Icma.az
close
up
RU
BİZİ İNKİŞAFA APARAN YOLLAR

BİZİ İNKİŞAFA APARAN YOLLAR

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mən Bakı Dövlət Universiteti Jurnalistika fakultəsinin tələbəsiyəm.  Yay və qış tətillərində, tarixi bayram günlərində doğma Şəkimizə həvəslə gedirəm. Əvvələr  sərnişin avtobusları və xüsusi nəqliyyat vasitələri Şəkiyə Qəbələ-İsmayıllı yolu ilə gedib-gəlirdi. Son bir-iki ildə həmin yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar  nəqliyyatın çoxu ya Ağdaş-Göyçay-Şamaxı yolu ilə, ya da Kürdəmir  yolu ilə Şəkiyə gedib-gəlir. Amma onu da qeyd edim ki,  Oğuz-Qəbələ-İsmayıllı yolu daha maraqlı və baxımlıdır. Yolun kənarlarında səliqə ilə əkilən  bir neçə sıra qoz ağacları bu yolu çox baxımlı, mənzərəli etməklə yanaşı, ağaclar öz kölgəsi ilə asfalt örtüyünü günəşin qızmar şüalarının təsirindən qoruyur, yumşalmasının. deformasiyasının qarşısını alır.  Bu isə yolların uzun  illər istifadəsinə imkan yaradır. Həm də insanlar çox dəyərli olan qoz ağacının meyvəsindən istifadə edilər.Oxuduğum kitablardan aldığım məlumata görə bu yol  qədim ipək yolunun bir hissəsidir.

Bu yol Balakən, Zaqatala və Qax rayonları ərazisindən  keçərək gəlib Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxıdan Bakıya qədər davam edir.  İndi gördüyümüz  ağaclarının demək olar ki, hamısı  XX əsrin 60-70-ci  illərində əkilib.  Bu işin təşəbbüsçüsü və təşkilatçısı  təbiət vurğunu, akademik Həsən Əliyev olub.  Aldığım məlumata görə Həsən Əliyev yaz və payız aylarında uzun müddət bu ərazilərdə olub, qoz ağacı tinglərinin yetişdirilməsi və yolların kənarına bir neçə sıra ilə əkilməsinə şəxsən özü rəhbərlik edib. Öyrəndiyim bir məlumat da var ki, bu işdə onun ən yaxın köməkçisi  və şəxsi dostu, Şəkinin Kiş kəndində yaşamış Əməkdar meşə işçisi, sinəsi orden və medallı Cavad Əbdülhəmidov olub. Cavad kişi  il ərzində  əkilmiş tinglərin qorunmasını, isti yay aylarında sulanmasını təmin edib.

Amma bir fakt da var ki, bu qədim ipək yolu kənarlarında qoz ağacları  ilk dəfə XVI-XVII əsrlərdə əkilib. Həmin ağaclar öz ömrünü başa vuranda  yaxınlıqda yaşayan dəyərli kişilər qurumuş ağacların yerinə yenilərini əkiblər. Təəssüf ki,  indi həmin yolların kənarında, xüsusilə də Şamaxıdan Bakıya qədər, eyni zamanda Kürdəmir-Hacıqabul-Bakı yolunun kənarlarında və mən bildiyimə görə Bakı-Gəncə və Bakı-Salyan-Lənkəran yollarının kənarında əkilən ağaclara baxıb məyus oluram. Ona görə də bu mövzunu ictimailəşdirmək məqsədi ilə  belə bir yazı yazmaq qərarına gəldim.

 Şamaxı, İsmayılı və Muğanlı ərazilərində yollarda tez-tez təmir işləri aparılır.  Bunun  bir neçə səbəbi   vardır. Əsas səbəb budur  ki, həmin ərazilər  seysmik aktiv zonadır  və burada torpaq sürüşmələri tez-tez baş verir. Ona görə də yollarda çatlar və deformasiyalar yaranır. Bəs bunun qarşısını müəyyən qədər almaq üçün nə etmək lazımdır?  Mən bu sualla ağsaqqallara və yol  tikintisi mütəxəssislərinə müraciət etdim. Maraqlıdr  ki, eyni məntiqli cavablar aldım. Məlum oldu ki, torpaq sürüşmələrinin təsirini azaltmaq üçün həmin ərazilərdə iri ağaclar, kökü torpağın alt qatlarına işləyən ağaclar əkmək lazımdır. Belə ağaclar da yenə qoz, palıd və el arasında ağ yasəmən deyilən  ağ akasiya ağaclarıdır.

Elə yerlər var ki, orada sürüşmənin təsirini dahada azaltmaq üçün evkalipt ağacları əkmək lazımdır. Bu ağacın kökü  daha böyük olur və daha çox dərinə işləyir. Yol tikintisi işçiləri dedilər ki, yol kənarında ağac əkən  başqa təşkilatdır və biz onların işinə müdaxilə edə bilmirik. Bəs onlar kimlərdir?  Məlum oldu ki, bu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Onlar  həmin torpaq sürüşməsi olan yerlərdə və Şamaxıdan Bakıya qədər  yolların kənarında, dağətəyi yerlərdə meşə zolaqları salırlar. Bu çox gözəl bir işdir. Bəs bu ərazilərdə hansı ağaclar əkilir? Elə gözlə görünür ki, yeni salınan meşə zolaqlarında əsasən Eldar şamı, sərv ağacı və başqa dekorativ ağaclar əkilir. Bu ağacların da demək olar ki, yarısı yay aylarında quruyur və gələn il bir də həmin ərazilərdə eyni ağaclar yenidən əkilir.

Mən orta məktıbdə oxuyanda və tələbəlik illərində yaz-payız aylarında ağacəkmə kompaniyalarında iştirak etmişəm. Bildiyimə görə şam, sərv və başqa dekorativ ağacların kökü nə çox dərinə getmir, nə də ətrafa yayılmır. Həmin ağacların kökü balaca olur. Bu ağaclar  ancaq xoş görüntü yaradır. Onlar  nə torpaq sürüşməsində, nə də yol kənarında lazım olan ehtiyacı ödəmir. Bəs ekoloqlar bunu niyə nəzərə almırlar? Mənə elə gəlir  ki, bunun bir   neçə səbəbi vardır və əsas məntiq budur ki, ekoloqlar yol tikintisi işçiləri ilə məsləhətləşmələr aparmırlar, özləri bildirklərini edirlər. Bununla da milyonlarla vəsait hesabına inşa edilən yolların qorunması  təmin olunmur. Hətta bəzi yol tikinti işçiləri dedilər ki, yeni salınan meşə zolaqlarında və yol kənarlarında əkilən ağaclar Rusiya meşələrində əkilən ağaclardır. 

Mən, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin çıxışlarını  diqqətlə izləyirəm. 2017-ci ilin iyul ayında Nazirlər Kabinetinin  ilin I yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilərkən möhtərəm cənab Prezidentimiz Ekologiya və Təbii Sərvətlərə Nazirliyinə tapşırıq verdi ki, “yeni meşə massivləri salınarkən meyvə ağaclarının əkilməsinə üstünlük verin. İndi XXI əsrdir. Hər sahədə iqtisadi faydalar nəzərə alınmalıdır”. Bəs görəsən onlar bu tövsiyyəyə, bu tapşırığa niyə əməl etmirlər? Aldığım məlumata görə ağ akasiya və qoz ağacları onların indi əkdikləri ağaclardan daha az xərclə əmələ gəlir. Ağ akasiyanın çiçəyi həm ölkəmizdə arıçılığın inkişafında çox dəyərli yem bazasıdır, həm də bu ağacın gövdəsi ən gözəl tikinti materialıdır. Kökləri də çox dərinə işləyir, torpağı sürüşmədən və erroziyadan xeyli  qoruya bilər. Bir üstünlüyü də vardır ki, 30-40 ildən sonra tikinti materialı kimi gövdəsini kəsib istifadə etdikdə o, məhv olmur. Köklərindən daha 4-5 pöhrələr göyərir və tezliklə böyüyüb boşluğu doldurur. Eyni zamanda bu ağaclar quraqlığa davamlı olduğuna görə çöllərdə əkilməsi və inkişafına daha az xərc tələb edilir.Belə olan halda  nə üçün bəzi məmurlar ölkənin büdcəsinə ziyan vururlar və onlara verilən tapşırığı, tövsiyyəni yerinə yetirmirlər?

...Və  yol tikintisi bəşəriyyət tarixində həmişə aktual olub. Yolların yenilənməsi, müasir tələblərə uyğun tikilməsi və yolların mühafizəsi həm dövlət, həm də xalq üçün fövqəladə əhəmiyyətlidir. 

Nağıbəyov  Məmmədtağıbəy 

Bakı Dövlət Universitetinin  Jurnalistika fakultəsinin tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see356

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see251

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see244

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see225

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see195

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see191

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see173

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see170

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see170

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see170

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see162

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see158

Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

21 İyul 2026 12:30see157

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see157

“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile da

21 İyul 2026 13:23see157

Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

21 İyul 2026 04:05see155

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see155

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see154

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see153

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri