Icma.az
close
up
RU
Biz birlikdə güclüyük

Biz birlikdə güclüyük

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın mənəvi birliyini, milli varlığını və dövlətçilik ruhunu ifadə edir. Bu bayram xalqımızın tarixi irsini, milli dəyərlərini və müstəqil dövlətçilik uğrunda mübarizə əzmini nümayiş etdirən əlamətdar bir hadisədir.

İlk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu təşəbbüs Azərbaycan xalqının tarixi birlik ideyasını və milli birliyini möhkəmləndirmək məqsədi daşıyırdı. O dövrdə xalqın Araz çayı boyunca iki sahildə birləşmək istəyi azərbaycanlıların bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmrəylik Günü məhz bu mənəvi və tarixi arzunun simvolikasını əks etdirir. Bu bayram yalnız bir tarix deyil, həm də Azərbaycan xalqının milli-mənəvi birliyinin və tarixi Vətən sevgisinin ifadəsidir.
Həmrəylik Günü milli mənlik şüurunun möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi köklərinə sadiqliyinin nümayiş etdirilməsi və dövlətçilik prinsiplərinin qorunması baxımından mühüm bir məqamdır. Azərbaycançılıq ideyası, dilimizə, dinimizə, mədəniyyətimizə və dövlətçiliyimizə sarsılmaz bağlılığımızın ifadəsidir. Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri milli birliyin mənəvi simvoluna çevrilmişdir. Həmrəylik Günü xaricdə yaşayan azərbaycanlıların milli maraqlar ətrafında təşkilatlanması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir vasitə olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış və milli maraqları beynəlxalq səviyyədə müdafiə edən güclü bir diaspor formalaşdırılmışdır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi olmuşdur. Bu fond xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini qorumaq, onların hüquqlarını müdafiə etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işində mühüm rol oynayır.
2020-ci ildə Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının göstərdiyi misilsiz birlik nümunəsi Həmrəylik Gününün əsl mahiyyətini bir daha sübut etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsini müdafiə etməsi ölkəmizin beynəlxalq səviyyədə dəstəklənməsi işində mühüm rol oynadı. Prezident İlham Əliyev bu həmrəyliyi yüksək qiymətləndirərək qeyd etdi ki, Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının birliyi milli maraqlarımızın müdafiəsi işində tarixi əhəmiyyət daşıdı. Bu birlik milli ruhun yüksəlişini, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsini təmin etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız keçmişin şərəfli bir səhifəsi deyil, həm də gələcək nəsillər üçün milli birlik çağırışıdır. Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. Bu qurultayla diaspor fəaliyyətində yeni bir mərhələ başlanmışdır. Bu tədbir əsasında xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin formalaşdırılması üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edilmişdir. 2006-cı ildə keçirilmiş II Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçildi. Qurultayda qəbul edilən sənədlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciətlər diaspor fəaliyyətinin genişlənməsinə yol açmışdır.
2011-ci ildə baş tutan III Qurultay Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdur. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilərək diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün Əlaqələndirmə Şurasının strukturu təkmilləşdirilmişdir. 2016-cı ildə IV Qurultayda diaspor hərəkatının müasir dövrün tələblərinə uyğun şəkildə qurulması, informasiya müharibəsi və gənclərin diaspor fəaliyyətində rolu kimi mövzular geniş müzakirə edilmişdir. Bu qurultayda bir sıra qlobal çağırışlara cavab olaraq yeni fəaliyyət mexanizmləri qəbul edilmişdir.
Son olaraq 2022-ci ildə Şuşa şəhərində keçirilmiş V Qurultay Qarabağın azad edilməsindən sonra diaspor nümayəndələrinin ilk böyük görüşü olaraq xüsusi tarixi əhəmiyyət daşıyırdı. Zəfər Qurultayı adlanan bu tədbirdə postmüharibə dövründə diasporun vəzifələri, Qarabağın bərpası və yenidən qurulmasında diasporun rolu müzakirə edildi. Tədbirin Şuşada keçirilməsi Azərbaycan xalqının milli birliyinin və mədəni irsinin təsdiqi kimi dəyərləndirildi. Dünya Azərbaycanlılarının Qurultayları azərbaycanlıların diaspor fəaliyyətinin gücləndirilməsi, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması və Azərbaycan icmalarının birliyinin təmin edilməsi yolunda mühüm platforma rolunu oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin və dövlətçiliyimizin gücünü nümayiş etdirən, Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsinin təntənəsidir. Bu bayram azərbaycançılıq ideyasının yaşadılmasına, milli maraqlarımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən bir simvoldur. Azərbaycan Respublikasının müstəqilliyi, dövlətçiliyimizin qorunması və milli-mənəvi dəyərlərimizin yaşadılması işində Həmrəylik Gününün əhəmiyyəti əvəzsizdir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri