Icma.az
close
up
RU
“Bizdə də nizamintizama əməl etməyən futbolçular var idi, yola saldıq” “Baku Sportinq”də nə baş verir?

“Bizdə də nizamintizama əməl etməyən futbolçular var idi, yola saldıq” “Baku Sportinq”də nə baş verir?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birinci liqada mübarizə aparan komandalar da qış fasiləsinə yollandı.

10 komanda arasında 7-ci yerdə qərarlaşan “Baku Sportinq” haqda son günlər qəribə xəbərlər yayılıb. Deyilənə görə, futbolçuların əksəriyyəti baş məşqçi Elman Sultanovla problem yaşayır, bu üzdən rəhbərliyə şikayət edib. Hətta ötən il ikinci liqada çempion olan bir neçə futbolçu ilə yollar ayrılıb. Belə demək olarsa, klub daxilində sular bulanıb. Bəs komanda daxilində nə baş verir? “Football-plus.az”ın sualını klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov cavabladı:

“Elman Sultanovun kobudluğu məsələsi doğru deyil. Guya narazılıq edən kimsə rəhbərliyə qədər gedib çıxıb. Belə şey yoxdu. Bu xəbərləri dərc edənlərin heç biri kluba zəng vurub fikir öyrənməyib. Klubun daxilində baş məşqçinin kobudluğu, futbolçuların narazılığı ilə bağlı heç bir problem yoxdu. Nizam-intizam qaydasını pozan futbolçular var ki, bu da bütün klublarda baş verir. Bizdə də nizam-intizama əməl etməyən futbolçular var idi, yola saldıq. Bir futbolçu məşqə gəlmirsə, müqavilədə qeyd olunan öhdəliyi yerinə yetirmirsə, onu heyətdə saxlaya bilmərik. Bu məlumatların hamısı əsassızdı. Ötən il ikinci liqanın qalibi olduq. Bir məqamı da unutmayaq ki, biz həm də birinci liqanın debütantıyıq. “Qəbələ”ni demirəm, onsuz da premier-liqa təcrübəsi olan komandadı. Bizi və “Cəbrayıl”ı çıxmaq şərti ilə birinci liqada oynayan komandaların hamısı uzun illərdi bu liqada çıxış edir. Belədə bizim kimi gənc komanda üçün bu cür liqada oynamaq çətindi. Amma hazırda qərarlaşdığımz yer və topladığımız xallar onu göstərir ki, biz burda “qapazaltı” komandalardan deyilik. Elə olmaq fikrimiz də yoxdu. Komanda bacara biləcəyinin ən yaxşısını etmək istəyir. Turnir cədvəlinin yuxarı pillələrinə qədər qalxmaq üçün əlindən gələni edəcək. Hər oyunda maksimum xal qazanmaq üçün meydana çıxırıq. Amma alınmırsa, bu, futbolçuların gənc və birinci liqa təcrübəsinin az olmasına görədi. Bu o demək deyil ki, biz əlimizi yanımıza salmışıq. Təcrübə yığdıqca düşünürəm ki, “Baku Sportinq” də bu liqada sözünü deyəcək”.


RÖYANƏ OĞUZ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri