Toyda oxuyanlar gündə konsert verir, biyabırçılıqdır
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Qonaqcanlı” verilişində deyib. Sənətkar konsert verən bəzi müğənniləri qınayıb:
"Konsertləri bu dəqiqə toy gününə salıblar. Toy müğənniləri artıq böyük səhnələrə ayaq açıblar. Əslində, bizim bəstəkarlar o səhnələrdə deməlidirlər ki, "Gəlin, keçin bizə konsert verin". Baxın da, görün kimlərin konsertləri olur. Biyabırçılıq! Toylarda oxuyanlar gündə konsert verirlər. Özü bir dənə konsert verən kimi səhəri dəyişirlər. Üzr istəyirəm ifadəmə görə, insan necə "qudurarmış". Üzr istəyirəm, bəlkə də bu söz mənim vücuduma yaraşmır. Amma bir dənə konsert verən kimi səhər onların danışıqlarına, hərəkətlərinə baxın. Gördükləri böyüklərə hətta salam da vermirlər, görməzdən gəlirlər. Guya bunlar o səhnəyə çıxdılar, bunlar dəyişdilər. Əslində, onlar səhnəni çirkləndirdilər".
Baxış sayı:132
Bu xəbər 03 Oktyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















