Icma.az
close
up
RU
“Biz Şah Abbas kimi yaşamırıq, qazandığımız ancaq yeməyimizə çatır”

“Biz Şah Abbas kimi yaşamırıq, qazandığımız ancaq yeməyimizə çatır”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Elə aktyor və aktrisalar var ki, özlərinə əlavə iş qurub. Elələri də var ki, quru maaşla dolanır. Müğənni bir neçə toya gedib, dolana bilir. Allah ruzilərini versin. Amma aktyor, aktrisa neyləsin? Mən bu yaşımda toy apara bilmərəm. Nə bacararam, nə də istəyərəm. Çünki o sahədə olmaq üçün kiminsə sözünü götürmək lazım gəlir. Mən də söz götürə bilmərəm".

Bu sözləri "Yeni Sabah"a Əməkdar artist, "AzDram"a üzvü Mehriban Xanlarova deyib.

Mövzu aktyor Allahverdi Yolçuyevin ehtiyacdan corab satması, habelə aktyor və aktrisaların maddi təminatı, əmək şəraiti və sabit gəlir imkanları ilə ortaya bağlıdır. Üstəlik, Xalq artisti Rasim Balayevin aktyorlara yaş senzinin ləğvi təklifi. pizza

Əməkdar artist maaşının məbləğini açıqlayaraq qeyd edib ki, teatr aktyorları oynadıqları rollara görə əlavə qonorar almır:

"Digər teatrlarda maaşların nə qədər olduğunu dəqiq bilmirəm. Mən maaş artımından sonra sosial sığorta, vergi və digər tutulmaları çıxandan sonra 1033 manat alıram. Üstəlik, Əməkdar artist olduğuma görə ayda 200 manat əlavə gəlirim var. Amma dövrün tələblərinə baxsaq, bu məbləğ normal yaşayış üçün kifayət etmir. Sənət adamı üçün xüsusilə çətindir. Geyim, kosmetika, şəxsi qulluq vasitələri var, yəni xərclər çoxdur. Amma yenə də şükür edirəm. Əvvəllər daha az maaş alırdıq. Əvvəlki illərlə müqayisədə indi vəziyyət yaxşıdır. Çətin də olsa, narazı deyiləm”.

Əlavə gəlir yalnız kino və seriallara çəkiləndə olur. Yoxsa aldığımız maaşla dolanmalı oluruq. İndi tətilə çıxmışıq, son maaşımızı almışıq. Növbəti maaş oktyabrın əvvəlində veriləcək. Tamaşaçılar düşünür ki, ifa etdiyimiz hər rola görə pul alırıq, amma elə deyil. Sistemli maaş alırıq, bu da sabit məbləğdir”.

Əməkdar artist, aktyor və aktrisaların təqaüd yaşı məsələsinə də toxunub:

“Bəziləri deyir ki, 65 yaşın varsa, təqaüdə çıxmalısan. Düşünürəm ki, aktyor və aktrisaların pensiya yaşı olmamalıdır. Elə sənətkarlar var ki, 65 yaşında gənclərdən daha enerjilidirlər. Həm də nənə, baba obrazlarını kim oynamalıdır bəs? Cavan uşaqlar? Elə aktyor var ki, 80 yaşı var, amma şən, qıvraq və səhnədə çox yaxşı performans göstərir. 

Amma təbii ki, dövlətin qanunlarına da qarşı çıxa bilmərik. Özüm 1998-ci ildən səhnədəyəm. Hazırda 58 yaşım var, amma özümü 30 yaşda hiss edirəm. Təki sağlam olaq, daha çox rollar oynayaq”.

Sonda isə aktrisa sənət adamlarının gəlir imkanları arasında fərqə diqqət çəkib:

"Elə aktyor və aktrisalar var ki, özlərinə əlavə iş qurub. Elələri də var ki, quru maaşla dolanır. Müğənni bir neçə toya getsə, dolana bilir. Allah ruzilərini versin. Amma aktyor, aktrisa neyləsin? Mən bu yaşımda gedib toy apara bilmərəm. Nə bacararam, nə də istəyərəm. Çünki o sahədə olmaq üçün kiminsə sözünü götürmək lazım gəlir. Mən də söz götürə bilmərəm. Edənlərə pis baxmıram, hər kəs öz ruzisini qazanır. Biz Şah Abbas kimi yaşamırıq, amma əsas odur ki, ayaq üstəyik. Artırdığımız bir şey yoxdur. Quru maaşla dolanırıq. Amma qabağımıza papaq qoyub dilənmirik, qazandığımız da ancaq yeməyimizə çatır”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri