Biz öz mövqeyimizi konkret olaraq göstərməliyik Komitə sədri
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Biz çox həssas məsələlərlə yanaşı öz mövqeyimizi konkret olaraq göstərməliyik. Qlobal Cənub yüksəlir, inkişaf edir, amma problemlər də mövcuddur. Xüsusilə, Qərb-Şərq və Şimal-Cənub münasibətlərində. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bu istiqamətlərin mərkəzində dayanan məmləkətdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə komitə sədri Səməd Seyidov deyib.
"Bizim siyasətimiz hər bir ölkə ilə yüksək səviyyədə münasibətlərimizi təşkil etməkdir. Nə edəsən ki, biz təşkil etmək istədiyimiz partnyorlar öz aralarında problemlər yaradıb, hansısa ortaq məxrəcə gələ bilmirlər", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















