Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“Bizim Mehriban”

“Bizim Mehriban”

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyevanın ad günüdür.

“Sizin Mehriban!”. Birinci xanım adətən xalqa müraciətlərini bu mesajla imzalayır.

Onun həm həm humanitar, həm də siyasi həyatda fəaliyyəti dövlət siyasətinin aynasına çevrilib. Mehriban Əliyevanın statusu prezident İlham Əliyevin elan etdiyi siyasi kursun sosial mesajlarını cəmiyyətə çatdırmaqda əvəzsiz rol oynayır.  “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”, – deyə o, müsahibələrinin birində bildirir. Amma həqiqət budur ki, insanlara köməyin özü ən effektli siyasətdir.

Çağdaş Azərbaycan siyasi tarixi artıq 20 ildən artıqdır ki, Mehriban Əliyevanın simasında “Birinci xanım” statusunun uğurlarına şahidlik edir.

Mehriban Əliyeva yenilikçi, müasir, mədəniyyət və elm prioritetlərini əlində tutaraq Avropanın bizə yönəlik ənənəvi “anlaşılmaz və qapalı Şərq” baxışını kökündən dəyişdirib.

Asiyadan, Şərqdən söhbət düşəndə Qərb ictimai fikri adət edib ki, bu diyarda dövlət başçısının həyat yoldaşı daha çox kölgədə qalmağa üstünlük verir. Mehriban Əliyeva bu mifləri dağıdaraq Birinci xanımın ölkənin ictimai və sosial həyatında fəal rol oynadığını nümayiş etdirir.

Birinci vitse-Prezident dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasi kursun sosial mesajlarını cəmiyyətə çatdırmaqda yanaşı, həm də bu qərarların həllində bilavasitə iştirak edir. Beləliklə ahəngdar şəkildə vahid bir strategiyanı gerçəkləşdirirlər.

Postsovet regionunda, hətta Avropanın bir sıra ölkələri üçün də özü-özlüyündə bu, nadir bir ictimai statusdur. Belə ki, bir çox birinci xanımların humanitar-xeyriyyəçi missiyaları məhduddur. Onların özləri də cəmiyyət üçün açıq deyillər. Lakin Mehriban Əliyevanın fəaliyyəti daim ictimai aşkarlığa malikdir. Onun başlıca işi Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasi kursa dəstək funksiya daşıyır. Bu, eyni müstəvi, lakin tam başqa bir siyasi-diplomatik gedişdir.

Mehriban Əliyeva qəlibləşmiş kəlmələr, ifadələr işlətmir, o, mədəniyyət və incəsənətdən faydalanır. Onunla danışan əcnəbi siyasi və ictimai xadimlər, mədəniyyət nümayəndələri azərbaycanlı xanımın erudisiya və intellektini gördükdə səmimi şəkildə Azərbaycana bağlanır.

Ölkənin daxilində sıradan bir vətəndaşa münasibət də bu cürdür: Dövlətin bəzən bir qədər sərt görünən siyasi gedişlərini, vacib sosial məqsədini anlatmaq və bunun faydalılığını, perspektivini sadə vətəndaşın həyatında hiss etməsinə yardımçı olmaq.

Bu missiyanı üzərinə götürmüş Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun rəhbəri, Mehriban Əliyeva dövlət başçısının apardığı daxili siyasi kursun əsas prioritetlərindən birini – insanların yaşayış səviyyəsinin yüksəldilməsi və firavan, rifahlı həyatının təmin olunması yönündə əməli işlər görür.

Prezident özü də dəfələrlə çıxışlarında yürüdülən siyasətin əsasında, təməlində Azərbaycan insanının dayandığını vurğulayıb.

Ölkənin Birinci xanımı Mehriban Əliyeva bu amalın müəyyən məsuliyyətini öz üzərinə götürüb. Bu missiya humanitar-xeyriyyəçi xarakter daşımaqla ictimai arenadakı mövqeyini müəyyənləşdirib. Təsadüfi deyil ki, onun fəaliyyət istiqamətlərinə təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr daxildir. Bu sahələr isə birbaşa ölkə başçısının daxili siyasi xəttində prioritet verdiyi əsas istiqamətlərdir.

Mehriban Əliyevanın statusu dövlət – vətəndaş münasibətlərində birbaşa təmas nöqtəsinə çevrilib və “qədim” xəstəlik olan məmur süründürməçiliyinə ictimai nəzarəti təmin edib. Birinci xanım hökumətin bəzi hallarda sərt praqmatizminə qarşı humanist çalarlar əlavə etməklə, aparılan sosial siyasətin vətəndaşa çatımlı edir, bununla özünün mühüm missiyasını yerinə yetirir.

P

Vətən Müharbəsi Mehriban Əliyevanın fəaliyyətində xüsusilə yaddaqalandır. Şəhid ailələri ilə bir yerdə ağlamaq, Qələbə sevincini birgə yaşamaq –Bütün Azərbaycan Birinci xanımla birgə bu hissləri yaşadı.

Mehriban Əliyeva bir neçə il əvvəl mediaya müsahibəsində demişdi ki, rəhbər olmağın əsas prinsipi məsuliyyətli, prinsipial, iradəli olmaqdadır.

“Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər – real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin iradə lazımdır. Ən əsası və ən dəhşətlisi biganəlik və laqeydlikdir. Bax, belə olmamalıdır! Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən – insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur”.

Bu ictimai-sosial prioritetlər Mehriban Əliyevanın siyasi xəttinin özəyini təşkil edir.

X.SƏFƏROĞLU 

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri