Onlara bu dərsi verəcək vəziyyətdəyik Fuad Oqtay
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı çox yaxşı keçdi, bir çox bölgə ölkələri və Türk Dövlətlər Təşkilatına üzv ölkələrin hamısı konfransda iştirak edirdi.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Məclisinin mənbəyi xalqdır” sözünü gördük:
“TBMM-də də Atatürkün eyni sözünü görə bilərsiniz”.
F.Oqtay qeyd edib ki, bir müddət əvvəl parlament seçkiləri ilk dəfə bütün suveren Azərbaycan torpaqlarında keçirilib:
“Ermənistanın 30 illik işğalından sonra Azərbaycan bütün torpaqlarında ərazi bütövlüyünü bərpa edib. Hər yerdə seçki qutularının qurulduğu, millətin sözünün hər yerdə söyləndiyi və təmsil edildiyi bir damın altındayıq. Ənənələr və perspektivlər baxımından bu konfrans çox mühüm idi. Bizə demokratiya dərsi verməyə çalışanlara demək istəyirəm ki, biz bu dərsi verəcək vəziyyətdəyik. Çünki parlamentarizm tariximiz çox qədimdir”.
Baxış sayı:103
Bu xəbər 07 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















