Icma.az
close
up
RU
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət

Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün qlobal ticarət sadəcə məhsulların istehsal olunduğu yerdən istehlakçıya çatdırılması ilə bitmir, eyni zamanda, yüklərin vaxtında, sürətli, təhlükəsiz və səmərəli çatdırılmasını labüd edir. Bu tələblərin həyata keçirilməsi üçün kifayət qədər nəqliyyat vasitələri olmalı, rəqabətədavamlı mühit yaradılmadır. Avtomobil nəqliyyatının yükdaşımalarda önəmli paya sahib olduğunu nəzərə alsaq, bu istiqamətdə də addımların atılması yükdaşıma şirkətlərinin bu sektora marağının cəlb edilməsində mühüm rol oynaya bilər. Bu, ölkədaxili ticarətin stimullaşdırılması üçün də vacibdir. Bir çox ölkələr biznes məqsədli nəqliyyat vasitələrinin idxalında bir sıra vergi və gömrük güzəştləri tətbiq edir ki, bu da, ölkədaxili və beynəlxalq ticarətin, o cümlədən logistikanın inkişafına əhəmiyyətli töhfə verir.

Oxu.Az xəbər verir ki, "Report" bu yazıda Azərbaycanda bu istiqamətdə görülən işləri, beynəlxalq təcrübələri araşdırıb.

Ticarətin beynəlxalq miqyasda artımı ilə yükdaşıma və logistika sektorlarının da üzərinə böyük məsuliyyət düşür. Avtomobillər yükdaşıma prosesində ciddi alət olub ticarətin sürətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq bir sıra ölkələr biznes məqsədli avtomobillərin gömrük vergilərinə güzəştlər tətbiq edir. Həmin ölkələr yükdaşıma sektorunu təşviq edərək ticarətin daha səmərəli olmasına şərait yaradır. Bu ölkələr sırasında ABŞ, Tailand, Çin, Hindistan, Avropa İttifaqı ölkələrindən Almaniya, Fransa, İspaniya, o cümlədən qonşu Türkiyə var və Rusiya da bu istiqamətdə təkliflər hazırlayır.

Məsələn, Almaniya biznes məqsədilə gətirilən avtomobillər üçün xüsusi vergi güzəştləri təklif edir. Bundan əlavə, illik idxal limitlərini ötmədiyi halda bu avtomobillərə daha aşağı gömrük rüsumları tətbiq olunur. Bu cür güzəştlər logistika xərclərini azaltmaqla ticarətin sürətlənməsinə kömək edir.

Biznes məqsədli nəqliyyat vasitələri üçün tətbiq olunacaq vergilər malın CIF ("Cost, Insurance and Freight" - dəyər, sığorta və fraxt) dəyərinə əsasən müəyyənləşdirilir. Bu dəyər avtomobillərin satış qiyməti, sığorta və çatdırılma xərclərinin cəmidir. Avropa İttifaqına daxil olmayan ölkələrdən idxal edilən bu cür avtomobillər üçün əsasən 10% dəyərində gömrük vergisi tətbiq olunur.

ABŞ-də biznes məqsədilə idxal edilən nəqliyyat vasitələri üçün aşağı gömrük rüsumları və sürətləndirilmiş idxal prosedurları təklif olunur. Bu yanaşma biznes avtomobilləri üçün daha az bürokratiya və vergi güzəştləri ilə yükdaşımalar sahəsində üstünlüklər yaradır. Yüngül yük pikap avtomobilləri, ortatonnajlı və ağır yük maşınları müxtəlif gömrük rüsumu dərəcələrinə əsasən vergiyə cəlb edilir. Bununla yanaşı, pikap avtomobilinin mənşə ölkəsi ilə ABŞ arasında mövcud olan ticarət sazişləri gömrük rüsumlarını azalda bilər.

Həmçinin pikap avtomobilinin istifadə məqsədi, məsələn, yük daşınması və ya xidmətlərin göstərilməsi, gömrük ödənişlərinin hesablanmasında əhəmiyyətli rol oynayır. Bu cür fərqləndirmələr idxal prosedurlarını daha çevik və biznes üçün daha əlverişli edir.

Çində biznes məqsədilə gətirilən avtomobillərə ümumilikdə aşağı gömrük vergisi tətbiq olunur ki, bu, xüsusilə böyük logistika şirkətlərinə cəlbedici vəziyyət yaradır. Yükdaşımaya ayrılan diqqət Çinin logistika sektorunun da böyüməsinə dəstək olur.

Çin idxal edilən biznes məqsədli avtomobillərin gömrük məsələlərini sadələşdirmək və bir sıra istiqamətlər üzrə maliyyəni azaltmaq məqsədilə 2024-cü ildə bəzi dəyişikliklər həyata keçirib. Belə ki, biznes məqsədli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium karbonat və kobalt karbonat kimi mühüm xammaddələrə tətbiq olunan idxal vergisi 5%-dən 0%-ə endirilib. Bu addım yeni elektrikli avtomobillərin qiymətini azaltmaq üçün həyata keçirilib.

Türkiyədə isə biznes məqsədilə gətirilən avtomobil idxalına istiqamətlənən müvafiq güzəştlər var. Xüsusilə Türkiyədə İnvestisiya Təşviq Sertifikatı ilə idxal ediləcək nəqliyyat vasitələri üçün gömrük rüsumundan azad oluna bilər. Bu sənəd investorlara idxalda müxtəlif üstünlüklərdən yararlanmaq imkanı verir.

Türkiyədə biznes məqsədli avtomobillərin idxalında tətbiq ediləcək gömrük vergisi dərəcələri əsasən avtomobilin modelinə, mühərrik gücünə, mənşə ölkəsinə və avtomobillərin istifadə məqsədinə görə dəyişir. Məsələn, biznes məqsədli ortatonnajlı nəqliyyat vasitələrində (pikap, mikroavtobus) əsasən gömrük vergisi 10-20% arasında dəyişir. Ancaq Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillər üçün Gömrük İttifaqı razılaşmasına əsasən, gömrük vergisi tətbiq edilmir. Biznes məqsədli iritonnajlı nəqliyyat vasitələrində isə gömrük vergisi 10%-dək tətbiq olunur ki, bu da aşağı göstəricidir.

Rusiyada hazırda yükdaşımalar üçün nəzərdə tutulan pikapların gömrük rəsmilləşdirilməsi minik abtomobillərindən 40-50% daha ucuz başa gəlir. Bunun əsas səbəbi gömrük rəsmiləşdirilməsi zamanı pikapların təsnifatından asılı olaraq tətbiq edilən rüsum və yığım məbləğlərinin fərqli olmasıdır.

Əgər pikap minik avtomobili kimi təsnif edilərsə, yığım məbləği avtomobilin yaşından asılı olaraq 1.2-1.6 milyon rubl (11 min 813 - 15 min 751 ABŞ dolları) arasında dəyişir. Lakin pikap yük avtomobili kimi tanınarsa, utilizasiya yığımı cəmi 64.2 min rubldan (632 ABŞ dolları) 93.4 min rubla (919 ABŞ dolları) qədər təşkil edir. Bu, biznes məqsədli pikaplar üçün utilizasiya yığımının 17-19 dəfə daha az olması deməkdir. Beləliklə, pikapların təsnifatı idxalın maya dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda isə mənzərə fərqlidir. Ölkəmizin coğrafi mövqeyi onun tranzit əhəmiyyətini artırır və logistika mərkəzinə çevirilməsinə xüsusi önəm daşıyır. Bir sıra mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı və bu istiqamətdə layihələrin təşəbbüskarı kimi Azərbaycanda biznes məqsədli nəqliyyat vasitələrinə ehtiyac yaranır. Ölkəmizin qlobal ticarət zəncirində öz yerini qoruması və daha da irəli getməsi üçün yükdaşımalarına nəqliyyat vasitələrinin cəlbi mühüm önəm daşıyır. Lakin bu nəqliyyat vasitələrinə digər minik vasitələri ilə müqayisədə eyni gömrük və vergi rüsumlarının tətbiqi bəzi üstünlüklərin qarşısını alır. Belə ki, xüsusilə logistika şirkətləri və daşımalarla məşğul olan sahibkarlar ticarətin sürətlənməsi və genişləndirilməsində bu cür nəqliyyat vasitələrindən daha geniş istifadə edə bilmirlər. Rüsumlara güzəştin tətbiq edilməməsi nəqliyyat vasitələrinin sayının azlığına, sürətli daşımaların həyata keçirilməməsinə, biznes məqsədli nəqliyyat vasitələri parkının yenilənməməsinə, daşıma xərclərinin baha olmasına səbəb olur. Bu istiqamətdə atılacaq müsbət addımlar ölkədə biznesin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, qeyd edilən sahənin təşviqi baxımından da önəm daşıyır. Təbii ki, Azərbaycanda yükdaşıma təyinatlı nəqliyyat vasitələrinin idxalında müəyyən stimullaşdırıcı addımlar var. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana istismar müddəti 10 ildən artıq olan avtomobillərin idxalı məhdudlaşdırılıb. Amma yükdaşımaya cəlb olunacaq avtomobillərin idxalında bu cür məhdudiyyət tətbiq edilmir. Bu, ölkədə yükdaşımalara avtomobillərin cəlbinə müəyyən töhfə verir.

Azərbaycanda biznes məqsədli avtomobillərin idxalına vergi və gömrük güzəştləri tətbiq olunsa, daşınma xərcləri əhəmiyyətli dərəcədə azalacaq və bu da kiçik biznes sahiblərinin ticarətdə daha rəqabətədavamlı olmasına şərait yaradacaq. Belə güzəştlər xüsusilə fermerlər üçün məhsullarını bazarlara daha sərfəli şərtlərlə tədarük etmək imkanı yaradar, nəticədə qiymət artımının qarşısını alar və məşğulluğun artmasına töhfə verər.

Biznes məqsədli avtomobillərə xüsusi gömrük vergi rejiminin tətbiqi ölkələrin ticarət potensialına birbaşa təsir edən mühüm amillərdəndir. Azərbaycan bu sahədə bəzi ölkələrdən geri qalsa da, lazımi islahatları həyata keçirməklə kiçik biznesi stimullaşdırmaq və ticarət axınını sürətləndirmək potensialına malikdir.

Eyni zamanda, ölkələr arasında gömrük vergisi dərəcələrinin müxtəlifliyi beynəlxalq rəqabət gücünü müəyyənləşdirən əsas faktorlardan biridir. Bu səbəbdən, vergi güzəştləri daşınma sektorunun iqtisadi təsirini artırmaq və ölkənin logistika potensialını gücləndirmək üçün strateji bir vasitə ola bilər.

Son olaraq, qlobal ticarətin sürətli və səmərəli şəkildə inkişafı üçün nəqliyyat sistemlərinin optimallaşdırılması və müasir tələblərə uyğunlaşdırılması vacibdir. Bu səbəbdən biznes məqsədli avtomobillərin idxalı və logistika sektorunun inkişafı olduqca əhəmiyyətlidir. Bir çox ölkə bu sahəyə yönəlmiş vergi və gömrük güzəştləri ilə ticarətin sürətini artırmağa və iqtisadiyyatlarını daha da gücləndirməyə çalışır. Azərbaycanda isə strateji coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərinə daxil olması ölkənin yükdaşımaları sahəsində daha da irəliləməsinə imkan yaradır. Bununla belə, ölkəmizdə biznes məqsədli nəqliyyat vasitələrinin vergi və gömrük sistemində ediləcək bəzi dəyişikliklərə bu inkişafa əlavə təkan verə bilər. Bu addımların atılması, yalnız yerli ticarətə deyil, həm də beynəlxalq logistika şəbəkələrinə Azərbaycanın təsirini artıracaq və ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Dekabr 2024 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see200

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see149

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see139

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see136

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see134

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see132

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see132

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see131

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see130

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see130

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see129

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see128

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see128

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see126

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see125

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see125

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see121

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see121

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see120

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri