Icma.az
close
up
RU
“Biyabırçılıqdır, kamaz şoferinə oxşayan xanım şair qıza dedi ki...”

“Biyabırçılıqdır, kamaz şoferinə oxşayan xanım şair qıza dedi ki...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“40 ilə yaxın oxumuşam. Mən artıq təqaüd yaşımı yaşayıram. Birdə ki, efirlərdəki biyabırçılığı görüb sözün düzü heç getmək istəmirəm. Efirlərdən zənglər də gəlir, götürmürəm. Bilirəm ki, saqqızımı oğurlayacaqlar, getmək istəmirəm. Özlərinə reytinq qazanmaq üçün efirləri bərbad günə qoyublar. Başım sakit oturmuşam evdə, nəvələrimlə, övladlarımla yaşayıb zövq alıram. Bütün bunların günahkarı müğənnilərdə yox, onlara şərait yaradan televiziya və aparıcılardadır. Efirlər bizi özündən soyudub. Mən efirə artıq hamının çatışmayan, əyər-əskiyinə gülməyə baxıram. Baxım zövq almıram, sadəcə gülürəm”

Bunu Moderator.az -a açıqlamasında ötən illərin ən məşhur müğənnisi Yaqut Babayeva deyib. O daha sonra əlavə edib.

“Müğənnilər efirlərdə özlərini göstərmək istəyir. Bunlara niyə icazə verirlər? Efirlərdə düşük-düşük mahnılar səsləndirilir. Mən uzaqlaşmışam. Bundan sonra daha toya gedən deyiləm, reklama ehtiyacım yoxdur. Hər şeyin yaxşısı məndə olub. Oxumağımın da, efirlərin də, çıxışların da, konsertlərin də. Hamısını görmüşəm! Bəsimdir! Hər şeydən hörmətlə uzaqlaşmaq lazımdır. Toylardan uzaqlaşmışam deyə dəvətlər də olmur. 3 ayda bir dəfə.. O da ancaq məni çox istəyən adamlardır. Bu yaxınlarda bir toyda iştirak etdim. Valideynləri əhd etmişdilər ki, qızlarının toyunda mən oxuyum. Sözlərinin üstündə də durdular, gedib oxudum. Artıqlaması ilə pulumu da aldım. İldə 2-3 dəvətim olur” deyə müğənni bildirib.

Yaqut Babayeva öz dövrünü bugünkü dövrlə müqayisə edib:

“O vaxt bizim yarım saatlıq canlı konsertimiz olurdu. 6 dənə mahnı oxuyurduq. Mən özüm oxumayanda belə efirdən həmkarlarımın konsertinə böyük həvəslə oturub baxırdım. Orada nə reklam var idi, nə də ki, qalmaqal. Hamı böyük sevgi ilə ekran qarşısında oturub izləyirdi. İndi kimin kimə sözü varsa çıxıb efirdən deyir. Kişisən get üzünə de də. Efirdən niyə deyirsən? Bütün millət də bilir ki, onların arasında nəsə baş verib. Nəyə lazımdır axı bu?! Bir neçə gün əvvəl verilişdən birində bir gənc müğənni gördüm. Heç adını da bilmirəm. Qız dekolte paltar geyinib, cavan da xanımdır. Heç bir yeri də görünmür. Sadəcə çiyni açıqdır. Səhnə geyimidir. Verilişdə kamaz şoferinə oxşayan bir qadın şair var idi. Bu qızı atəşə tutdu ki, geyindiyim paltar milli mentalitetimizə uyğun deyil. Ona deyir ki, mən sənin kimi geyinən qızı oğluma almaram. Cəhənnəmə al, qara görə də üstəlik! Amma bir neçə gün sonra həmin verilişə bir əməkdar artist gəlmişdi, eynilə o qız kimi geyinmişdi. Əməkdar artistin də heç yeri də görünmürdü. Ona niyə söz demədilər? Bu gənc qızı atəşə tutdular. Deməli o adam özünü göstərir, reklam edir. Səhnəyə, efirə işləyir. Nəyə lazımdır bunlar? Camaat çörəyi burnuna yemir” deyə sənətkar bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri