Icma.az
close
up
RU
Bizə qadınların zorakılığına məruz qalan kişilər də müraciət edirlər MÜSAHİBƏ

Bizə qadınların zorakılığına məruz qalan kişilər də müraciət edirlər MÜSAHİBƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda əsas sosial problemlərdən biri məişət zorakılığının artması, buna məruz qalan insanların isə öz hüquqlarını bilməməsidir. Yəqin ki, çoxları uşaq və qadınların hüquqlarının müdafiəsi üçün fəaliyyət göstərən “116111 qaynar xətti”ndən xəbərsizdirlər. “Azərbaycan uşaq qaynar xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən valideynlər müraciət edir. 

2025-ci ilin yanvar-mart ayları ərzində "Azərbaycan uşaq qaynar xətti"nə 940, "Azərbaycan qadın dəstək xətti"nə isə 537 müraciət daxil olub.

Modern.az "qaynar xətt"in təsisçisi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova ilə bu mövzularda söhbət edib.
- Uşaq və qadın “qaynar xətti” barədə bir qədər geniş məlumat verməyinizi istərdik...
 

- Biz təşkilat olaraq 1999-cu ildən fəaliyyətə başlamışdıq. Əsas faəliyyət istiqamətimiz uşaqlar və gənclər olmuşdu. İlk olaraq səhiyyə sahəsində fəaliyyətə başlamışdıq. Gənclər və uşaqlarla işlədikcə gördük ki, problemlərin təməlində ailələri, valideynləri və ələlxüsus böyüdükləri mühit çox önəm daşıyır. Bu mühitdə keçirilən travmatik hallar, stresslər, problemlər uşaqların gələcək yeniyetmə yaşında, gənc dövründə özünü göstərməyə başlayır. Biz 2005-ci ildə qərara gəldik ki, isti davranışa meyilli olan uşaqlar üçün xidmət mərkəzi açaq. Onlarla işlədikcə, cəzaçəkmə müəssisələrində uşaqlarla ünsiyyət qurduqca düşündük ki, onların təcili bir xidmətdən yararlanmasına ehtiyac var. O zaman Azərbaycanda belə xidmət mövcud deyildi. 24 saat fəaliyyət göstərən “uşaq qaynar xətti” xidmətini təsis etdik. Bu xidmətdə digər “qaynar xətt”lərdən fərqli olaraq psixoloqlar, sosial işçilər və hüquqşünaslar çalışır. Yəni zəng vuran uşaq, yaxud uşaqla bağlı müraciət edən böyük bir zənglə problemin həllinə nail ola bilir. Əgər problemi telefonla həll etmək mümkün deyilsə, onda biz onları yönləndiririk və kompleks yanaşma şəklində dövlət qurumları ilə birlikdə problemin həllinə çalışırıq.
 

- “Qaynar xətt” vasitəsilə qadın və uşaqlara hansı sahələrdə yardımlar edilir?
 

- Maliyyə yardımı xaric olmaqla bütün yardımlar tərəfimizdən göstərilir. Uşağa dair nə problem varsa, səhiyyə, təhsil, sosial problemlər, əlilliyin təyin olunması, erkən nikah, ailədaxili zorakılığa məruz qalmaq, məişət zorakılığı, bullinq, qısnama, itkin düşmə ilə bağlı problemlər tərəfimizdən araşdırlır, zərərçəkənlərə yardım edilir. Hətta hər hansı tibbi əməliyyata ehtiyacı varsa, o araşdırılır və ehtiyac olduğu halda dəstəyimizi göstərməyə çalışırıq.

- Ən çox müraciət nə ilə bağlı olur?
 

- Təəssüf ki, psixoloji və fiziki zorakılıqla bağlı müraciətlər daha çox daxil olur. Cinsi zorakılıqla bağlı müraciətlər də daxil olur. Müraciətlər regionlardan da olur, amma əsasən Bakıdan daha çox müraciət edilir. Araşdıranda görürük ki, böyük əksəriyyət rayondan Bakıya gələnlərdir.
 

- “Qaynar xətt”iniz regionlarda nə qədər məşhurdur?
 

- Bakıda yayım və tanıtma işləri daha aktivdir. Eyni zamanda çalışırıq ki, mediada və televiziyalarda daha geniş yayaq. Bu zaman dövlət qurumları da dəstək olur. Amma regionlarda təəssüf ki, təqdimat zəifdir. Biz çalışırıq ki, İnstaqram və Tiktok şəbəkələri vasitəsilə təqdimatlar edək. İndi gənclərin və uşaqların, hətta həssas ailələrin daha çox istifadə etdiyi şəbəkələr bunlardır. Orada elektron postların yayılması, telefon nömrələrinin paylaşılması həyata keçirilir. Çalışırıq ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ilə dəstək alaq. Nazirlik vasitəsilə məktəblərə məlumatlarımızı əks etdirən plakatlarımızı göndərməyə çalışırıq.


- Dövlət qurumlarından hansıları ilə daha aktiv çalışırsınız?


- Uşaq məsələləri ilə bağlı bütün dövlət qurumları ilə çalışırıq. Əsas yeri təbii ki, ilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tutur. Eyni zamanda Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi ilə birgə fəaliyyət göstəririk. Hətta Ədliyyə Nazirliyi ilə Milli Fəaliyyət Planı da imzalanıb ki, məhkəməsində dəstəyə ehtiyacı olan, reabilitasiya keçən uşaqlara yardım göstərilsin. Çünki davranış pozuntusu olan uşaqların da bizdə statistikası var və məktəblərdən həmin uşaqlarla bağlı bizə məlumatlar gəlir. Biz həmin uşaqların cəzaçəkmə müəssisəsində deyil, məhz azaqlıqda reabilitasiyasına daha çox üstünlük veririk.
 

- Bəs dövlət qurumları bu müraciətlərə necə yanaşır?
 

- Dövlət qurumlarının nümayəndələrinin olduğu qrupumuz var. Bu multidissiplinar, kompleks komandadır. Hansı ki, müraciət gecə saatlarında belə gəlsə, dərhal göndərilir. Məsələn, hər hansı uşaq çöldədir, sığınacağa yerləşdirilməlidir. Bu zaman müraciət göndərilir və uşaq barədə tədbir görülür. Post Patrul Xidməti, polis inpektorları, ailə, qadın, uşaq komitələri, icra hakimiyyətlərinin yerlərdə azyaşlılar üzrə komissiyaları hamısı bizimlə bərabər çalışır.

- 2025-ci il başlayandan sığınacağa yerləşdirilməsi üçün köməklik göstərilən uşaq, qadın olubmu?


- 20-25 arası uşaq sığınacağa yerləşdirilmək üçün müraciət edib. Burada rayonlardan və Bakıdan da olan uşaqlar var. Onların yerləşdirildiyi sığınacaqlar Bakı və Gəncədə yerləşir. Gəncədə bir sığınacağımız fəaliyyət göstərir. Bunun üçün müraciətlər əsasən kiberzorakılıq, erkən nikaha məcbur edilmə, valideynləri ilə krizis münasibətlərin yaşanması ilə bağlıdır. Onlar evdən çıxmaq niyyətlərini bildirirlər. Həmin uşaqlar şantaj olunurlar, ailələrinə deməyə qorxurlar. Bu halda ailə ilə iş prosesi üçün biz uşağı müvəqqəti sığınacağa yerləşdirə bilirik.
 

- Bununla bağlı digər QHT-lərdən də sizə dəstək olurmu?
 

- Biz təbii ki, sığanacaqlarla birgə işləyirik. Əsasən dövlət qurumlarının nəzdində olan sığınacaqlara üstünlük veririk. Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində reabilitasiya mərkəzi var. Orada yer məhdudiyyəti olduqda, yaxud operativ şəkildə yerləşdirmək lazım olanda müvəqqəti olaraq vətəndaş cəmiyyətinin sığınacaqlarına yönləndiririk.
 

- Qeyd etdiyiniz prosedurlar yəqin ki, bir az vaxt alır. Bununla bağlı sizin tərəfinizdən hər hansı təkliflər verilibmi?
- Əslində prosedurlarla bağlı təkliflər verilib. Bildiyiniz kimi, Prezident tərəfindən imzalanan Azərbaycan Respublikasının Uşaqlara Dair 2020–2030-cu illər Strategiyası çərçivəsində 5 illik fəaliyyət planı bu il bitir. Növbəti 2026-2030-cu illəri əhatə edən fəaliyyət planı hazırlanır. Mən də o işçi qrupundayam. Biz orada təklif vermişik ki, məlumatları operativ yerləşdirmək üçün alt sistemə yükləmək, məlumatı qurumlara göndərmək vaxt tələb edir. Orada məlumat sistemə yüklənir, sosial işçilər gedib qiymətləndirmə aparmalı, prosedurları həyata keçirməlidirlər. Ona görə də təklif olunub ki, operativ müdaxilə üçün prosedurlar yüngülləşdirilsin.


- Bəzən media nümayəndələri tərəfindən cinayətə şahid olan, yaxud məruz qalan uşaqların adları açıq şəkildə tirajlanır, görüntüləri yayımlanır. Buna münasibətiniz necədir?


- Əslində son dövrlərdə mediada gedən xəbərlər çox da ürəkaçan deyil. Burada bəzi xəbərlər struktur, verdiyi mesaj baxımından düzgün deyil. Mən bununla bağlı bir neçə dəfə özüm də yazı hazırlayıb vermişəm ki, ötürülən mesajların əhəmiyyəti və töhfəsi müsbət və mənfi ola bilər. Digər tərəfdən, son gördüyümüz budur ki, media strukturları uşaq kiberzorakılığa, cinsi istismara məruz qalırsa, yaxud evdən qaçırsa, onun haqqında məlumatları açıq şəkildə yayımlayır. Onu məktəbə bağlamaq, məktəbləri hədəf götürmək dügzün deyil. Bəzən mən məlumatı oxuyuram, amma bizə gələn məlumatda tamam başqa situasiyalar qeyd olunur. Hər bir məlumat invidual yanaşmadır, biz hər şeyi açıq deyə bilmərik.

- Necə düşünürsünüz, qanunvericilikdə uşaqlarla bağlı hansı müddəalarla bağlı dəyişikliyə ehtiyac var? Siz bununla bağlı hansı təklifləri vermisiniz?
 

- Cinayət Məcəlləsində cinsi əlaqə ilə bağlı 16 yaş məsələsi var ki, biz onun da dəyişdirilməsini təklif etmişik. Əgər şəxs 18 yaşa qədər uşaq hesab edilirsə, 16 yaş məsələsi götürülməlidir. Bu yaşda şəxs hələ də uşaq hesab olunur. Amma məsuliyyətə cəlb edilmə məsələsində, xüsusilə təsdiq materialları yoxdursa, cinayət hesab olunmur. Bu məsələlərdə mesajın necə ötürülməsi əks təsir də yarada bilir. Digər tərəfdən, hamı məlumatın yayılmasını görür. Məsələn, bizə müraciət edirlər ki, hüquqi və psixoloji yardım edin. Bir müddət keçir, ailə deyir ki, mən televiziyaya çıxıram. Halbuki o çıxışda effekt yoxdur, çünki hər şeyin öz proseduru var. Araşdırma özü də vaxt aparan məsələdir. Əksinə, televiziyalar valideynlərə mesaj ötürməlidir ki, preventiv olaraq nə etməlidirlər, ailədə münasibətlər necə qurulmalıdır, övladlarında nəyə diqqət etməlidirlər... Bizdə mesaj gedir, hadisə danışılır. Amma media olaraq maarifləndirmədə iştirakımız nədədir?! Bu yaxınlarda bir videorolik çəkilmişdi. Videoda evdə dava səhnəsi əks olunur. Uşağı, kişini göstərirlər, davanın özü görünmür ancaq səs eşidilir. Xanım isə qapını açaraq çıxır. Bununla da rolik sona çatır. O haraya gedir?! Mesaj yoxdur ki, bu hallarda nə edilməlidir. “Qaynar xətt” var, DİN-in xətti var. Videoda uşaq arxada qalır, heç diqqətdə saxlayan yoxdur ki, o da münaqişənin alətinə çevrilə bilər. Bəzən xəbərlərdə adlar, yaşayış yerləri, məktəblər açıqlanır. Bizim ölkəmizdə beynəlxalq konvensiya ratifikasiya olunub, digər tərəfdən, uşaq hüquqları haqqında öz qanunlarımız da var. Hətta bəzi jurnalistlər qaçırlar rayonlara, ailələri tapıb müsahibə alıb yayımlayırlar. Bu yaxınlarda Tovuzda da bunun şahidi olduq.

- Sizcə Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik yetərlidirmi?
 

- 2023-2024-cü ildə qanunvericiliyin sırf uşaqlarla bağlı bütün qanun sənədlərinə baxış keçirdik və təkliflər hazırlayıb təqdim etdik. Əslində ümumi götürsək, uşaqlarla bağlı bütün lazımi qanunlar mövcuddur. “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunu, “Məişət zorakılığının qarşısının alınması üzrə” Qanun, “Psixoloji xidmət haqqında” Qanun, “Sosial xidmət haqqında” Qanun mövcuddur. Kifayət qədər qanunlar var, sadəcə olaraq onlara mütəmadi olaraq, 5-6 ildən əlavə və dəyişikliklər olmalıdır. Çünki tendensiya dəyişir. COVİD-dən sonra insanlarda psixi sağlamlıq problemləri müşahidə olundu. Bu gün istər böyüklər tərəfindən uşaqlara yönəlik hadisələr, istərsə də uşaqlar tərəfindən törədilənlər bu çətinliklərdən qalan travmatik hadisələrdir ki, özünü indi büruzə verir. Biz 2020-ci ildə 5 mindən çox müraciət almışdıq. Onda biz başa düşdük ki, dözməyən həyəcan siqnalı verən ailələr var. Sadəcə olaraq evdən ayrılanda bir az problemini unudur. Karantin insanların dözümsüzlüyünü üzə çıxardı.

Uşaqlarla bağlı məktəbdən yayınma məlumaıt gedir. Bizim təklifimiz odur ki, buna görə yerli icra hakimiyyəti orqanı ilə birgə erkən müdaxilə üçün sosial xidmət mərkəzi dəvət olunmalıdır. Polis formada gəldikdə, adminstrativ binada dindirilmə aparıldıqda, heç bir nəticə əldə olunmur. 16 yaşla bağlı məsələ var. Qızlar hər halda bilməlidir ki, bu yaşda uşaq sayılırlar. Onlar bilməlidir ki, hansı hallarda bu cinsi istismar, zorakılıq sayıla bilər. Yaxud kiberzorakılıq halları artmaqdadır. Biz “İnformasiya haqqında” Qanuna baxmalıyıq ki, qanunlar bizi tamamilə qoruyurmu?!

Hamının övladı var. Bəzən evdən iş dalınca çıxmaq bizim gözümüzü yumur. Uşaq evdə qalır, ona nəzarət edilməsi məsələsi var. Biz izləyə bilmirik ki, onlar internetdə nə ilə məşğul olur. Mən övladıma görə bir çox proqramları öyrənirəm. Çünki biz bilməliyik ki, hansı oyunları oynayır. Uşaqlara məktəbdən dərs verirlər, onlar məlumatı da bu vasitə ilə almalıdır. Bu istər-istəməz bizim həyatımızda var. Amma onu idarə etmək, kontrolda saxlamaq bizim işimizdir.
 

- Qadın və uşaqların qorunması, hüquqlarının müdafiəsi üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bəs kişilərin də hüquqlarınn qorunması üçün belə təşkilatlar varmı? Sizin təşkilatınıza hüquqlarının müdafiə edilməsi üçün müraciət edən kişi olubmu?


- Bizdə qadın və kişilər üçün prosedur eynidir. Atalar uşağı ilə bağlı müraciət edirlər. Amma qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər də bizə müraciət edir. İqtisadi zorakılıq, aldadılma, alçaldılma halları ilə bağlı da müraciətlərlə qarşılaşırıq.
 

- Biz problemlərin həllinə cəhdi əsasən Bakıda görürük. Amma regionlarda problem daha böyükdür və həlli daha çətindir. Bununla bağlı nə etmək olar?
 

- Mən əvvəlcədən də dəfələrlə demişəm, bununla bağlı regionlarda xidmət mərkəzlərini gücləndirməliyik. Mən sığınacaq yox, gün ərzində qayğı sosial xidmət mərkəzlərinin yaradılmasına ehtiyac görürəm. Çünki bu özü sövq edəcək ki, erkən müdaxilə olunsun. Uşaq, qadın ailədən getmədən mümkün qədər ailə ilə işləyib problemlərini həll etmək lazımdır. Elə hallar var ki, orada reabilitasiya işi aparılsa da, xeyri olmayacaq. Məsələn, alkoqol və narkotik bağlılığını buraya aid edə bilərik. Çünki insan paralel müalicə almırsa, reabilitasiyanın effekti olmayacaq. Rayonlarda problemlərə təcili və erkən müdaxilə edilə bilməsi üçün sosial xidmət mərkəzlərini genişləndirmək yoxdur. Eyni zamanda bu sahədə kadr çatışmazlığı var. Ailə psixoloqlarının rayonlarda kifayət qədər olmaması, sosial işçilərin çatışmaması problem yaradır. Bununla da paralel olaraq ailələri maarifləndirmək lazımdır. Amma maarifləndirmə o istiqamətdə olmamalıdır ki, qadınsansa, ən kiçik çətinlikdə ayrılmalısan. Azərbaycan və dünya leksimonunda mübarizə adlı söz var. Bu söz heç nədən yaranmayıb. İnsan hərəkət etməli, mübarizə aparmalıdır ki, nəyisə əldə etsin. Biz sadəcə olaraq o fəaliyyətdə təkan, müsbət töhfə verə, ağırlaşdırılmış halda ailədən çıxara bilərik. Amma bu sahədə tədbirlər aparılmalı, maarifləndirmə olmalıdır. İnsanlar bəzən evdə dözür və heç kimə heç nəyi danışmır. “Qaynar xətt”də anonimlik qorunur. Bəzən insanlar evdə olan travmalara dözür, amma müraciət etməkdən çəkinir. Bizim “qaynar xətt”imizdə bu anonimlik var. Vətəndaş müraciət edən zaman biz özümüz o məsələni araşdırırıq. Bizə siqnal müraciət edilməsi kifayətdir. Bunun hansı tərzdə araşdırılması hadisədən asılıdır. Əgər təhlükəli vəziyyət də varsa, rayon üzrə polis əməkdaşları ilə birgə hərəkət edirik. Bu zaman polis müraciət edən şəxslə yox, bizimlə əlaqə qurduğu üçün də anonimlik saxlanılır.


- Siz həm də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüsünüz. Son sualımız bununla bağlıdır ki, sosial iş ixtisası ölkəmizdə demək olar ki, acınacaqlı vəziyyətdədir. Universitetlərdə sizcə bu ixtisasın tədrisi ilə bağlı vəziyyət necədir? Bunu necə inkişaf etdirə bilərik?

- Ölkəmizdə bu sahə üzrə kifayət qədər kadr var. Əvvəl  bu ixtisas ancaq Bakı Dövlət Universitetində idi. Amma indi 6-7 universitet ixtisası üzrə kadr hazırlayır. Kadrlardan çoxu kim universiteti bitirirsə, təhsilini davam etdirib ixtisası tədris etmək üçün qayıdır. Burada məsələ 2 istiqamətdədir. İlk məsələ qəbul prosesi ilə bağlıdır. Qəbul balı kifayət qədər yüksəkdir, amma ixtisasa daxil olduqdan sonra bəzi tələbələr görür ki, bu sahə onlara uyğun deyil. İxtisasa qəbul olur, amma anlayışı yoxdur ki, mən sosial işçi olaraq nə edəcəm?! Məsələn, həkim, müəllim öz işini konkret bilir. Müəllim məktəbə gəlib dərs deyəcək, həkim xəstələri müalicə edəcək. Sosial işçilər isə öz işlərini bilmirlər. Burada dediyim kimi, ilk məsələ qəbul prosesi ilə bağlıdır. İxtisasın adından heç nə bilinmir. 17-18 yaşlı tələbənin bu ixtisası seçməyi o demək deyil ki, haraya getdiyini bilir. Burada təbliğat önəmlidir. İnsanlar öyrənməlidir ki, sosial işçi nə işlə məşğul olur. Psixoloqun nə işlə məşğul olduğunu hamımız bilirik, amma sosial işçini çoxları bilmir. Digər məsələ isə sahəyə maraqla bağlıdır. Kifayət qədər kadrlar var. Elm və Təhsil Nazirliyi ilə müzakirələrdə və bu sahələrdə konfranslarda bu təklifi irəli sürürəm. Məsələn, tibb sahəsində ilk kursdan tələbələr xəstəxanada təcrübə keçir, xalat geyinir,  pasiyentləri görür. Tələbələr bu şəkildə ixtisasını sevir, yaxud nifrət edir. Oxuduğumuz dövrdə morqda cəsəd görənlərdən başqa sahəyə yönələnlər olub. Bu sahədə o seçim yoxdur. Təklif edirdim ki, birinci kursdan tələbələr tədrislə paralel təcrübə də keçsinlər. Onlar sosial xidmət mərkəzlərində həssas ailələri görməlidir. Sosial işçi ancaq həssas təbəqə ilə işləyir. Amma bu yoxdur. Tələbələr ancaq 4-cü kursu bitirəndən sonra bizə də gəlirlər. İstehsalat təcrübəsi keçirlər ki, o da cəmi 40 gün çəkir. Bu, onlara ixtisası üzrə nə verəcək?! Bir çoxları ilə də danışanda görürük ki, motivasiyaları yoxdur. Bu tərəfdən dövlətin töhfəsi o oldu ki, Sosial Xidmətlər Agentliyi açıldı. Artıq tələbələr 1, 2, 3-cü kurslardan agentliyi eşidirlər, sosial xidmətlər mərkəzləri genişlənir. Əgər bu mərkəzlər rayonlarda da açılsa, yaxşı məvaciblə gedib işləyə bilərlər. Amma qeyd etdiyim 2 məsələ, həvəsləndirmənin və qəbul zamanı ixtisas seçimində anlayışın olmaması bu sahədə marağın az olmasına səbəb olur.
 

- Son olaraq insanlara vermək istədiyiniz mesajınız varmı?
 

- Mesajım “qaynar xətt”imizlə bağlıdır. Demək istəyirəm ki, insanlar çəkinməsinlər. Problemlərin həlli mümkündür. Problemin həllini deməyi bacarmalıyıq. “Qaynar xətt” bu fürsətləri verir. Burada birdən çox variant var. Zəng etmək, mesaj yazmaq, sosial şəbəkələr üzərindən müraciət etmək mümkündür. Əgər zənglə danışmaq çətin olursa, mobil tətbiqimiz vasitəsilə harada olsanız da, operatorumuzla əlaqə qura bilərsiniz. Bu fürsətlər var, sadəcə olaraq bundan istifadə etmək lazımdır. Devizimizdə də deyildiyi kimi “Yardım telefon qədər yaxındır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri