Bizi Azərbaycan millisi ilə çətin oyun gözləyir Belaruslu futbolçu
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus millisinin müdafiəçisi Kirill Peçenin Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, Azərbaycan millisi ilə daha əvvəl keçirilən yoldaşlıq oyunlarını xatırlayan futbolçu millidə "Qarabağ"ın bir neçə üzvünün çıxış etdiyini və rəqiblərinin yaxşı komanda olduğunu bildirib:
"Azərbaycanla Minskdəki oyunumuz çoxdan olub. Amma Bakıdakı matçı çox yaxşı xatırlayıram. Rəqib komandanın heyətində çox yaxşı futbolçular var. Xüsusilə də "Qarabağ"da çıxış edən oyunçuları qeyd edərdim. Avropada çıxış etdikləri üçün böyük təcrübəyə sahibdirlər. Sabah bizi çətin oyun gözləyir.
"Süni ot örtüklü meydança yoxsa təbii?" sualına isə Peçenin belə cavablandırıb: "Əlbəttə, təbii ot örtüklü meydança daha yaxşıdır. Ancaq Belarusdakı mövcud şəraitlə əlaqədar olaraq, bütün oyunçular hər iki meydançaya öyrəşiblər".
Xatırladaq ki, Azərbaycan - Belarus oyunu sabah saat 21:45-də başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















