Biz razılığa gələcəyik və Ukrayna… Tramp
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Biz razılığa gələcəyik və Ukrayna bir daha hərbi əməliyyatlara qayıtmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.
“Mən ümid edirəm ki, məni bölgəyə sülh gətirən biri kimi yadda saxlayacaqlar. Mən bunu neçə-neçə həyatı xilas etmək üçün edirəm. Ən vacibi də elə budur”, – Tramp bildirib.
Ukraynanın bir sıra güzəştlər etməli olacağını deyən ABŞ Prezidenti Kiyevə yardım məsələsindən də danışıb.
“Biz Ukraynaya silah tədarük edəcəyik, amma ümid edirik ki, böyük rəqəmlərə ehtiyac olmayacaq”, – əlavə edib.
Jurnalistin “Rusiya ordusu Ukraynadan çıxacaqmı?” sualına isə Trampın cavabı maraqlı olub:
“Baxarıq. Ora çox böyük ərazidir…”, – deyib.
Jurnalistlərdən biri ABŞ Prezidentdən “Rusiya və Ukrayna liderləri görüşə bilərmi?” sualını ünvanlayıb, Tramp “onlar bir-birilərini sevmirlər” deyə cavab verib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Fevral 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















