Bizə demokratiya dərsi verməyə çalışanlara bu dərsi verəcək vəziyyətdəyik Fuat Oktay Yeni Gündəm
Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı çox yaxşı keçdi, bir çox bölgə ölkələri və Türk Dövlətlər Təşkilatına üzv ölkələrin hamısı konfransda iştirak edirdi.
“Yeni Gundem” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Məclisinin mənbəyi xalqdır” sözünü gördük: “TBMM-də də Atatürkün eyni sözünü görə bilərsiniz”.
Fuat Oktay qeyd edib ki, bir müddət əvvəl parlament seçkiləri ilk dəfə bütün suveren Azərbaycan torpaqlarında keçirilib: “Ermənistanın 30 illik işğalından sonra Azərbaycan bütün torpaqlarında ərazi bütövlüyünü bərpa edib. Hər yerdə seçki qutularının qurulduğu, millətin sözünün hər yerdə söyləndiyi və təmsil edildiyi bir damın altındayıq. Ənənələr və perspektivlər baxımından bu konfrans çox mühüm idi. Bizə demokratiya dərsi verməyə çalışanlara demək istəyirəm ki, biz bu dərsi verəcək vəziyyətdəyik. Çünki parlamentarizm tariximiz çox qədimdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















