Böyük Qayıdışa stimul: Prezidentin səfərləri bölgələrdə prosesləri sürətləndirir
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan Prezidentinin doğum günlərini işğaldan əvvəl məcburi köçkünlər və qaçqınlarla birgə keçirməsi, torpaqlar işğaldan azad edildikdən sonra isə bu günləri Qarabağda və azad olunmuş ərazilərdə qeyd etməsi artıq bir ənənəyə çevrilib. Bu, həm Prezidentin Böyük Qayıdış prosesinə verdiyi xüsusi önəmi, həmin prosesi şəxsən nəzarətdə saxladığını, həm də xalqın arasında olmağa üstünlük verdiyini açıq şəkildə göstərir. Eyni zamanda bu yanaşma, geri dönüş prosesinin sürətlənməsi baxımından da yadda qalan məqamlardandır".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, bildirib ki, məhz bu prizmadan baxdıqda, Prezidentin bölgələrə səfərlərinin proseslərə müsbət təsir göstərdiyi aydın görünür:
"Bu səfərlər ərazilərdə aparılan quruculuq işlərinin daha sürətlə həyata keçirilməsinə, dövlət proqramlarının vaxtında və nəzarət altında icra olunmasına ciddi stimul verir. Bu baxımdan Prezidentin səfərləri təkcə rəmzi xarakter daşımır, eyni zamanda icra mexanizmlərinin işləkliyini artıran mühüm addım kimi dəyərləndirilir".
Politoloq bildirib ki, artıq ənənə halını alan bu səfərlər müsbət xarakter daşıyır, proseslərə dinamika qatır və proqramların icrasında məsuliyyəti artırır:
"Eyni zamanda, Prezidentin özünə məxsus əlamətdar günləri xalqla birgə, azad edilmiş torpaqlarda keçirməsi həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan bir hadisə kimi qiymətləndirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:97
Bu xəbər 30 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları