Icma.az
close
up
RU
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Tarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır.

Ulu Öndər Heydər Əliyev

Region ölkələrinin bir-biri ilə əlaqələri sabitliyin təmin olunması və Cənubi Qafqazın gələcəyi baxımından çox önəmlidir. Bu mənada, Azərbaycan – Gürcüstan əlaqələrinin xarakteri bölgənin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə hər iki ölkənin kommunikasiya və enerji təşəbbüslərində, eləcə də kommersiya fəaliyyətlərində çoxşaxəli strateji əməkdaşlıq yaratması regionun sabit inkişafına müsbət təsir göstərir. Bu müsbət dinamikanın saxlanması, Bakı və Tbilisi arasındakı strateji əlaqələrin səviyyəsilə birbaşa bağlıdır.

Azərbaycan və Gürcüstanın oxşar geosiyasi proseslərdən keçməsi hamıya məlumdur. Hər iki xalq 1918-ci ildə müstəqil dövlətlərini elan etmiş, lakin bolşeviklərin bölgədə dominant mövqe tutması ilə tezliklə müstəqilliklərini itirmişdilər. SSRİ-nin dağılmasından sonra bu respublikalar yenidən müstəqilliklərini bərpa etmək imkanı qazandılar və yeni dövrün başlanması ilə hər iki dövlət münasibətlərdə yeni mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə hər iki xalqın ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi inkişafında böyük rol oynamış enerji-kommunikasiya layihələri uğurla həyta keçirilmişdi. Sovet İttifaqının süqutundan sonra Qafqaz regionundan Avropaya ilk dəfə neft və qaz boru kəmərlərinin çəkilməsi Azərbaycan və Gürcüstan dövlətlərinin böyük strateji qələbəsi olmaqla yanaşı, həm də iki ölkə arasında uğurlu ikitərəfli münasibətlərin yaranmasının təsdiqi olmuşdu.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin 2025-ci il yanvarın 17-də Azərbaycana etdiyi səfər bir çox yönləri ilə önəmli mahiyyət daşıyır.

İlk növbədə, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının, ölkəmizin maraqlarının onlar üçün də əhəmiyyətli olmasının növbəti göstəricisi kimi simvolik əhəmiyyət kəsb edir. İrakli Kobaxidze ilə görüşdə Prezident cənab İlham Əliyev də xüsusi vurğuladı: "Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki dövlət bir-birləri ilə olan ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə lazım olan bütün addımları gerçəkləşdirirlər. Elə bu ali niyyətin, fəal siyasi dialoqun nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün parametrlərlə uğurlu həllinə imza atılıb. Bütün istiqamətlərdə - müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlər var. Cənab Prezident həmçinin digər mühüm məsələyə də toxunaraq bildirdi ki, "Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk".

Görüşdə müzakirə olunan "Orta Dəhliz layihəsi” hər iki ölkənin mənafeyinə uyğun məsələlərdən biri kimi təqdir olunmalıdır. Çünki bu layihədə hər iki ölkə yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Təbii ki, qonşu dövlətlərin də burada iştirakı olacağı şübhəsizdir. Çünki layihənin coğrafiyası böyükdür. Əsas məqam budur ki, bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayacaqdır.

Bu gün münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkələrimizin əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Əsrlər boyu Qərblə Şərqi birləşdirən Azərbaycan və Gürcüstan ərazisindən keçən qədim İpək Yolu Bakı–Tbilisi–Qars (BTQ) layihəsinin reallaşması nəticəsində "Dəmir İpək Yolu”na çevrilir. Ümumiyyətlə, BTQ-nin istismara verilməsi Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Trans-avropa və Trans-asiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasını, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsini təmin edir. Eləcə də xalqlar arasında ünsiyyətin intensivləşməsinə səbəb olan BTQ-nin istifadəyə verilməsinə Azərbaycanın və Gürcüstanın dünya bazarlarına daha çox və münasib qiymətlərlə məhsul çıxarmasına şərait yaradır.

Təbii ki, xalqlarımızın firavanlığı, eləcə də regionda sabitlik bu strateji enerji-kommunikasiya layihələrinin uğurla fəaliyyət göstərməsindən asılıdır. Bu layihələr həm Azərbaycanın və Gürcüstanın iqtisadi inkişafında, həm də hər iki ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində həlledici amil hesab olunur. Ona görə də, müşahidə edilən qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında mövcud münasibətləri daha da aktivləşdirməyə, iqtisadi əlaqələri daha da sürətlə inkişaf etdirməyə imkan yaradır. Qarşılıqlı hörmət və etimad əsasında qurulan Azərbaycan–Gürcüstan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə faydalı əməkdaşlıq əlaqələri qurulur.

Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq özünməxsus xarakter daşıyır və getdikcə yeni müsbət aspektlər əldə edir ki, bu da ölkələrimizin və bütövlükdə regionun rifahı üçün əhəmiyyətlidir. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır".

İradə Rizazadə, "Tərəqqi” medalı təltifçisi, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see123

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see120

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see120

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see115

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see114

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see113

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see113

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see112

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri