Icma.az
close
up
RU
Rusiyada media səddi hələ də divar kimidir RƏY

Rusiyada media səddi hələ də divar kimidir RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı jurnalistlər qapıdan qayıdır


Fuad Abbasov: “İnformasiya savaşı artıq hərbi savaş qədər önəm kəsb edir”


“Azərbaycanın informasiya təhlükəsizliyi və milli maraqlarının müdafiəsi üçün xaricdə fəaliyyət göstərən jurnalistlərin gücləndirilməsi strateji vəzifədir”


Bu gün Azərbaycan milli mətbuatı 150 illik tarixi yolun zirvəsindədir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetindən bu günün rəqəmsal informasiya platformalarına qədər uzanan bu yol, təkcə jurnalistikanın deyil, bütövlükdə milli dövlətçilik və ictimai şüurun inkişaf salnaməsidir. Azərbaycan mediası uzun illər ərzində cəmiyyətin maariflənməsi, milli kimliyin qorunması və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. Bu gün isə ölkə jurnalistikası artıq yeni mərhələyə, qlobal çağırışlara cavab verə biləcək, beynəlxalq informasiya məkanında milli maraqları müdafiə edəcək gücə sahib bir struktur halına gəlib. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu çərçivəsində çıxışı zamanı Azərbaycan mediasının milli inkişaf prosesində oynadığı önəmli rola diqqət çəkib. Qeyd edib ki, bu illər ərzində Azərbaycan mediası cəmiyyətin maariflənməsi, ictimai rəyin formalaşması, milli kimliyin qorunması və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb: 

“Bu gün Azərbaycan mediası müasir texnologiyalara əsaslanan, peşəkar yanaşmanı özündə əks etdirən və qlobal çağırışlara cavab verən bir struktur halına gəlib. Azərbaycan jurnalistləri yalnız ölkə ictimaiyyətini operativ və dəqiq məlumatla təmin etməklə kifayətlənmir, eyni zamanda beynəlxalq səviyyədə ölkənin maraqlarını qoruyur, əsassız ittihamlara cavab verir və obyektiv informasiyanın yayılmasını təmin edir. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib”. 


Xaricdə fəaliyyət göstərən jurnalistlərin fəaliyyətini dəyərləndirən jurnalist Fuad Abbasov “Sherg.az”a açıqlamasında uzun müddət Türkiyənin nüfuzlu xəbər agentliklərinin Rusiyadakı müxbiri kimi fəaliyyət göstərdiyini və bu fəaliyyət dövründə bir çox çətinliklərlə üzləşdiyini xatırladıb. Onun sözlərinə görə, həm dövlət strukturlarından, həm də müxtəlif təsir dairələrindən təzyiqlər görmüş bir jurnalist kimi, təcrübələri Azərbaycandan olan media təmsilçilərinin Rusiya kimi böyük və təsirli media məkanına daxil olmasında ciddi maneələrin mövcudluğunu üzə çıxarır: 

“Çox təəssüflər ki, Sovet İttifaqından bu yana azərbaycanlıların media məkanına girişinə ciddi  məhdudiyyətlər qoyulub və hələ də bu qadağalar davam edir.  Texnologiyanın inkişafı onlayn medianın imkanlarını genişləndirsə də, Rusiya informasiya məkanında Azərbaycanın maraqlarını müdafiə edən, onun haqlı mövqeyini beynəlxalq auditoriyaya çatdıran peşəkar jurnalist və ya siyasi şərhçilər yetərincə formalaşmayıb. Bunun əksinə olaraq, Ermənistan tərəfi bu sahədə çox fəal şəkildə çalışır, informasiya müharibəsində irəlidə gedir və mövcud media platformalarını effektiv şəkildə istifadə edir. Məhz bu səbəbdən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən media nümayəndələrinin strateji əhəmiyyəti artır. Bu jurnalistlər yalnız informasiya ötürücüsü deyil, eyni zamanda milli maraqların qoruyucusu, ictimai rəy formalaşdırıcısı və lobbiçilik vasitəsidir. Bu sahədə uğur qazanmaq üçün isə peşəkar kadr hazırlığı əsas şərtdir. Gənc jurnalistlərin yalnız ali təhsil alması kifayət etmir – onlar daim üzərlərində işləməli, müasir informasiya texnologiyaları, beynəlxalq media etikası və strateji kommunikasiya, süni intellekt sahələrində bilik və bacarıqlarını artırmalıdırlar. Xüsusilə, xaricdə çalışan jurnalistlər üçün mütəmadi təlim və seminarların təşkili zəruridir. Bu təlimlər həm onların peşəkarlıq səviyyəsini artıracaq, həm də dövlətin informasiya siyasətinə uyğun fəaliyyət göstərmələrinə dəstək olacaq”.


F.Abbasovun fikrincə, Azərbaycanın xaricdə fəaliyyət göstərən media nümayəndələrinin başlıca rolunu artırmaq üçün təhsilə diqqət artırılmalı, peşəkar jurnalist və politoloqlar yetişdirmək və onları diaspor və ya lobbiçilik yolu ilə Rusiyanın öndə gedən mətbuat orqanlarına yerləşdirmək lazımdır: 

“Dövlət nümayəndələri səviyyəsində lobbiçilik siyasəti qeyri-mümkün olduğu üçün xaricdə yaşayan jurnalistlərin üzərinə lobbiçilik fəaliyyəti düşür. Nəinki Rusiyada, digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz Ermənistan mediasının ölkəmizə qarşı yeritdiyi dezinformasiya siyasətinə qarşı ciddi mübarizə aparmalıdır. Bəzən jurnalistlər fəaliyyətlərinə rəsmi qurumlardan lazımi dəstək görmədikləri üçün narahatlıq keçirir və zamanla fəaliyyətlərini passivləşdirirlər. Halbuki, bu şəxslər dövlətin xarici siyasət kursunun təbliğində mühüm rol oynaya bilərlər. Ona görə də Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar xaricdə yaşayan jurnalist və politoloqlara sistemli dəstək göstərməli, onların fəaliyyətlərini təşviq etməlidirlər. İnformasiya savaşı artıq müasir dövrdə hərbi savaş qədər önəm kəsb edir. Ona görə də Azərbaycanın informasiya təhlükəsizliyi və milli maraqlarının müdafiəsi üçün xaricdə fəaliyyət göstərən jurnalistlərin gücləndirilməsi strateji vəzifədir. Bu məqsədlə dövlətin dəstəyi, peşəkar kadr hazırlığı, təlim proqramları və koordinasiyalı fəaliyyət vacib şərtlərdir. Yalnız bu halda Azərbaycan səsini dünyaya daha effektiv şəkildə çatdıra və Ermənistanın dezinformasiya siyasətinə qarşı mübarizədə üstünlük əldə edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri