Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Biz abır həyanı ondan öyrənmişik...

Biz abır həyanı ondan öyrənmişik...

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Züleyxa NADİR

Yaxud oxuduğum fundamental yazıdan sonra konkret fakt barədə xatirə
Bütün tələbələri kimi mən də yaxşı bilirəm ki, unudulmaz müəllimimiz Tofiq Rüstəmov may ayının 18-də doğulub, yanvarın 20-də isə dünyasını dəyişib. Yəni bu sətirlərin redaksiyaya göndərilməsi hansısa əlamətdar günlə yox, hamımızın ruhuna rahatlıq gətirəcək bir nəşrlə bağlıdır.

Belə ki, həmkarımız İttifaq Mirzəbəyli ötən ilin noyabrında sosial şəbəkədə elan etmişdi ki, son otuz beş ildə “Xalq qəzeti”ndə çalışıb, vəfat etmiş həmkarlarımız barədə “Unudulmazlar redaksiyası” adlı kitab tərtib etmək istəyir. Əlavə etmişdi ki, kimin həmin mərhumlar barədə yazısı varsa, göndərsin. Mən unudulmaz insan Tofiq müəllim barədə olan yazımı göndərəcəyimi dedim. Bilmirəm, nədənsə həmin yazını gec göndərdim. Onda da İttifaq müəllim dedi ki, kitab artıq nəşriyyatdadır. Mən peşman olduğumu bildirəndə isə əlavə etdi ki, narahat olmayın, kitabda Tofiq Rüstəmov haqqında Qüdrət Piriyevin mükəmməl bir yazısı var.
Qüdrət müəllimin həmin yazısını oxumuşdum. Həqiqətən fundamental idi. Mənim neçə illər qabaq hazırladığım yazı isə...sadəcə unudulmayacaq bir xatirə kimi qələmə alınmışdı. Yəni o sətirlər indi oxucayağınız kimi idi.
***
... Dünyanın düz vaxtları idi. Taleyimizə xoşbəxtliyimizin rəngarəngliyi hopmuşdu. Sözün həqiqi mənasında bəxtəvər idik. Dərdimiz–sərimiz yox idi, sevinclə, təbəssümlə qolboyun yaşayırdıq. Kədərin nə olduğunu elə də kəsdirə bilmirdik, ya da görmürdük, buxar olub göyə çıxmışdı. Necə deyərlər, gəncliyimizin şən və mənalı günlərini yaşayırdıq. Dünya gözümüzü al-əlvan rəngləri ilə qamaşdırırdı. Nə Qarabağ dərdimiz var idi, nə şəhidləri torpağa vermişdik, nə də karantin günlərinin “işgəncəsini” yaşayırdıq.
Tələbə idik, universitetdə oxuyurduq. Çox gözəl müəllimlərimiz var idi. Sadaladığım faktorlarda onların rolu danılmaz idi. Çox sevirdik müəllimlərimizi. Birini o birindən lap az, cüzi əməli, xasiyyəti ilə ayırırdıq. Bütövlükdə bizim üçün jurnalistikanın müəllimləri və digər əməkdaşları ata, dost, qardaş, ana, bacı idilər – Nəsir İmanquliyevdən tutmuş bufetçi Zeynəb xalaya qədər sözümüzü deyə bilir, hətta sirrimizi də paylaşırdıq. Fakültəmizin müəllimləri dünyanın ən gözəl müəllimləri idi – biz belə düşünürdük, bizim gözümüzdə çox ucada idilər. İllər keçib aradan, bu gün də eyni düşünürəm: müəllimlərimizin tayı-bərabəri olmayıb, olmayacaq da. Seyfulla müəllim, Tofiq müəllim, böyük Nəsir müəllim, gənc Nəsir müəllim, Əliş müəllim, Qulu müəllim, Yalçın müəllim, Famil müəllim, Cahangir müəllim, Akif müəllim, Mahmud müəllim, Nurəddin müəllim... hər birinin haqqında ayrıca yazı yazmaq bizim boynumuzun borcudu. İnanıram ki, dünyasını dəyişən müəllimlərim behiştlikdilər. Bu gün yaşayan müəllimlərimin də cənnətdə yerləri hazırdı – buna bütün varlığımla inanıram.

Tofiq Rüstəmov
Bu yazını sevimli Tofiq müəllimə həsr edirəm – Tofiq Rüstəmova, fakültəmizin dekanına, o böyük KİŞİyə. Ənənəvi bir cümlə ilə onu təsvir etmək istəyirəm: əgər fakültəmizin müəllimlərini çoxlu qaşı olan bir üzüyə bənzətsəm, Tofiq müəllim həmin üzüyün mərkəzindəki ən iri qaşdı. Əminəm ki, bu gün yaşayan müəllimlərim sözümdən inciməzlər. Onlar da təsdiq edərlər ki, Tofiq müəllim bizim üçün olduqca dəyərli insandı, ləyaqətli müəllimdi, böyük şəxsiyyətdi...
Tofiq müəllimin mənim taleyimdən qırmızı xətlə keçən bir əməli var ki, onu uzun illər sirr kimi saxladım. Artıq çevrəmdəkilərin çoxu bilir, indi burda da yaza bilərəm. Dördüncü kursda oxuyurdum. Bir gün əmimgilə getdim və gecəni orda qaldım. Hamı yatmışdı, gecəyarı idi. Evdə böyük radio var idi. Oturdum qarşısında, başladım dalğaları qarışdırmağa. Birdən qəribə bir ləhçədə adımı eşitdim: Züleyha... bir qadın türkcə mahnı oxuyurdu. Adıma yazılmış mahnı idi, özü də həsrətini çəkdiyimiz, “türk” sözünün deyilməsi belə qadağan edilmiş bir dildə oxuyurdu. İlahi, nə gözəl oxuyurdu! Nə qədər şirin idi, sözlərdən və musiqidən bal damırdı. Məni qınamayın. O dövrdə eşitdiyim mahnı mənə başqa cür təsir edə bilməzdi. Sonralar biləcəm ki, “Züleyha” mahnısını oxuyan Neşe Karaböcekmiş.
Aglarım gülenim yok,
Göz yaşım silenim yok,
Giderim bu ellerden,
Dur, gitme diyenim yok.
Züleyha, bekletme ha,
Züleyha, aglatma ha,
Züleyha, geç kalma ha,
Züleyham, derdin bana...

Yata bilmədim o gecə. Onda da, indi də sözlə ifadə edə bilməyəcəyim qəribə hisslər keçirdim. Mahnını əzbərlədim. Səhər fakültədə qızlara dedim ki, gecə türkcə “Züleyha” mahnısına qulaq asmışam. Başladım oxumağa. Hər kəs heyrətə gəldi.
Üç gün sonra Tofiq müəllim məni çağırdı. Oxuduğum mahnının hesabını soruşdu. Hardan öyrəndiyimlə maraqlandı. Radiodan eşitdiyimi dedim. Üzündə maraqlı bir ifadə var idi. Dedi ki, bir daha o mahnını dilinə gətirmə, olmaz. Niyəsini soruşanda “olmaz dedimsə, olmaz” - deyə sərt formada təpki verdi. Məni ağlamaq tutdu. İstədim deyəm ki, cinayət etmişəm? Amma deyəmi bilərdim? Qarşımdakı adam dünyanın ən gözəl müəllimi, ən gözəl insanı idi. Əks cavab vermək cinayət işlətməyə bərabər idi. Susdum. Ayağa qalxıb qapını açdı, dəhlizə baxıb örtdü. Yavaş səslə dedi ki, sənə töhmət verməyəcəm, amma sən də bu söhbəti heç kimə danışma, ölənə kimi sirr saxla. Gülümsündü... Mən də bir daha “Züleyha”nı başqalarının yanında oxumadım.
Sonralar bildim ki, tələbələrdən biri o zamankı DTK agenti imiş, mənim türk radiosuna qulaq asdığımı, türk mahnısı oxuduğumu xəbər veribmiş. Dövlət Təhlükəsizlik Komitəsi Tofiq müəllimdən tələb edib ki, məni cəzalandırsın. Amma sevimli dekanımın mənə – öz tələbəsinə verdiyi cəza abır-həya çərçivəsindən kənara çıxa bilmədi. Bu, bir möhtəşəmlik idi! Amma tək o hərəkətimi?! Yox, əlbəttə. Oturuşunda-duruşunda, tələbələrlə qurduğu münasibətində, bir ömür sərgilədiyi davranışında möhtəşəm idi, ağayana idi Tofiq müəllim.
Nur içində yat, möhtəşəm insan, sevimli müəllimim!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri