Icma.az
close
up
RU
Bizə belə valideyn komitələri lazım deyil, onlar pul yığmaqla məşğuldurlar STM in sektor müdiri

Bizə belə valideyn komitələri lazım deyil, onlar pul yığmaqla məşğuldurlar STM in sektor müdiri

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda valideyn komitələri sinif rəhbərlərinə xoş gəlmək üçün bir neçə valideyinin hegomonluğu üzərində qurulur".

Bunu Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri son günlər müzakirə olunan məktəblərdəki valideyn komitələrinin fəaliyyətindən və onların lazım olub-olmamasından danışarkən bildirdi.

Onun sözlərinə görə, bu komitələrin dırnaqarası fəaliyyəti müəllimlər üçün xüsusi günlərdə işə düşür:

"Onlara tədrisin keyfiyyəti, təlim-tərbiyə metodikası, dərsliklərlə bağlı problemlər maraqlı deyil. Yalnızca müəyyən tarixlərdə pul yığmaqla məşğuldurlar. Bir neçə valideyin hegomonluğu ələ keçirir və müəllimlə yaxınlıq quraraq həmin sinifdə təhsil alan övladının aparıcı qüvvəyə çevrilməsinə çalışır. "Sinif anası" adlandırılan bu xanımlar digər valideyn və şagirdlərə psixoloji təsir göstərirlər. Hər hansısa valideyn haqlı şəkidə müəllimə irad bildirən zaman müəllim qalır kənarda, "sinif anası" valideynə qarşı çıxır. Adətən bu cür vəzifəni üstlənən qadınlar dildən iti olurlar və digər valideynlərə diqtə etmək bacarığına sahib olurlar. Üzərinə gedilən valideyn növbəti dəfələrdə artıq müəllimə öz iradın bildirməkdən çəkinir. Bu gün bizə belə fəaliyyət göstərən valideyn komitələri lazım deyil".

Elmin Nurinin fikrincə, valideyn komitələri ləğv olunmamalı, lakin strukturu tam dəyişməlidir:

"Valideynlərin məktəblərdə faydalı yönümlü fəaliyyətini daha da inkişaf etdirmək üçün bir sıra meyarlar tətbiq edilə bilər. Könüllü valideyn birlikləri yaradıla bilər. Hər məktəbdə sosial aktivliyi ilə seçilən valideynlərdən ibarət (say ən azı 20-25 nəfər) könüllü dəstək birliklərinin yaradılması tədris və sosial məsələlərin həlli baxımından çox faydalı ola bilər. Bu birlik məktəblərdə tədbirlərin təşkili, sosial durumu aşağı olan şagirdlərə humanitar dəstəyin təşkili, şagirdlərlə iş zamanı müəllimlərə yardımçı fəaliyyətin təşkili və s. işləri həyata keçirə biləcəkdir".
STM rəsmisinin fikrincə, “evdə müəllim” metodu da həyata keçirilə bilər. 

"Bu metod şagirdlərdə həm tədris keyfiyyətinin inkişafı, həm də davranış mexanizmlərinə nəzarət baxımından çox faydalıdır. Üstəlik, bu metod vasitəsilə valideyn də özünü təhsilə daha yaxın bir sima kimi hiss edəcək, özünü tədris prosesinin bir fərdi sayacaqdır. “Evdə müəllim” metodunda əsas vəzifə həm də müəllimin (sinif rəhbərinin) üzərinə düşür. O bir qrup valideynlə həftənin müəyyən günündə tədris prosesi, keçirilən mövzularla bağlı təlim keçməli və onlara şagirdlə evdə necə işləməyin qaydalarını bildirməlidir. Çünki ev tapşırığının həlli zamanı valideynlərin yaşadığı çətinliklər şagirdlərin də sonrakı probleminə çevrilir. Onlar “evdə müəllim” metodu ilə məktəbdəki müəllimin işini daha da gücləndirmək, keçirilən predmeti övladlarının zehinlərində daha yaxşı möhkəmlənməsinə nail ola bilərlər", - deyə Elmin Nuri bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri