridir və “Azəriqaz” bu qaydanı əvvəlki kimi icra edir".
Qurum rəsmisi bir daha hər bir abonentə qeyd olunan hallara düzgün və vaxtında əməl etməyi tövsiyə edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri