Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“Bizimləsən”də, yoxsa dörd divar arasında?..

“Bizimləsən”də, yoxsa dörd divar arasında?..

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Facebookda qarşıma çıxan “ Bizimləsən” verilişində bir ər və arvadın özləri arasında həll olunmalı, lakin əksinə, ictimailəşdirilən, hələ bu azmış kimi, sosial şəbəkədə daha da geniş kütləyə təqdim olunan məsələsi ilə dörd divar haqqında deyilənləri yenidən xatırladım. Əgər ailə münaqişələri tv-lərdə həll ediləcəkdiksə, dörd divara nə ehtiyac vardı? Hər kəs bir çadır qurub yaşayardı da küçənin ortasında.

Həm də ər-arvadın bir-birinə qarşı istifadə etdiyi sözlər, münasibətlərin son həddə dayanması, evdən qaçmalar, axtarışlar, bütün bunlar fonunda qeyri-etik ifadələr görəsən nə üçün bizim ailələrimizdən tv-lərə, oradan isə sosial şəbəkələr vasitəsilə çoxsaylı, hər yaşdan olan insanların həyatına daşınmalıdır? Nədir məqsəd, biz nə etmək istəyirik? Ailə dəyərlərimizi kökündən baltalamaq istəyirikmi?

Dünya binə olandan insanlar ev qurub içərisində yaşayıblar. Çox da gözəl ediblər. Çünki bir ailənin dörd divar arasında, bir evdə yaşaması, orada dərd-sərini bölüşməsi, gündəlik həyatını məxsus olduğu birliyin üzvləri ilə paylaşması tamamilə doğru düşünülmüş məsələdir.

Zamanla xalq arasında evlə-dörd divarla bağlı deyimlər də formalaşıb. Bir söz-söhbət olanda ata-babalarımız ailəyə onu dörd divar arasında həll etməsini tövsiyə edib. Sözün evdən bayıra çıxmamasını məsləhət biliblər. Ana-nənələrimiz qızlarını ər evinə yola salanda da ona səsinin dörd divar arasında qalmasını tapşırıblar.

Beləliklə, ev nədir? Ev pərdədir. Bizim xüsusi həyatımızla ümumi həyat arasına çəkilən pərdədir. O pərdə rahatlığımız, sərbəstliyimiz, müstəqil yaşamağımızla yanaşı, həm də eyib-qüsurlarımızı arxasında saxlaya biləcəyimiz ən etibarlı yerdir.

Bütün bunları tez-tez yada salmaq mümkün olur. Çünki yolda, metroda, marşrut avtobuslarda qarşılaşdığımız çoxsaylı mənzərə, hətta bəzi televiziyaların özünə mövzu seçib açdığı verilişlər buna rəvac olur. Tez-tez gənc qadın və kişinin metroda sərnişin qatarının gurultusunu batıran səsləri, yolda kənardakı insanları görməzdən gələrək mübahisə etmələri və yaxud marşrut avtobuslarda deyişmələri ilə bütün diqqətləri üzərinə çəkmələri fonunda düşünürəm ki, İlahi, görəsən dörd divar nə üçün imiş?

Maraqlıdır, bir azərbaycanlı ailəsi öz problemini necə tv-lərdə həll etməyə razı olur? Axı bizim ağsaqqal-ağbirçək, ata-anamız olan yerdə, yaxşı bunları qoyaq bir kənara, özümüz, öz ağlımız olduğu təqdirdə televiziya aparıcısı kimdir ki, problemimizi o, həll etməyə çalışır? Bu verilişlərin layihəsi hansı ölkədən oğurlanıb, gətirilib bizdə tətbiq olunub, bax, məsələnin kökündə bu dayanır. Hansısa bir ölkənin bəlkə mentalitetinə zidd deyil, ailə dəyərlərinə uyğundur, lakin bunun bizimlə əlaqəsi yoxdur axı. Azərbaycanlı ailəsi nə vaxt evinin sirrini dörd divardan bayıra aşırıb? Ola bilər, ailələrdə hər cür problem olur, olub da. Lakin biz bunu evdə uşaqlardan gizlətməyə çalışmışıq. Qonşu-qohumlardan gizlətməyə, öz aramızda həll etməyə çalışmışıq.

Bizim evimizin söz-söhbəti dörd divardan bayıra yayılmayıb. Problem həlli mümkünsüz olanda məhkəməyə müraciət edilib, məsələ həll olunub. Ətrafdakı insanlara isə mahiyyət barədə bir kəlmə deyilməyib, sadəcə “xasiyyətimiz tutmadı”,- deyə söylənib.

Lakin bu gün tv-lər olub məhkəmə salonları. Aparıcılar da olub məhkəmə hakimləri, vəkilləri. İnsanların problemini həll edən “məsul şəxs”ə çevriliblər.

Fecebookda “Bizimləsən” verilişindən olan videonu ürək yanğısı ilə izlədim. Gənc ailənin milyonların qarşısında rəzil vəziyyətə düşməsi qüruruma toxundu. Bir azərbaycanlı kimi əsla görmək istəmədiyim mənzərə ilə qarşılaşdım.

Görəsən, bu insanlar hansı ağıl, hansı düşüncə ilə bu verilişlərə müraciət edirlər? Maraqlıdır, bu insanlar bu verilişdən sonra insanlar, qohum-əqrəba qarşısına necə çıxırlar?

Həqiqətən də kaş ki insanın özünə kənardan baxmaq kimi bacarığı olardı. Bu halda görə bilərdi ki, dörd divar arasında qalmalı olan məsələləri özü ilə birlikdə bayıra çıxaranda, necə görünür. Düşünürəm ki, özümüzə aid söhbətlərin başqalarını narahat etməməsi və mədəniyyətimizin nə səviyyədə olduğunu sərgiləməməsi üçün dörd divardan kənara çıxmasaq, daha məsləhətli olar.

Axı biz ailəyik. Ailə olaraq dəyərlərimizi tv-lərdə ayaqlar altına atmağa haqqımız yoxdur. Həm də hər bir söz-söhbət ayrılmaq mövzusu ola bilməz. Belə isə evdə-dörd divar arasında qalsın sirrimiz-sözümüz...

Tv-lərsə yeni mövsümdən yeni layihələrə başlasın, ta bu qədər bəsdir!

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri