Icma.az
close
up
RU
“Biz xristian həmrəyliyindən çıxış edən beynəlxalq güclərə qalib gəlmişik” Qüdrət Həsənquliyev

“Biz xristian həmrəyliyindən çıxış edən beynəlxalq güclərə qalib gəlmişik” Qüdrət Həsənquliyev

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hörmətli həmkarlar, sizi 8 noyabr Zəfər Günü münasibətilə təbrik edirəm. Xalqımızı, Ali Baş Komandanı və Birinci vitse-prezident başda olmaqla Azərbaycan Silahlı Qüvvələrini bu möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Biz əslində işğalçı Ermənistana yox, dünya erməniliyinə, ədalət hissini itirmiş, vicdanlarını satmış, beynəlxalq hüquq normalarını ayaq altına atmış xristian həmrəyliyindən çıxış edən beynəlxalq güclərə qalib gəlmişik. Ona görə də qələbəmiz çox möhtəşəmdir”.

Moderator.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili bildirib ki, illər keçdikcə xalqımız bu qələbənin möhtəşəmliyini daha dərindən görəcək, biləcək və qiymətləndirəcək: “Ona görə ki, biz, həqiqətən də az qala həlli çoxumuza mümkünsüz görünən bir problemi həmişəlik həll etmişik. Biz bu problemin həllini gələcək nəsillərə qoymadıq. Artıq Azərbaycanda gələcəkdə separatizmin yenidən alovlanmasının qarşısı alındı. Erməni separatçılarının kökü kəsildi. Azərbaycan düşmənlərdən təmizləndi, Azərbaycanın ən qədim və dilbər guşəsi Qarabağ işğaldan azad edildi.

Hörmətli sədr, hörmətli həmkarlar!

Mən, bir daha bu möhtəşəm qələbə münasibətilə hər birinizi təbrik edirəm. Hesab edirəm ki, hər keçən il zəfərdən zəfərə böyük islahatlar ili olacaq və xalqımız gələcəkdə heç bir sıxıntı ilə üzləşməyəcək. Biz, böyük çağırışlara cavab vermək üçün böyük islahatlar həyata keçirəcəyik. Sosial-iqtisadi çətinliklər heç vaxt mane olmayacq ki, bu qələbəni böyük ruh yüksəkliyi ilə qeyd edək.

Allah Azərbaycanı qorusun!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri