Icma.az
close
up
RU
Biz hansısa hərəkətə qərar verməmişdən saniyələr öncə beynimizin qeyri şüuri hissəsində o, qərar artıq verilir...” ŞOK ARAŞDIRMA

Biz hansısa hərəkətə qərar verməmişdən saniyələr öncə beynimizin qeyri şüuri hissəsində o, qərar artıq verilir...” ŞOK ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qərarlarınız beyninizin qeyri-şüurlu fəaliyyətləri tərəfindən müəyyən edilir, şüur isə çox gec bir mərhələdə qoşulur. Başqa sözlə desək, edəcəyinizə qərar verdiyiniz hərəkət artıq 6 saniyə əvvəl müəyyənləşir...”

Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın "Qədərin elmi əsaslandırılması, yoxsa niyə keçmişə peşman olmamaq lazımdır?” başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir:

“İmanın əsas sütunlarından biri olan təqdirə, qədərə inanc, gələcəyin hazırkı zamanla müəyyənləşdirildiyini ifadə edir- əksinə, deyil. Yəni, mən “X” hərəkətini edirəm və bu hərəkət sonradan müəyyən bir “Y” nəticəsinə səbəb olur. Lakin bəs belə ola bilərmi ki, “Y” nəticə məhz mənim həmin “X” hərəkətini etməyimə səbəb olsun? Bu sual elm adamları tərəfindən 20-ci yüzilliyin ikinci yarısında araşdırılmağa başlanıb. Həmin məsələyə maraq göstərən tədqiqatçılardan biri də neyrofizioloq Benjamin Libet olub.

Libet insan beyninin müxtəlif reaksiyalarını araşdırarkən beyinlərinin açıq olduğu zamanlarda və anesteziya- ağrıkəsicilər altında olan şəxslər üzərində təcrübələr aparıb. Professor, insanın çöçələ barmağını stimullaşdırıb və beyində bu hərəkəti müəyyən edən sahəni müşahidə edib. Və əksinə, beynin kiçik barmaqla əlaqəli həmin sahəsini stimullaşdıraraq reaksiyanın sürətini ölçüb. Dəfələrlə keçirimiş təcrübələrdən əldə edilən nəticə isə belə olub: beynin hüceyrələri insanın öz niyyətlərini və hərəkətlərini dərk etməsindən əvvəl aktivləşir. Yəni insan, sanki "vaxtda geridə qalır": ilk olaraq hərəkət edir, yalnız sonra öz hərəkətini dərk edir. Başqa sözlə desək, insan özündən "geri qalır"...

Başqa bir maraqlı eksperiment də professor Markus Dyu Sota tərəfindən aparılıb. O, məşhur "Mən kiməm?" adlı sənədli filmdə baş rol alıb və qatıldığı  təcrübə onu şoka salıb və onu özünün bütün "şüurlu qərarlarını" tamamilə yenidən qiymətləndirməyə vadar edib. Eksperimentdən sonra Dyu Sota belə deyib:

“Mənə elə gəlirdi ki, insanlar özlərinin qərar vermək qabiliyyətləri ilə fəxr edirlər. Azad iradə o deməkdir ki, mən nəyisə götürməyə, nəyisə etməyə qərar verə bilərəm. Lakin mənim qərarlarımı nə idarə edir: mənim şüurlu "Mən"im, yoxsa idarə edə bilmədiyim beynimi şüursuz boz kütləsi?”

Təcrübə çox sadə idi: professoru onun beyin fəaliyyətini izləyən bir müşahidəçinin olduğu xüsusi bir qurğuya yerləşdirdilər. Professor orada iki düymədən birini basmağı seçməli idi. Tapşırıq yerinə yetiriləndən sonra o, aparatın içindən çıxaraq onu  şok edən gözlənilməz bir xəbər aldı. Müşahidəçi dedi: “Biz sizin seçiminizi 6 saniyə əvvəldən artıq təxmin edə bilirdik. Qərarlarınız beyninizin qeyri-şüurlu fəaliyyətləri tərəfindən müəyyən edilir, şüur isə çox gec bir mərhələdə qoşulur.” Başqa sözlə desək, edəcəyinizə qərar verdiyiniz hərəkət artıq 6 saniyə əvvəl müəyyənləşmişdi… 

Bütün bunlar professoru dərindən düşündürüb. O, belə açıqlama verib: “Bu təcrübə mənə “Mən”in nə olduğunu anlamağa kömək etdi. Bu yalnız beynin mürəkkəb fəaliyyətinin final mərhələsidir. Mən həmin fəaliyyətin çox böyük hissəsini anlamıram, yalnız dərk etdiyim o kiçik hissə- məhz bu 'Mən' adlandırdığımız şeydir.”

Rus alimləri də bu nəticələri təsdiqləyirlər. Məsələn, doktor D. Şamenkov qeyd edib: 

“Biz hər dəqiqə hərəkət edirik. Lakin etdiyimiz hərəkətlə onu etdiyimizi dərk etməyimiz arasında müəyyən bir vaxt fasiləsi mövcuddur. Bu fasilə müxtəlif tədqiqatçılara görə 50 milli saniyə ilə 500 milli saniyə arasında dəyişir. Məsələn, mən nə isə dedim, əlimi yellədim, amma bunları etdiyimi yalnız həmin hərəkəti etdiyimi yalnız onu edəndən sonra anlayıram. Yəni mənim  lokal “Mən”im, mənim kiçik “Mən”im o hərəkəti etdiyimdən 250 milli saniyə sonra şüurumda yer tapdı.”

Bu o deməkdirmi ki, biz öz qərarlarımızı idarə edə bilmirik? Bəli, beynimizin qeyri-şüurlu fəaliyyətlərinin 95 %-ni idarə edə bilmirik. Amma unutmayaq ki, bizdə hələ də həmin 5 % qalır ki, onlarla yeni qərarlar qəbul edə bilərik. Və bu fakt Quranın “Allah insanların halını dəyişdirməz, ta ki onlar özlərini dəyişdirməsinlər” (Təkbir, ayə 11) ayəsi ilə də uyğun gəlir.

Bu kəşflər həmçinin, Peyğəmbərimizin (Allah ona salamı olsun), keçmişə görə peşman olmağımıza dair xəbərdarlıqlarını daha yaxşı başa düşməyimizə kömək edir. Belə ki, Əbu Hüreyra, Allah ondan razı olsun, xəbər verir ki, Peyğəmbərimiz belə buyurub: “…Əgər sənə pis bir hadisə üz verərsə, "Əgər belə etsəydim, belə olmazdı!" demə, əvəzində belə de: "Bu, Allahın təqdiridir və O, istədiyini edir", çünki bu “əgər”lər şeytanın işlərinə açıq yol açır.” (Müslim)

Asiya Qagiyeva”

Tərcümə və təqdim etdi: 

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri