Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

O, ilk Xalq şairimizdir ki... Nəriman Həsənzadədən nəyi öyrənmişik?

O, ilk Xalq şairimizdir ki... Nəriman Həsənzadədən nəyi öyrənmişik?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Vaqif Yusiflinin "Bu dünyanın Nərimanı" yazısını təqdim edir.

Şeir yazdığım gün məğrur oluram,

ilham ki,

xəfifcə sinəmə dolur;

bir şeh damlasıtək

büllur oluram

dünya dünyada yox, məndə əks olur.

Bu misralar böyük Azərbaycan şairi Nəriman Həsənzadənindir. Mən onun daimi oxucularından və həm də tədqiqatçılarından biriyəm. Amma mən nə oxucu, nə də tədqiqatçı kimi Nəriman Həsənzadəni hələ də oxuyub qurtara bilmirəm. Onun şeirləri illər keçəndən sonra da məndə təzə bir ovqat yaradır. Fikirləşirəm ki: "Nəriman Həsənzadə bu şeiri lap indicə yazıb". Alman mütəfəkkiri Höte demişdir: "Mən nə kimi oxucu istəyirəm? Elə oxucu istəyirəm ki, məni, özünü və bütün aləmi unutsun və ancaq mənim kitabımla yaşasın".

Şairlərin adları qarşısında belə ifadələrlə tez-tez qarşılaşırıq; "lirik şair", "vətənpərvər şair", "yurdçu şair, "sevgi şairi", "təbiət şairi". Əlbəttə, belə bir bölgü və bu prinsip çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, o, bütün bunları öz şair varlığında yaşadır. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək... bütün bunlar onun şairlik missiyasına aiddir. Amma qayıdıram "lirik şair" ifadəsinə. Nəriman Həsənzadə elə ilk şeirindən bu günə qədər lirik şairdir. O, hətta dram əsərlərində də, publisistikasında da lirikdir. Nəriman Həsənzadə səninlə görüşəndə də, hər hansı bir tədbirdə çıxış edəndə də, telefon danışığında da, onlarla adamın əhatəsində olanda da lirikdir. 63 il öncə ustad Mir Cəlal müəllim görün nə demişdi: "Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir". Nəriman Həsənzadə bir xatirəsində Moskvada Nazim Hikmətlə görüşlərindən söz açır. O, Xəlil Rza ilə tez-tez Nazim Hikmətin görüşünə gedərdi. "Xəlillə ədəbi mübahisəmiz olardı. Şeiri necə yazmaq lazımdı? O deyirdi, Mayakovski ruhunda, qışqıra-qışqıra, yumruğunu stola döyə-döyə. Mən bunun əksinə deyirdim. Nazim Hikmətin yanına getdik. Şərt qoyduq ki, fikrimizi əvvəlcə bildirməyək. Elə də oldu. Amma Nazim Hikmət Xəlilin fikrini müdafiə etməyəndə, o, Nazimin "Kərəm kimi" şeirini misal gətirdi, bu şeir qışqırıqdır, - dedi. Nazim Hikmət Xəlilin qəlbinə dəymədi, dedi: "Övlad anası ilə necə danışırsa, şeir də elə yazılmalıdır. Pıçıltı ilə, sakit, həzin. Heç kəs anası ilə qışqıra-qışqıra danışmaz".

Və bütün bunlardan sonra Nəriman müəllimin özünə söz verək: "Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərlə, rənglərlə birlikdə təbiətin özüdür, əslidir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda, bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır".

Azərbaycan poeziyasında mükəmməl şair obrazı ilə çox qarşılaşmışıq. Bütün şeir və poemalarında Nəriman Həsənzadənin özü görünür, o, bu əsərlərinin baş qəhrəmanıdır. Daha doğrusu, onun hər bir əsərində daxili aləminin, ruhi həyəcanlarının cizgiləri öz əksini tapır. Şair bütün varlığı ilə yaşadığı dünya və mənsub olduğu xalqla bir nəfəs alır. Dünya bütün sevincləri və qəmi, acısı və şirini, dincliyi və qovğası ilə şairin varlığında yaşayır.

Bir insan olsaydım, nə idi dərdim,

yaşardım hər fəsil bir paltar geyib,

Evimdə çay içib,

çörək də yeyib,

Bir insan qəmini çəkə bilərdim.

Sinəmdə xalqların bədbəxt taleyi,

bəzən bir aldanmış qadın gileyi,

bəzən bir torpağın batan çeşməsi,

bəzən bir üzsüzün üzə durması,

könlümün yayını çəkib qırırlar.

Nəriman Həsənzadənin Şair obrazı onun fəal həyat mövqeyində, dünya, cəmiyyət, xalq, Vətən və yaşadığı mühit haqqında poetik düşüncələrində əks olunur. O, sovet dönəmində də, müstəqillik dövründə də həqiqət uğrunda mübarizə aparmış, yalanı, riyakarlığı, antihumanizmi qətiyyətlə pisləmişdir. Onu Bakıda döyülən bir jurnalistin taleyi də, gürcü şairi İ.Çavçavadzeyə xaincəsinə atılan güllə də, restoranda pişiyinə ad günü keçirən bir müğənninin harınlığı da, Ziya Bünyadovun qətli də, Xatın harayı da, iki Azərbaycanı bir-birindən ayıran tikanlı məftillər də... eyni dərəcədə düşündürüb. Şair 90-cı illərin əvvəllərində İranda oldu, "Cənub həsrəti" silsiləsi də bu zaman yarandı:

Keçdim Culfadakı dəmir körpüdən,

orda fars dayanıb, burda rus durur.

Qarşıda -

ikiyə bölünmüş Vətən,

ortada -

bir Araz, bir namus durur.

Nəriman Həsənzadənin yaradıcılığından tarixi bir xətt keçir. Bu xəttin bir ucu XX əsr Azərbaycan həqiqətləri, əsrin ziddiyyətli, təzadlı hadisələri, müstəqillik, azadlıq mücadilələri, bir ucu Cənub həsrəti, bir ucu Nizamidən bəri, bizim böyük sənətkarların faciəli taleləri, bir ucu dünyanın indisindən antik dövrünə qədər keçdiyi yoldur. O, həmişə poeziyasında qəhrəmanlığı vəsf edib. Nuru Paşadan poema yazıb, Qaçaq Kərəmi tərənnüm edib... Akademik Nizami Cəfərovun bu fikriylə tam şərikəm ki: "Nəriman Həsənzadənin bütün yaradıcılığının baş qəhrəmanı Tarixdir". Onun "Nəriman" və "Zümrüd quşu" epik-dramatik poemaları, "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın reallaşmasıdır.

Araz qırağında, küləkli gündə

Mən bir söyüd gördüm çayın üstündə.

Dağılmış saçını gah yel yolurdu,

Gah da ki, tikanlı məftil yolurdu.

Əyilib o tayı öpürdü söyüd,

Əyilib bu tayı öpürdü söyüd.

Sandım ki, yel əsir əsr yarımdı,

Dondu damarımın elə bil qanı.

Sanma qanunlara mən qulaq asdım,

Bölmədim bölünmüş Azərbaycanı,

Söyüdlə birlikdə bağrıma basdım.

1962-ci ildə, Araz qırağında yazılmış bu şeirin o illərdə qələmə alınmış "Araznamə"lərdən fərqi burasında idi ki, şeirdəki hüzn və elegiya vay-şivən səviyyəsinə enmir.

Nəriman Həsənzadədən nəyi öyrənmişik, nəyi öyrənirik? Həyat həqiqətlərini (o həqiqətlər ki, şeir dililə ifadə olunanda onları hökm kimi qəbul edirsən), Vətən sevgisini (içindəki Azərbaycan sevgisinə Nəriman sevgisi qarışır), tariximizi, türkçülüyümüzü, kimliyimizi, müstəqil düşünmək istəyimizi, Azadlıq təşnəliyimizi və bir də... qadını sevməyi... Onun nəzərində Yer üzünün ən gözəl məxluqatı Sevgili-Qadındır. Qadın kimdir? "Qadın üz döndərsə, sönər məhəbbət. Nəğmələr yayılmaz obaya, elə. Qadın xoşbəxt edər, istəsə, əlbət, Dünyada ən bədbəxt kişini belə. Qadınsız çətindi həyatı sevmək. Sevgisiz həyat da bir həyat deyil".

Gedirsən, darıxıram,

get, qayıt, külək kimi.

Çiçəyim, bitmə gedib

çəməndə çiçək kimi.

Kölgəni yerdə görüb

göydə uçan durnalar

Səni də durna bilib

qatarına çağırar.

Nəriman Həsənzadənin səksəninci illərin sonlarına qədər yazdığı sevgi şeirlərində ayrılıq küləkləri əsmir, məhəbbətin insana bəxş etdiyi mənəvi gözəllik, kişinin bu məhəbbətin təsiriylə kamilləşməsi diqqəti cəlb edir. Ancaq həyat yoldaşı Sara xanım vəfat edəndən sonra Nəriman Həsənzadənin şeirlərində hicran küləkləri əsməyə başlayır. Azərbaycan poeziyasında Füzulidən sonra qəm poeziyasının ən qəmli bir şeirləri yaranır:

Yer üzü vətəndi, qəbir də vətən,

bu, gözün ağıdı, o qarasıdı.

Lakin bu dünyada olmayıb deyən, -

Bunun vətən hansı, qürbət hansıdı?!

Ayrılıq bir əbədi bir qəmdi, nə qəm,

nə arzuya qıyır, nə yaşa baxır.

Mən daşa baxmaqdan daşa dönmüşəm,

Üz-üzə durmuşuq: daş daşa baxır.

Mən Nəriman Həsənzadəni - iki yaşında atasını, iyirmi beş yaşında anasını, əlli beş yaşında həyat yoldaşını itirən, amma milyonlarla insanın sevgisini qazanan bu böyük şairimizi bütün Azərbaycan oxucuları adından təbrik edirəm... İlk Xalq şairimizdir ki, ömür nərdivanlarından keçə-keçə bu yaşı da adlayır...

Yeni not nəşrinin təqdimatı oldu İsanın günahı - İsaak Babelin hekayəsi Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Fevral 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri