Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Biz yararlı torpaqların hamısına taxıl əkə bilmərik Komitə sədri

Biz yararlı torpaqların hamısına taxıl əkə bilmərik Komitə sədri

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin 2024-cü ilə dair hesabatında bildirilib ki, Azərbaycanda 51,2 min hektar toxumluq taxıl (buğda və arpa) sahəsinin 16,5 min hektarı standartlara uyğun olmadığı üçün çıxdaş edilib. Sənədə əsasən, 34,7 min hektar ərazi toxumluq taxıl sahəsi kimi qəbul edilib. Əkin sahələrinin demək olar üçdə biri yararsız hesab olunub.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə həmsöhbət olub.

O bildirib ki, ölkədə toxumçuluq təsərrüfatının inkişaf etdirilməsi qarşıda duran başlıca vəzifələrdən biridir:

“Çünki məhsuldar toxum sortları olmadan kənd təsərrüfatını inkişaf etdirmək, yüksək məhsul əldə etmək mümkün deyil. Həm də toxumçuluq çox çətin bir sahədir. Elmi tədqiqat tələb edir, məhsuldar sortlar yetişdirmək üçün illərlə axtarışlar, tədqiqatlar aparılmalıdır. Bu da mütləq əkin sahələrinin nümunəvi, keyfiyyətli olmasını tələb edir. Biz bir çox toxum sortlarını xarici ölkələrdən alırıq. Təcrübə göstərir ki, bəzi hallarda bu toxum sortları iqlim şəraitinə uyğun gəlmir, torpaqların keyfiyyətinə yararlı deyil. Məhz buna görə də yerli sortların yetişdirilməsinə daha böyük önəm verilir. Ölkədə 1 milyon hektara yaxın torpaq sahəsi dənli və paxlalı bitkilərin altına verilib. Əlbəttə ki, bu gün ərzaqlıq buğda istehsal etmək və müəyyən qaydada bu sahədə tələbatı ödəmək vacib məsələ sayılır. Bu sahə üçün əlavə tədbirlər görülməsi planlaşdırılır”.

Komitə sədrinin sözlərinə görə, hər il xarici ölkələrdən 1 milyon tondan artıq taxıl idxal edirik:

“Bu təbiidir, çünki taxılçılıq rentabelli sahə deyil. Biz yararlı əkin sahələrinin hamısını taxıl altına verməklə, digər kənd təsərrüfatı məhsullarının əkininə müəyyən maneələr yaratmış olarıq. Ona görə də əsas vəzifə əkin sahələrinin münbitliyini təmin etmək və məhsuldarlığı artırmaqdır. Ölkədə şorlaşan ərazilər 100 min hektarla hesablanır və bu təəssüf doğurur. Bu digər tərəfdən günün müəyyən çətinliklərindən irəli gəlir. Çünki iqlim dəyişiklikləri torpaqların şorlaşmasını bilavasaitə zəruri edir. Ona görə də son illər meliorativ tədbirlərin yüksək səviyyədə keçirilməsinə və münbit olmayan torpaqların yararlı hala salınmasına diqqət daha da artırılıb. Nazirlər Kabinetinin hesabatından göründüyü kimi, bir çox sahələrdə toxumçuluğun inkişafı qarşıya vəzifə qoyulub. Standartlara uyğun sortların yetişdirilməsi günün tələbatına çevrilib. Ona görə də əkin sahələrinin azalması şərti ilə məhsuldarlığın artırılması ön plana çəkilir".

“Cənab Prezident də öz çıxışlarında qeyd edir ki, iri təsərrüfatlar yaratmaqla, məhsuldarlığı artırmaqla ölkədə buğda, taxıla olan ehtiyacı bir neçə il ərzində aradan qaldıra bilərik. Ona görə də çıxdaş edilən sahələrin yenidən əkinə yararlı hala salınması bu gün tədricən həyata keçirilir. Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərdə bu proses daha da sürətləndirilib. Son illərdə həmin ərazilərdə 100 min hektardan artıq torpaq sahəsi yararlı vəziyyətə gətirilir və əkin dövriyyəsinə daxil edilir. O ərazilərdən çoxunda məhz paxlalı və dənli bitkilər əkilib. Statistikaya görə, bu gün 600 min hektardan artıq sahə yararlı vəziyyətdədir və onların əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur. Ölkədə toxumçuluğun inkişaf etdirilməsi və məhsuldar taxıl sortlarının yetişdirilməsi əlbəttə ki, gələcəkdə tələbatın ödənilməsinə imkan yaradacaq”, - Komitə sədri qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see231

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri