Icma.az
close
up
RU
Biz Polşa yığmasına 0:8 hesabı ilə uduzandan sonra... Aslan Kərimov əsas problemi açıqladı

Biz Polşa yığmasına 0:8 hesabı ilə uduzandan sonra... Aslan Kərimov əsas problemi açıqladı

Icma.az, Fanat saytına istinadən bildirir.

DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirən Azərbaycan millisi 0:5 hesablı məğlubiyyətlə üzləşdi. Seçməmizin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb sabah Bakıda Ukrayna millisini qəbul edəcək komandamızın birinci matçdakı performansı ilə bağlı fikirlərini bölüşməsini və ikinci görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"İslandiyada qeydə alınan nəticədən sonra nəsə demək çətindir. Özüm də millidə oynamışam və böyükhesablı yenilgilərdən sonra futbolçuların özlərini necə hiss etdiklərini yaxşı bilirəm. İndi oyunçular haqda neqativ fikirlər səsləndirmək yersizdir. Qarşıda Ukrayna ilə oyun var.  Ukrayna İslandiyadan daha güclü kollektivdir və komanda həmin matça köklənməlidir. Futbolçularımız İslandiyada müdafiəyə "oturaraq" bir hissə mübarizə apardılar. Nə onların qol vəziyyətləri var idi, nə də bizim. Əfsuslar olsun ki, fasilə ərəfəsində standart vəziyyətdən bir qol vurmağı bacardılar. İslandiyanın standart vəziyyətlər zamanı nə dərəcədə təhlükəli olduğunu matçdan öncə də bildirmişdim. İkinci yarıda qol buraxmayacağımıza olan inam itdi və millimizin oyun intizamı pozuldu. Belə anlarda toparlanmaq çox çətin olur. Əsas problemimiz millidə bir liderin, komanda ruhunun olmamasıdır. Bəzən mətbuat oyunçuları mübarizə aparmamaqda suçlayır, amma kimin mübarizə aparmadığını müəyyənləşdirmək istəsək, belə biri tapılmayacaq. Hərə özlüyündə vuruşmağa, nəsə etməyə çalışırdı. Lakin komanda şəklində mübarizə apara bilmirdik. Əlbəttə, rəqib bizdən üstün komandadır. Bununla belə, bu cür məğlubiyyət olmamalı idi.

Ukrayna ilk oyunda Fransaya 0:2 hesabı ilə uduzub və Bakıda qələbə qazanmağa çalışacaq. Rəqib oyunçular bilirlər ki, Fransa yığmasını qabaqlamaq mümkün olmayacaq. Bu səbəbdən bakıdakı matça yalnız qələbə üçün çıxacaqlar. Əvvəldən biulirdik ki, bu qrupdan çıxmaq şansımız yox səviyyəsindədir. Ukrayna ilə görüşdə oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. Söylədiyim kimi, biz oynayan dönəmlərdə də böyükhesablı məğlubiyyətlərlə üzləşirdik. Amma ən azı toparlanmağa çalışır, növbəti görüşlərdə daha mübariz olmağa çalışırdıq. Məsələn, biz Polşa yığmasına 0:8 hesabı ilə uduzandan sonra İgiltərədə daha yaxşı oyunla yadda qaldıq. Düzdür, 0:2 hesabı ilə yenildik, ancaq sözün əsl mənasında, yaxşı oyun sərgilədik. Bu etməkdən ötrü yaxşı kapitana, yaxşı liderlərə ehtiyacımız var. Görünən budur ki, məşqçilər heyəti də bu işin öhdəsindən gələ bilmir. Yenidən toparlanmaqdan, ruhu geri qaytarmaqdan danışırıqsa, belədə, məsuliyyət həm liderlərin, həm də məşqçilərin üzərinə düşür. Nə Mahir Emreli liderdir, nə Bədavi Hüseynov, nə də Emin Mahmudov. Liderlik tam başqa keyfiyyətlər tələb edir".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri