Icma.az
close
up
RU
Bilbaoda ilk qolu biz vursaq... Aslan Kərimov

Bilbaoda ilk qolu biz vursaq... Aslan Kərimov

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk 2 turunda inanılmaz performans sərgiləyən, "Benfika"nı (3:2) səfərdə, "Kopenhagen"i evdə yenən "Qarabağ" oktyabrın 22-də Bilbao "Atletik"inin qonağı olacaq. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb İspaniyadakı qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Rəqib Çempionlar Liqasındakı ilk iki oyunda uduzub, "Qarabağ" isə maksimum nəticə göstərib. Əlbəttə, Niko Uilyamsın zədə səbəbindən oynamamasının onların hücum xəttinin məhsuldarlığına çox təsir etdiyi dəqiqdir. Düzdür, bizə qarşı oynayacağı bildirilir, amma zədədən dönsə belə, Niko Uilyamsın "Qarabağ"la oyunda meydanda hegemonluq edəcəyini düşünmürəm. Yəni uzun müddət oynamayıbsa, forma yığmasına vaxt lazımdır. Digər tərəfdən, baş məşqçi Ernesto Valverdenin oyun üslubu bəllidir. "Atletik" evdə dominant futbol sərgiləməyə, hücumda pressinq tətbiq etməyə çalışacaq. Valverde rəqib komandalara 3-cü zonada təzyiq göstərməyi, müdafiədən oyun qurmalarına mane olmağı sevir. Şübhəsiz, biz sayılıb-seçilən mütəxəssislərdən birindən danışırıq. Onların mərkəz müdafiəçiləri bir qədər öndə çıxış edirlər, riskli oynayırlar ki, bu da yeni tendensiyalarla bağlıdır. Ancaq bunun üçün gərək sürətli mərkəz müdafiəçilərin olsun. "Atletiko" bu baxımdan bir qədər "axsayır". Onlara vərəqə verdirə bilərik. Meydan sahibləri hücuma atılarkən boşluqlar buraxa və təmsilçimiz həmin boşluqları dəyərləndirərək yaxşı imkanlar yaxalaya bilər. Məsələn, Leandro Andrade sürəti hesabına istənilən rəqibi cəzalandırmağa, Zubir isə texnikası sayəsində istənilən müdafiəçinin başını gicəlləndirməyə qadirdir. Yəni bizim də hücum potensialımız göz önündədir. Nəriman da millidən qayıdandan sonra ümumi yorğunluğu atsa, tam bərpa olunsa, komandamıza çox faydası dəyər. Hərçənd indidən baş məşqçi Qurban Qurbanovun nominal hücumçu mövqeyində Nəriman və ya Kamilo Durana şans verəcəyini dəqiq demək çətindir. Əslində, Duranın da sürəti zəif deyil. Marko Yankoviçin sıraya dönməsi təbii ki, sevindiricidir. "Atletik"in yarımmüdafiə xətti çox güclüdür və Yankoviçin qayıdışı olduqca önəmli məqamdır. Onların hücumlarının sürətini yarımmüdafiə zonasında basqı edərək aşağı salmaq bizim üçün vacib olacaq. Məncə, Bilbaoda qol imkanlarımız çox olacaq. Əsas mərhələ başlamamışdan əvvəl bir qədər bədbin ola bilərdim, amma indi düşünürəm ki, bizim uduzmaq ehtimalımız daha azdır. Evə heç-heçə və ya qələbə ilə qayıtmaq şansımız yetərincə yüksəkdir. Bilbaoda ilk qolu biz vursaq, "Atletik"i əks-həmlələrdə yaxalaya və cəzalandıra bilərik. "Atletik"in ÇL-dəki əvvəlki iki matçda hücumda olarkən müdafiəyə qayıtmağa çətinlik çəkdiklərini və sürətdə rəqiblərinə uduzduqlarını görmüşük".

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri