Icma.az
close
up
RU
Bizim ölkədə klublar yaxşı maaşlar ödəyir, futbolçular xaricə getmək istəmir Azərbaycanda oynayan Tanzaniya millisinin üzvü

Bizim ölkədə klublar yaxşı maaşlar ödəyir, futbolçular xaricə getmək istəmir Azərbaycanda oynayan Tanzaniya millisinin üzvü

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şamaxı"nın futbolçusu, Misli Premyer Liqasının 15-ci turunda “Zirə”(2:1) ilə görüşdə komandasının qollarından birini vuran, Tanzaniya millisinin üzvü Alfonso Msanqa Sportal.az saytına müsahibə verib.

- “Zirə” ilə matçda qələbə qazanmağı bacardınız. "Come back" necə alındı, görüşü necə şərh edərdin?

Əvvəlcə qələbə üçün Allaha şükür edirik. Oyun yaxşı keçdi. Çünki bilirsiniz ki, “Zirə” böyük komandadır, onların yaxşı oyunçuları var. Amma biz oyunumuza sadiq qaldıq, məşqçilərimizin öyrətdiklərinə və öz taktikalarımıza əməl etdik. Məhz bu, bizi “Zirə” ilə görüşdə qələbə qazanmağa kömək oldu. Fasilədə komanda yoldaşlarımızla danışdıq. Öz-özümüzə dedik ki, özümüzə inanaq, məşq etdiklərimizi yerinə yetirək və qol vuracağıq. Bu da oldu. 

- “Zirə" çempionatın ən güclü və ən stabil komandalarından biridir. Deyəsən, "Karvan-Yevlax" üzərindəki qələbə sizə böyük motivasiya vermişdi? 

Bəli, bəli, əlbəttə ki, “Karvan-Yevlax” üzərində qələbə bizə daha çox inam verdi. Xüsusən də səfər oyununda qalib gəlmək və üç qol vurmaq özünəinam qazandırdı. Əlbəttə ki, bu, yaxşı motivasiya verir.

- Bu matçda qollardan birini sən vurdun. Vurduğun qol komandaya özünəinam qazandırdı. Həmin qolu məşqlərdə işləmişdiniz?

Əlbəttə ki, məşqdə həmişə bunu işləyirik. Hər ötürməni isə sonda zərbə ilə başa vururuq və “Zirə” ilə matçda da bunu etdik. 

- “Şamaxı" hazırda 7-ci pillədədir. Necə düşünürsən, komanda avrokuboklar uğrunda mübarizə apara bilər, yoxsa bunu etmək üçün yetərli büdcəniz, geniş futbolçu heyətiniz yoxdur?

Əlbəttə ki, rəqabət apara bilərik, niyə də olmasın? Çünki xal fərqi o qədər də böyük deyil. Mövsümə çox yaxşı başlamışıq, yaxşı oyunlarımız oldu və bəzi oyunlarda dominantlıq etsək də, qollar vursaq da, xalsız qalmışıq. “Sumqayıt”a, “Zirə”yə qarşı ilk dövrədəki görüş, “Araz-Naxçıvan”a qarşı görüşü misal gətirə bilərəm. Son dəqiqələrdə həmin matçlarda xalsız qaldıq. Təsəvvür edin ki, bu xallar da aktivimizdədir, indi daha yaxşı pillədə olardıq. Amma ümumilikdə futbol bununla gözəldir, istənilən vaxt hər şey baş verə bilər.

- Qış fasiləsinə bir tur qalmış, sonuncu turda sən olmayacaqsan. "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Bu görüşdə komandanın qələbə şansı yüksəkdir?

- Bəli, son oyunda mən Azərbaycanda olmayacam. Tanzaniya millisinin heyətində Afrika Millətlər Kubokunda oynayacam. “Şamaxı”nın yaxşı heyəti var, amma “Araz-Naxçıvan” da yaxşı komandadır. Amma bilirəm ki, komandam bu görüşə yaxşı hazırlaşacaq. Hər halda, biz də planlarımızı quracağıq və oyunu qazanmaq üçün 90 dəqiqə mübarizə aparacağıq.

- Afrika Millətlər Kubokunda Tanzaniya millisinə kömək edəcəksən. Tanzaniya millisi artıq Mərakeşdədir? Yəqin ki, birbaşa Mərakeşə uçacaqsan, yoxsa Tanzaniyaya?

Bəli, artıq milli komandanın düşərgəsindəyəm. Komandam Misirdədir, təlim-məşq toplanışında. Buradan isə Afrika Millətlər Kuboku üçün Mərakeşə uçacağıq.

- Tanzaniya millisinin şanslarını necə dəyərləndirirsən? Nigeriya, Tunis və Uqanda ilə eyni qrupdasınız. Ağır qrupdasınız, qrupdan çıxmaq mümkün olacaq?

Bəli, əlbəttə ki, çətin qrupdayıq. Amma bu çətinliklə üzləşmək və növbəti mərhələyə keçmək üçün özümüzü yaxşı hazırlayacağıq.

- Tanzaniya millisinin futbolçularının əksəriyyəti Tanzaniyada oynayır. Niyə belədir? Halbuki Afrikada əksər millilərin futbolçularının çoxu xarici ölkələrdə oynayır. Ümumiyyətlə, heç Azərbaycanda oynamaq istəyən komanda yoldaşın var? 

Bəli, bizim millidə oyunçuların əksəriyyəti vətəndə oynayır. Tanzaniya liqası Afrikada 5-ci ən güclü, yaxşı liqadır. Çünki çempionatımızın səviyyəsi də yaxşıdır, klublarımız yaxşı maaşlar ödəyirlər. Buna görə də futbolçularımız o qədər də tez-tez xaricə yollanmır, evdə daha rahatdırlar. Amma mənim də dostlarım var, onlar dəqiq bilirəm ki, Avropaya yollanmaq istəyirlər. Onlara yaxşı maliyyə təklifi olarsa, Tanzaniyadan çıxacaqlar. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri