Icma.az
close
up
RU
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR

BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan ömrünün müxtəlif dövrləri, müxtəlif çağları, müxtəlif məqamları var. Bu məqamların hər biri təbii ki,  yaddaqalan və unudulmayan illərdir. Gəncliyi isə çoxları bahar fəslinə bənzədir. Təbii ki, bu bənzətmədə çox böyük həqiqətlər və reallıqlar mövcuddur. İnsanın ən güclü, ən enerjili, ən dözümlü vaxtı elə gənclik illərinə təsadüf edilir. Bu illərdə  insan qarşısına qoyduğu məqsədə çatmaq üçün mübarizə və mücadilə aparır. 

Hər bir adam ilk dövrlər bağçaya gedir, sonra orta məktəbdə oxuyur, bir müddət keçəndən sonra  ali məktəb tələbəsi olur. Tələbəlik illərinin şirinliyi və gözəlliyi isə bir başqa aləmdir. Gənclər bu illərdə sözün həqiqi mənasında arzuladığı zirvənin ən uca  yerində olurlar. O zirvəyə getmək və o zirvəyə çatmaq hər gəncin işi deyil.  O gənclər  zirvəyə çatır ki, onlar həddindən artıq savadlı, əxaqlı və mübariz olurlar. Mübarizlikdən söhbət düşəndə elə ilk xatırladığım Azərbaycan gəncliyi olur. Bəlkə də Azərbaycan gəncliyi dünya gəncləri arasında ən istedadlı, ən mübariz və ən güclü gənclərdir. 

Bizim  gəncləri əsas fərqləndirən xüsusiyyətlərindən biri də böyüyə-kiçiyə  hörmət etmələri, onların yanında  özlərini tərbiyəli aparmaları və başqa sözlə demiş olsaq, keçmişinə, tarixinə, milli dəyərlərinə söykənmələridir. Heç kimə sirr deyil ki, Azərbaycan gəncliyi  bütün dövrlərdə ən çətin məqamlarla, ən çətin anlarla və ən çətin durumla üz-üzə qalıb. Bu isə o deməkdir ki, bizim gənclik həmin çətinlikləri və həmin problemləri ancaq özü dəf etməliydi.

Həmin qüvvəyə, gücə, zirvəyə çatmaq üçün gəncliyimiz özündən əvvəlki nəslin bütün müsbət xüsusiyyətlərini və dəyərlərini öyrənib və əxz edib. Hər bir  gənclik özündən əvvəlki nəslə oxşayır. Yəni  həmin nəsil güclüdürsə, vətənpərvərdirsə və mücadilə aparmağı bacarırsa, bax, gənclər də o istiqamətdə tərbiyə olunur, yetişir və istənilən bir kamil formaya çatır.

Heç şübhəsiz, müasir gəncliyin formalaşmasında ədəbiyyatın, sənətin, kinonun, teatrın çox böyük  əhəmiyyəti olub. Yəni bizim gənclərimiz igid oğlanlarımızın, vətənpərvər insanlarımızın həyat yolunu öyrəniblər. Onlarla  bədii əsərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün tarixi və yaddaqalan ideyalar var. O ideyalara yiyələnmək, o ideyaları mənimsəmək Azərbaycan gəncliyini daha da işıqlı yola aparıb. Uzun illər deyirdilər ki, indiki  gənclərin əksəriyyəti bir o qədər də tərbiyəli, savadlı, mədəni və dünyagörüşlü deyil. Özü də  bu fikri sosial şəbəkələrdə və cəmiyyətin içərisində geniş yayır, təbliğ edirdilər. Hətta deyirdilər ki, balam, bu gənclərdən heç vaxt torpaq qaytaran, vətən qoruyan olmaz. Amma tarixi həqiqətlər və faktlar bu fikirlərin hamısını alt-üst etdi. Məlum oldu ki, indiki gənclərimiz yatmış şirə bənzəyirmiş. Sadəcə olaraq onu oyatmaq, ayağa qaldırmaq lazım imiş. 
Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyev həmişə öz çıxışlarında Azərbaycan gəncliyinə çox böyük qiymət və dəyər verib. Təbii ki,  bu fikir də müəyyən məntiqə, tarixi faktlara söykənir.

Ən azından ona görə ki, Vətənin ən ağır günündə gənclərimiz ayağa qalxıb onun uğrunda  döyüşə atılıb, ölkənin azad olunması  məqsədilə  canlarını belə əsirgəməyiblər. Onu da qeyd edək ki, Birinci və İkinci Qarabağ savaşında bu Vətən, bu torpaq uğrunda mübarizə aparanlar da, döyüşənlər də, torpaq uğrunda mücadilə edənlər də məhz  elə gənclər olub.  Çünki onlar Azərbaycanın çox böyük və möhtəşəm tarix yazmış igid oğullarına bənzəyiblər. Biz onların adlarını və soyadlarını yazmaq istəmirik. Çünki igidlərimizin ad və soyadlarını yazsaq, bu on minlərlə gənc edir. Amma görünən  odur ki, Birinci Qarabağ savaşında canlarından keçən oğulların yolunu İkinci Qarabağ müharibəsində – 44 günlük döyüşdə  gənclərimiz davam etdiriblər. O gənclər ki, bir çoxlarımız onlara  etibar etmir, güvənmir və inanmırdıq. İnanmırdıq ki,  onlar mərdliklə döyüşüb işğal edilmiş ərazilərimizin 20 faizini  ermənilərdən azad edəcəklər. Amma Azərbaycan gəncliyi çoxlarının yanlış düşüncələrini alt-üst etdi və 44 günlük müharibədə görünməmiş möhtəşəm qələbə qazandı və öz adını tarixin qızıl səhifələrinə yazdı.

Şuşanın sıldırımlı qayalarına dırmaşaraq  ora çıxmaq və orda yağı düşmənlə əlbəyaxa olmaq elə də asan məsələ deyildi. Ancaq bunu biz müxtəlif filmlərdə, tamaşalarda görmüşdük və  həmişə də qibtə etmişdik ki, görəsən, həyatda belə döyüşkən, mübariz, fiziki cəhətdən güclü gənclər varmı? Bax, həmin gəncləri biz Qarabağın işğal olunmuş bütün torpaqlarının, eləcə də Şuşanın azad olunmasında gördük. Gördük ki, bu gənclər nə ermənilərin ağır texnikasından qorxur, nə ballistik raketlərindən, nə də digər döyüş silahlarından. Biz onu da gördük ki, Azərbaycan gəncləri bir yumruq kimi birləşdi və döyüşə atıldı. Hələ üstəlik 44 günlük müharibədə on minlərlə gənc çox böyük sevgi və məhəbbətlə hərbi komissarlıqlara  gedir, döyüşə göndərilmələrini xahiş edirdilər. Kəndə hər şəhidin cənazəsi  gətiriləndə  minlərlə gənc hayqıraraq «Şəhidlər ölməz, Vətən bölünməz!» deyirdilər. 
Dünyanın heç bir yerində görsənməyib ki, kimsə ağır döyüşə, daha doğrusu, ölümə belə sevinə-sevinə gedə. Amma bunu biz Azərbaycanda 44 günlük İkinci Qarabağ savaşında gördük. Onlar sevinə-sevinə  döyüş bölgələrinə getdilər, vuruşdular, qalib oldular, şəhid oldular, qazi oldular və sevinə-sevinə də yenidən öz doğma ocaqlarına, evlərinə, yurdlarına qayıtdılar.

Bax, bu Azərbaycan gəncliyi idi. O gənclik ki Ali Baş Komandan, prezident İlham  Əliyevin çağırışı ilə on minlərlə gənc ayağa qalxdı, Prezidentin və Ordunun ətrafında bir yumruq kimi birləşdi. Həmin gənclər bu gün də Vətənimizin keşiyindədir, qalib və döyüşkən insan kimi Azərbaycan tarixinə düşüb. Onların yazdığı tarixi qələbə həmişə gəncliyimizi sevdirəcək və onun yolunu sonrakı gənclər davam etdirəcəkdir. Çünki Azərbaycan gəncliyi həmişə Vətəni, torpağı, ölkəmizi qorumağa hazır olub və hazırdır!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Avqust 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri