Icma.az
close
up
RU
BİZİM TƏQVİM:15 noyabrda baş vermis tarixi hadisələr

BİZİM TƏQVİM:15 noyabrda baş vermis tarixi hadisələr

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1991-ci ilin bu günündə Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə əlaqədar referendum keçirilməsi haqqında qərar qəbul edilib. Referendum 1991-ci il dekabrın 29-da baş tutub.
Bəs, noyabrın 15-də dünyada daha nələr olub?
1. 15 noyabr 1630-cu ildə Güneş sistemindəki planetlərin dairəvi hərəkətini kəşf edərək astronomiya sahəsində inqilab edən alman elm adamı Yohannes Kepler həyatını itirdi.
2. 15 noyabr 1889-cu ildə 1824-ci ildə qəbul edilən konstitusiya monarxiyası rejimi altında müstəqil dövlət olan Braziliyada qan axıdılmadan bir çevriliş ilə monarxiya devrildi və cümhuriyyət quruldu.
3. 1919-cu ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb. Universitetin nizamnaməsi AXC parlamenti tərəfindən 1919-cu il sentyabrın 29-da təsdiq edilib. Universitetdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri fəaliyyət göstərib.
4. 15 noyabr 1920-ci ildə Cenevrədə sülhü qorumaq və beynəlxalq əməkdaşlığın inkişafı məqsədinə xidmət edən ilk ümumdünya təşkilatının – Millətlər Liqası Assambleyasının (MLA) birinci iclası keçirilib. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə əlaqədar MLA-nın fəaliyyəti dayandırılıb. 
5. 15 noyabr 1960-cı ildə nüvə silah daşıyan ilk sualtı gəmisi Corc Vaşinqton suya buraxıldı.
6. 15 noyabr 1967-ci ildə Kıbrısda üç Türk kəndinə hücum edərək işğal edən silahlı Rum quldur dəstələri 28 türkü öldürdü, 200-dən çox türk itkin düşdü. Türkiyədə fövqəladə yığıncaq keçirən Nazirlər Kabineti hərbi səlahiyyətlilərlə vəziyyəti qiymətləndirdi. Bir gün sonra Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətə Kıbrısa müdaxilə edə bilməsi üçün səlahiyyət verdi.
7. 15 noyabr 1969-cu ildə ABŞ-ın paytaxtı Vaşinqtonda Vyetnam mühabirəsi əleyhinə ən böyük nümayiş keçirildi. Nümayişə 250 min nəfər qatıldı.
8. 15 noyabr 1983-cü ildə Kıbrıs Sülh Hərəkatından sonra qurulan Kıbrıs Türk Federal Dövləti Məclisinin yekdilliklə qəbul etdiyi qərarla Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulduğu elan edildi. Qurtuluş Bəyannaməsi prezident Rauf Dənkdaş tərəfindən oxundu.
9. 15 noyabr 1988-ci ildə Müstəqil Fələstin Dövləti bütün dünyaya elan edildi. Həmin gün Türkiyə Fələstin dövlətini rəsmi olaraq tanıdığını açıqladı.
10. 15 noyabr 2012-ci ildə Türkiyənin ilk milli müharibə tankı “Altay” ictimaiyyətə təqdim edildi.
11. 15 noyabr Dünya Təkrar Emal Günüdür. Bu günün başlıca məqsədi hakimiyyət orqanlarının, ictimai və sənaye strukturlarının diqqətini resursların məhdud olması probleminin həllinə, hazır məhsulun dəyərini daha ucuz xammaldan istifadə hesabına ucuzlaşdırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələlərinə cəlb etməkdir.
Noyabrın 15-də bu şəxsiyyətlər xatırlanır:
1. 15 noyabr 1862-ci ildə alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptmann (1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
2. 15 noyabr 1916 –cı ildə polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.
3. 15 noyabr 1927-ci ildə Azərbaycanın Xalq artisti, baletmeyster Xumar Zülfüqarova anadan olub. Xoreoqrafiya məktəbini 18 yaşında bitirən Xumar Zülfüqarova Opera və Balet Teatrının (1945-1966) solisti işləyib.
4. 15 noyabr 1933-cü ildə tanınmış ədəbiyyatşünas alim, professor Firudin Hüseynov (1933-1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə rəhbərlik edib.
5. Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağırov 15 noyabr 1986-cı ildə dünyaya gəlib.
6. Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov 15 noyabr 1991-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri