Icma.az
close
up
RU
Biz də Ştaynmayerlə bir az məzələnək? AKTUAL

Biz də Ştaynmayerlə bir az məzələnək? AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın prezidentinin kobud səhvə şüurlu şəkildə yol verməsi anlaşılan deyil



Cənubi Qafqaza regional turne çərçivəsində martın 30-da Ermənistana səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer rəsmi instaqram səhifəsində Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş erməni separatçılarının “bayraq” kimi istifadə etdikləri əski parçasını əks etdirən paylaşım edib. 

Həmin paylaşıma bu mətn də əlavə edilib: 

"Dağlıq Qarabağ bölgəsində ermənilər üstünlük təşkil edirdi. Son onilliklər ərzində orada bir neçə dəfə hərbi toqquşmalar baş verib". Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. İki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb.

Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.

Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirib. 

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda da baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunub.

Üzürxahlıq məktubunun hər iki ölkədə mediada paylaşılması razılaşdırılıb.

Qeyd edək ki, Almaniya Prezident Administrasiyasının rəhbəri, Dövlət katibi Dörte Dinger Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanladığı məktubda postun texniki səhv üzündən dərc olunduğunu bəyan edib: “Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair bilinən mövqeyi ilə bağlı heç bir əhəmiyyət daşımır. Mən bu səhvə görə olduqca məyusam. Postun Azərbaycanda bəzi insanlar arasında yaratdığı yanlış təəssürata görə üzr istəyirəm”.  

Xatırladaq ki, Almaniya Prezidenti sabah (bu gün) Ermənistandan Azərbaycana gəlməlidir.


Siyasi ekspert Bəybala Mirzəyev  “Sherg.az"a açıqlamasında deyib ki, təcrübəli siyasətçi olan Almaniyanın prezidentinin bu cür kobud səhvə şüurlu şəkildə yol verməsi anlaşılan deyil. Bu səhvin Ştaynmayerin Bakıya gözlənilən səfərinə kölgə saldığını qeyd edən ekspert qeyd edib ki, biz də Ştaynmayerlə bir az məzələnək, onun şərəfinə hava limanında və yol kənarlarında Hitler Almaniyasının və ya keçmiş "QDR"-in (Almaniya Demokratik Respublikası) bayraqlarını, simvollarını yerləşdirək:

seeBaxış sayı:259
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri