Icma.az
close
up
RU
“Biz adamyeyən deyilik, çıxıb oyunumuzu oynayırıq”

“Biz adamyeyən deyilik, çıxıb oyunumuzu oynayırıq”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

2-ci liqanın 13-cü turundalı Qusar derbisi maraqlı səbəbdən baş tutmadı.

Dekabrın 18-i, saat 15.00-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilməli olan oyunun digər iştirakçıları, yəni “Şahdağ Qusar” və hakimlər briqadası 30 dəqiqə də “Qusar”ın yolunu gözləyəndən sonra ümidini üzüb. Xatırladaq ki, “Qusar”ın vitse-prezidenti Kamran Əlibabayev “Futbol+”ə belə açıqlama verib:

“İş orasındadı ki, 2-ci liqa tam peşəkar deyil. “Birbaşa Bakı” isə peşəkar minifutbol çempionatında çıxış edir. Bu baxımdan “Qusar”ın da formasını geyən futbolçuların həmin komandaya üstünlük verməsi anlaşılandı. Sirr deyil ki, minifutbol istər şərait, istər maliyyə, perspektiv baxımından 2-ci liqanı üstələyir. İndi biz texniki məğlubiyyət alacağıq. Amma matçdan bir neçə gün əvvəl ardıcıl iki dəfə tarixin dəyişdirilməsiylə bağlı müraciətimiz oldu. Heç birini qəbul etmədilər. Niyə? Çünki “Qusar”a qarşı qərəz var. “Şahdağ Qusar” da bizimdi. Amma heç kimin haqqı tapdalanmamalıdı. Onu da bilirəm ki, matçın məhz dekabrın 18-nə təyin edilməsində xüsusi maraq var idi. İstəyirdilər ki, meydana çıxaq, “Şahdağ Qusar” bizə 5-6 qol vursun, derbidə biabır olaq... Hamı yaxşı bilir ki, 2-ci liqada çıxış edən futbolçular başqa yerlərdə çalışır. Həftədə bir-iki dəfə işdən icazə alıb oyuna, məşqə çıxırlar. Futbolçu qıtlığı var”.


Bəs “Şahdağ Qusar”ın məsələyə münasibəti necədi? Liderin baş məşqçisi Elnur Abdullayev də “Futbol+”ə danışdı:

“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Şimal derbisi olduğuna görə də çox ciddi hazırlıq görmüşdük. Oyundan iki saat əvvəl Sumqayıtdaydıq. Formamızı geyib isinməyə çıxdıq. Hakimlər də meydanda idi. Amma rəqib gəlmədi. Hardasa 15.30-a qədər gözlədik. Yarım saat ərzində də gəlmədiklərindən hakimlər dedi ki, gedə bilərsiz. Biz klub olaraq, öz işimizi gördük. Vacib olan 3 xal idi. Oyun olsaydı, daha yaxşı olardı, amma belə də xalımızı alacağıq. Digər məsələlər artıq rəqibin problemidi. “İstəyirdilər ki, meydana çıxaq, “Şahdağ Qusar” bizə 5-6 qol vursun” sözlərinə qalanda, bu futboldu. Futbolda 2:0, 3:0, 10:0 məğlubiyyət ola bilir. Biz adamyeyən deyilik, çıxıb oyunumuzu oynayırıq. O fikrə görə gəlmədilərsə, o da öz problemləridi. Amma istəməzdim belə hallar olsun. Gəlsəydilər, mübarizə aparardıq, çempionat da maraqlı keçərdi. 3-4 komanda çempionluğa oynayır. Hər şey maddi problemlərdən qaynaqlanır. Heyətin kasad olmasının kökü büdcə məsələsinə gedib çıxır. Yəqin ki, “Qusar”ın heyətində futbolçu azdı, olanlar da minifutbola gedir. Minifutbola gedənləri çıxanda  9 oyunçu qalır. Ümumilikdə 12 oyunçu bir komanda üçün çox azdı. Ən azı 20 futbolçu və 2 qapıçı olmalıdı. Ona görə də oyunçular cəlb eləmək üçün maddi vəziyyətin yaxşı olmalıdı. Yaxşı komandam var. Biz həm də ailəyik və önəmli olan bu mühiti qorumaqdı. Bir məşqçi kimi bu ailəni qurdum, futbolçulara komandada o münasibətləri yaratmışıq. Belə olanda da iş prosesində heç bir problem yaranmır. Bu ailə qurulub, belə davam edərək Allahın izni ilə çempion olacağıq. Hədəfimiz növbəti mövsüm birinci liqada mübarizə aparmaqdı”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri