Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdi. Azərbaycanda demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışdılar. Artıq 90-cı illərin əvvələrində dünya azərbaycanlılarının həmrəyliyi və birliy üçün ictimai-siyasi zəmin yaranmışdır. Məhz bu zərurətdən irəli gələrək 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Heydər Əliyevin imzasi ilə "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü" bayramının təsis edilməsi haqqında qərar təsdiqlənib. Qərarda qeyd olunur ki, kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdi: “1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolnda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü”. Bəlkə də, məhz bu amil xaricdə yaşayan soydaşlarımız tərəfindən ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaratmış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdu. Bu qərarla ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırdı. Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Sözsüz ki, bu əlamətdar təqvim bilavasitə bu ideyanın təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlətin olduğunu demişdir: “Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.”

Ülu Öndər Heydər Əliyev xaricdəki soydaşlarımıza tövsiyə edirdi ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. 2001-ci il noyabrın Bakıda Dünya azərbaycanlılarının I Qurultayında Ülu Öndər Heydər Əliyev tarixi çıxış edərək xaricdəki soydaşlarımza bir daha konkret tövsiyələrini vermişdir. Bu baxımdan Prezident İlham Əliyev də xaricdəki soydaşlarımıza çağırışlar edib. Buna uğun olaraq da soydaşlarımız fəaliyyət göstərirlər. Artıq hər 5 ildən bir Azərbaycanda Dünya azərbaycanlılarının qurultayının keçirilməsi ənənəyə çevrilib. Sonuncu belə qurultayın 2022-ci ilin apreilndə Şuşada keçirilməsi isə dünya azərbaycanlıları üçün unudulmaz tarixi tədbir olmuşdur.

Azərbaycançılığı qorumaq və təbliğ etmək qəlbdən gələn milli hissdir. Bu gün xaricdə yüksək vəzifələrdə çalışmalarına baxmayaraq bu hisslə yaşayan soydaşlarımız az deyil. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Onlar Azərbaycandan mənəvi güc alırlar. Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdir ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”. Dövlətimizin başçısı sanki bütün dünya azərbaycaynlılarının ürəyindən gələn səsi qeyd edib. Çünki Azərbaycanın Qarabağ üzərində şanlı Zəfəri hər bir soydaşımızın üzünü ağ edib. Cənab Prezident alnımızdaki ləkəni götürüb. Məhz buna görə də dünya azərbaycanlıları Ali Baş Komandana, Ordumuza minnətdardır.

Ələkbər Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri