Icma.az
close
up
RU
Ölkədə yetişdirilən meyvə təvəz daxili tələbatı tam ödəyir? AÇIQLAMA

Ölkədə yetişdirilən meyvə təvəz daxili tələbatı tam ödəyir? AÇIQLAMA

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın kənd təsərrüfatı sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan istehsal etdiyi meyvə-tərəvəzlə regionda aparıcı ixracatçılardan biri kimi mövqeyini möhkəmləndirir.

Rusiya, Yaxın Şərq və digər hədəf bazarlara ixrac edilən məhsullar ölkənin qeyri-neft sektorunun inkişafına və valyuta gəlirlərinin artmasına mühüm töhfə verir. Bu proses həm fermerlərin gəlirlərinin yüksəlməsinə, həm də kənd təsərrüfatında dayanıqlı istehsal modelinin formalaşmasına şərait yaradır.

Bəs hazırda meyvə-tərəvəzin idxal və ixracında vəziyyət necədir?

BAKU.WS xəbər verir ki, mövzuyla bağlı Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev Trend-ə açılamasında bildirib ki, Azərbaycanda əkilib-becərilən meyvə-tərəvəzin əksəriyyəti ixrac yönümlüdür. Bu o deməkdir ki, ölkədə yetişdirilən məhsul daxili bazarlarda tələbatı ödəyir, hətta ixrac üçün də istehsal olunur.

"Azərbaycanda yetişdirilən meyvələrin bir çoxu demək olar ki, xaricdən idxal olunmur. Əgər eyni məhsuldan idxal olunsa, yerli sahibkarın əlindəki meyvə-tərəvəz məhsul artıqlığına səbəb olar".

B.Quliyev bildirib ki, meyvə-tərəvəz məhsullarının bazarda qiyməti ötən illərə nisbətdə müəyyən qədər artıb:

"Bu da dünyada gedən inflyasiya ilə müqayisədə təbii haldır. Meyvə-tərəvəzin qiyməti ilə yanaşı, gübrə və tinglərin də qiymətləri bahalaşır. Xərclərin qalxma nisbəti satış qiymətinin artma qiymətindən çoxdur. Yəni, xərclər daha tez-tez artır, satış qiyməti isə rəqabət mühitinə, istehsal həcminin çox olmasına görə sürətlə artmır. Bu istiqamətdə rentabellik ildən-ildə aşağı düşür".

Assosiasiya sədri qeyd edib ki, Azərbaycanda bağçılıq sektoruna çox böyük dəstək var deyə qonşu dövlətlərin bazarları ilə müqayisədə meyvə-tərəvəzdə ən sərfəli qiymətlər bizdədir.

Onun fikrincə, növbəti ildə meyvə-tərəvəz məhsullarının qiymətinin artacağını indidən demək mümkün deyil.

"Qiymətlərin artması prosesi iqlimdən, iqtisadi vəziyyətdən, qonşu ölkələrin tənzimləmələrindən və sair detallardan asılıdır. Lakin artımın olmayacağı qənaətindəyəm, çünki buna heç bir əsas yoxdur. Bağların sayının çox olması meyvə-tərəvəzin bolluğuna səbəb olur".

B.Quliyev vurğulayıb ki, hazırda Azərbaycandan Rusiya, Polşa, Belarusiya, Ərəb körfəz ölkələrinə meyvə-tərəvəz ixracı baş tutur.

"Təbii ki, əsas payı Rusiya bazarlarına ixrac tutur. İxrac qiymətlərində də artım gözlənilmir. Dövlət tərəfindən son illərdə bağçılıq və istixanaçılığın, ixrac yönümlü məhsulların ölkədə istehsalının artırılmasına diqqət böyükdür. Bu səbəbdən qonşu istehsalçı ölkələr arasında yaranan tələbatı ilk Azərbaycan ödəyə bilir".

Assosiasiya sədri bildirib ki, bu gün Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracında bir çox qonşu ölkələrdən daha üst bazar payına malikdir.

"Əsas rəqiblərimizdən olan Türkmənistanda ixtixana sektoru 2021-ci ildən inkişaf etdirilməyə başlanıb. Hazırda Türkmənistan Rusiya bazarına ixracda bizə ciddi rəqibdir. Buna baxmayaraq ixtixanaların inkişafı prosesinə Azərbaycan 2011-ci ildə başlayıb deyə bizim müəssisələrimiz daha güclüdür və rəqabət bacarığı daha yüksəkdir",-deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 695 milyon 474.5 min ABŞ dolları dəyərində 660.5 min ton meyvə-tərəvəz ixrac edilib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 159.8 milyon dollar dəyərində pomidor (146.4 min ton),124.5 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 66.9 milyon dollar dəyərində xurma (91.9 min ton), 57.4 milyon dollar dəyərində alma (81.8 min ton ), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 20.5milyon dollar dəyərində nar ( 21.4 min ton) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri