Icma.az
close
up
RU
Biz o xərci azaldaq ki, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin Komitə sədri

Biz o xərci azaldaq ki, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin Komitə sədri

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq ki, işə qəbul üçün pul ödəməlisən. Burada nə qədər vəsait qənaət olunur ki?! Bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir".

Redaktor.az-ın məlumatına görə, bu barədə Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugunku plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Deputatın sözlərinə görə, müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar:

"Çünki bu sahədə müəyyən repititor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik? Yaxşı olar ki, müzakirə olunanda onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq ki, yaxşı müəllimi stimullaşdıraq, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa, onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa, bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təaqüdçülərin övladına bu imkanı yaratmaq lazımdır".

Qeyd edək ki, qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq. Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see233

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see220

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see219

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see183

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see163

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see144

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see144

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see141

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see127

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see125

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri