Icma.az
close
up
RU
Bizə qələbə lazımdır Putin

Bizə qələbə lazımdır Putin

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və digər strateji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi ardıcıl zərbələr Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla bildirir ki, “Röyters” agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Putin Ukraynaya daha sərt cavab verilməsi tərəfdarıdır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynanın müttəfiqləri hesab edirdilər ki, Rusiyanın enerji infrastrukturuna endirilən uğurlu PUA hücumları müharibənin gedişini dəyişəcək və Moskvanı hərbi əməliyyatları dayandırmağa məcbur edəcək.

Lakin “Röyters”in mənbələri bildirirlər ki, bu hücumlar əksinə, Putinin müharibəni davam etdirmək və cavab zərbələri vurmaq əzmini daha da gücləndirib.

Bildirilir ki, Rusiyanın neft emalı zavodlarına hücumlardan sonra Rusiya ordusu Kiyevə bir neçə dəfə genişmiqyaslı raket və dron zərbələri endirib. Nəticədə onlarla insan həlak olub.

Mənbələrin iddiasına görə, Putin Donbasın tam nəzarət altına alınması planından da imtina etmək niyyətində deyil.

Qeyd olunur ki, o, cəbhə xətti üzrə münaqişənin dondurulmasını təklif edən bir qrup müşavirini sərt tənqid atəşinə tutub, Kremlə qələbənin lazım olduğunu bildirib.

“Röyters”in həmsöhbətləri Putinin Rusiya ordusunun yaxın vaxtlarda Donbasın bütün ərazisinə nəzarəti ələ keçirəcəyinə inandığını deyirlər.

Bundan əlavə, agentliyin məlumatına görə, Putin müharibənin daha da genişlənməsinə hazırlaşır. Mənbələrdən biri hesab edir ki, eskalasiya artıq yaxın aylarda baş verəcək. Bunun hansı formada olacağı isə açıqlanmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 İyul 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri