Icma.az
close
up
RU
Biznes mexanizmləri ölkə iqtisadiyyatını modernləşdirir

Biznes mexanizmləri ölkə iqtisadiyyatını modernləşdirir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özəl bölmənin inkişafı “sabit”dən “müsbət”ə yüksəlib

Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri sı­rasında özəl sektorun gücləndirilmə­si, sahibkarlıq fəaliyyətinin genişlən­dirilməsi və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun artırılması xüsusi yer tutur. Bu məqsədlə sis­temli layihələrin həyata keçirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlara maliyyə dəstəyinin güc­ləndirilməsi və yeni iqtisadi təşəb­büslərin təşviq edilməsi ölkənin iq­tisadi potensialının daha səmərəli reallaşdırılmasına əlverişli şərait yaradır. 

Bu strategiyanın əsas xüsusiyyətlə­rindən biri dövlət və özəl sektor arasın­da əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasıdır. Çün­ki müasir iqtisadi şəraitdə respublikanın rəqabət qabiliyyəti təkcə təbii ehtiyatlarla və istehsal potensialı ilə deyil, eyni zaman­da, özəl sektorun fəallığı, innovasiyalara açıqlığı, investisiya imkanları və yeni ba­zarlara çıxış qabiliyyəti ilə sıx bağlıdır. 

Bu baxımdan Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi imkanların ge­nişləndirilməsi və maliyyə dayanıqlılığı­nın möhkəmləndirilməsi diqqətçəkən ha­disədir. “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi adıçəkilən fondun uzun­müddətli kredit reytinqi üzrə proqnozunu “sabit”dən “müsbət”ə yüksəltməsi də hə­yata keçirilən struktur dəyişikliklərin və dövlətin sahibkarlığa dəstək siyasətinin beynəlxalq səviyyədə müsbət qiymətləndi­rilməsinin göstəricisidir. 

Beynəlxalq qiymət nüfuz və etimadı artırır 

“S&P Global Ratings” ABDF-nin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB/B” səviyyəsində təs­diqləməklə yanaşı, uzunmüddətli reytinq üzrə proqnozu “pozitiv”ə yüksəldib. Bu qərarın əsas səbəblərindən biri Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə struktur islahatları çərçivəsində Sahibkarlığın İnkişafı Fondu və Azərbay­can İnvestisiya Şirkətinin birləşdirilərək ABİF-nin yaradılmasından sonra yüksək nəticələrin əldə edilməsi olub. 

Burada diqqətçəkən məqam odur ki, sözügedən reytinqin özü hazırda dəyişmə­yib, fərqli cəhət onun gələcək inkişaf pers­pektivlərinə dair proqnozdur. Başqa sözlə, “S&P Global Ratings” fondun mövcud kredit reytinqini təsdiqləməklə bərabər, qarşıdakı dövrdə onun maliyyə göstəricilə­rinin yaxşılaşması üçün müsbət imkanların nəzərə çarpdığını bəyan etməsidir. 

Bu yanaşma, ilk növbədə, həyata keçirilən struktur dəyişikliklərinin əhə­miyyətini göstərir. İki mühüm maliyyə institutunun vahid idarəetmə və fəaliyyət mexanizmi ətrafında birləşdirilməsi sa­hibkarlığın dəstəklənməsi sahəsində re­sursların daha məqsədyönlü istifadəsinə, maliyyə vasitələrinin əlaqələndirilməsinə və dövlət siyasətinin icrasında vahid ya­naşmanın formalaşdırılmasına xidmət edir. 

ABİF yaranana qədər sahibkarlara güzəştli maliyyə vəsaitlərinin ayrılması, investisiya layihələrinin dəstəklənməsi və biznes təşəbbüslərinin təşviq olunma­sı müxtəlif mexanizmlər vasitəsilə həyata keçirilirdi. Yeni hüquqi model isə bu im­kanların vahid platformada birləşdirilmə­si üçün əlverişli zəmin yaradır. Beləliklə, sahibkarların maliyyə ehtiyaclarının daha sistemli qiymətləndirilməsi, layihələrin iq­tisadi səmərəliliyinin müəyyənləşdirilməsi və dəstək mexanizmlərinin çevik tətbiq edilməsi imkanları genişlənir. 

“S&P Global Ratings”in qiymətlən­dirməsində də bu amillərə xüsusi diqqət yetirilib. Agentliyin qənaətinə görə, ABDF dövlətin iqtisadi siyasətinin həyata keçiril­məsində mühüm rolunu davam etdirəcək, qarşıdakı illərdə borc yükünü minimum sə­viyyədə saxlayacaq və ölkədə iqtisadi şə­raitin yaxşılaşmasından faydalana biləcək. 

Maliyyə mexanizminin təkmilləşdirilməsi 

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, ABİF-nin fəaliyyətində aparılan dəyişikliklərin mühüm istiqamət­lərindən biri idarəetmə və əməliyyat mexa­nizmlərinin yenidən qurulmasıdır. “S&P Global Ratings”in məlumatına əsasən, ABDF 2025-ci ilin sonunda idarəetmə strukturunun formalaşdırılmasını başa çat­dırıb. Sonrakı mərhələdə əməliyyat prose­durları vahidləşdirilib, risklərin idarə edil­məsi mexanizmlərinə yenidən baxılıb və maliyyə təşkilatlarına kreditləşmənin bər­pası istiqamətində zəruri addımlar atılıb. 

Xüsusilə 2026-cı ilin fevralında yeni limitlər sisteminin təsdiqlənməsindən son­ra maliyyə təşkilatlarına kreditləşmənin bərpa olunması fondun fəaliyyətində yeni mərhələnin başlanması kimi qiymətləndi­rilir. Bu, maliyyə ehtiyatlarının hərəkətinin bərpası ilə bərabər, həm də kredit risklə­rinin daha dəqiq müəyyənləşdirilməsi və vəsaitlərin səmərəli yerləşdirilməsi baxı­mından əhəmiyyətlidir. 

Eyni zamanda, ABDF-nin sahibkar­lar üçün bir sıra yeni maliyyə məhsulları təqdim etməsi də diqqətəlayiqdir. Çünki biznes subyektlərinin maliyyə ehtiyacları eyni xarakter daşımır. İstehsal müəssisə­sinin, aqrar sektorda fəaliyyət göstərən sahibkarın, ixracatçının, innovativ layihə həyata keçirən şirkətin və kiçik biznes nümayəndəsinin maliyyə tələbləri fərqli­dir. Bu səbəbdən dəstək mexanizmlərinin şaxələndirilməsi sahibkarlığın müxtəlif is­tiqamətlərində fəaliyyət göstərən subyekt­lərin imkanlarını genişləndirir. 

Samir Heydərovun fikrincə, “S&P Global Ratings”in iki qurumun birləşdi­rilməsi prosesində ciddi əməliyyat çətin­liklərinin qeydə alınmadığını bildirməsi də müsbət göstəricidir. Bu, struktur dəyi­şikliklərinin idarəolunan şəkildə həyata keçirildiyinin və maliyyə sabitliyinə ciddi mənfi təsir etmədiyinin təsdiqidir. 

Əslində, hər hansı maliyyə institutu­nun uğurlu fəaliyyəti təkcə onun sərənca­mında olan vəsaitlərin həcmi ilə ölçülmür. İdarəetmənin keyfiyyəti, risklərin qiymət­ləndirilməsi, maliyyə resurslarının geri qaytarılması, kredit portfelinin sağlamlığı və şəffaflıq da əsas meyarlar sırasındadır. Bu baxımdan ABDF-də həyata keçirilən dəyişikliklər bu maliyyə qurumunun uzun­müddətli dayanıqlılığının təmin olunması­na xidmət edir. 

İqtisadi siyasətin üstün hədəfləri 

Azərbaycanda biznesin inkişafına dövlət dəstəyinin artırılmasını zəruri edən əsas amillərdən biri iqtisadiyyatın neft-qaz sektorundan asılılığının tədricən azaldıl­masıdır. Ölkənin enerji ehtiyatları iqtisadi inkişafın, infrastruktur quruculuğunun və sosial proqramların maliyyələşdirilməsin­də mühüm rol oynasa da, uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımın re­allaşdırılması qeyri-neft sektorunun geniş­ləndirilməsini zəruri edir. 

Xüsusilə neft hasilatının azalma­sı fonunda qeyri-neft sənayesinin, kənd təsərrüfatının, emal sektorunun, turizmin, nəqliyyat-logistika xidmətlərinin və digər sahələrin inkişafı xüsusi diqqətdə saxlanı­lır. Bu istiqamətlərdə özəl investisiyaların cəlb edilməsi, yeni müəssisələrin yaradıl­ması və mövcud istehsal potensialının ge­nişləndirilməsi isə əlverişli maliyyələşmə mexanizmlərinin mövcudluğundan əhə­miyyətli dərəcədə asılıdır. 

“S&P Global Ratings” də öz qiymət­ləndirməsində hökumətin neft hasilatının azalmasını nəzərə alaraq özəl qeyri-neft sektorunun stimullaşdırılmasına mühüm önəm verdiyini vurğulayır. Agentliyin məlumatına görə, hökumət hazırda ABDF vasitəsilə göstərilən dəstəyin həcminin ar­tırılması imkanlarını nəzərdən keçirir. 

Bu yanaşma iqtisadi siyasətin uzun­müddətli hədəfləri ilə uzlaşır. Çünki qey­ri-neft sektorunun inkişafı təkcə istehsal göstəricilərinin artırılması demək deyil. Bu proses, eyni zamanda, yeni iş yerlərinin yaradılması, regionlarda iqtisadi fəallığın yüksəldilməsi, ixrac potensialının geniş­ləndirilməsi, idxaldan asılılığın azaldılma­sı və dövlət büdcəsinin gəlir mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhə­miyyətə malikdir. 

Məhz buna görə də sahibkarlığa göstə­rilən dövlət dəstəyində səmərəliliyin yük­səldilməsi iqtisadiyyatın gələcək inkişaf modelinin formalaşdırılmasını sürətlən­dirir. Burada əsas məqsəd dövlət vəsait­lərinin mövcud biznes fəaliyyətinin qo­runması ilə bərabər, həm də yeni istehsal sahələrinin yaradılmasına, texnoloji yeni­liklərin tətbiq edilməsinə və yüksək əlavə dəyər formalaşdıran layihələrin reallaşdı­rılmasına yönəldilməsidir. 

Dövlət dəstəyi uğura yönəldir 

ABDF-nin fəaliyyətinin önəmini bu quruma və onun əvvəlki strukturlarına döv­lətin ayırdığı maliyyə resursları da aydın nümayiş etdirir. “S&P Global Ratings”in məlumatına əsasən, 2022–2026-cı illərdə Azərbaycan hökuməti ABDF-yə və onun əvvəlki strukturlarına 263 milyon manat vəsait yönəldib. Bununla yanaşı, fond va­sitəsilə subsidiyaların maliyyələşdirilməsi üçün əlavə 250 milyon manat ayrılıb. 

Qeyd olunan dövrdə sahibkarlığa dəstək mexanizmləri çərçivəsində dövlət tərəfin­dən yönəldilən vəsaitlərin ümumi həcmi 513 milyon manata çatıb. Bu rəqəm dövlətin biznes mühitinin inkişafına, sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə və iqtisadi fəallığın stimullaşdırılmasına verdiyi əhəmiyyəti ifadə edir. 

Lakin dövlət dəstəyinin miqyasının genişlənməsi ilə yanaşı, onun iqtisadi nə­ticələrinin dəqiq qiymətləndirilməsi də xü­susi önəm daşıyır. Ayrılan vəsaitlərin hansı sahələrə yönəldilməsi, nə qədər yeni isteh­sal gücünün yaradılması, neçə iş yerinin açılması, ixracın hansı həcmdə artması və layihələrin iqtisadi səmərəliliyi əsas qiy­mətləndirmə meyarları olmalıdır. 

Bu baxımdan dövlət maliyyə dəstəyi­nin nəticəyönümlü mexanizmlər əsasında həyata keçirilməsi zəruridir. Güzəştli kre­ditlər və subsidiyalar sahibkarların maliy­yə yükünü azaltmaqla bərabər, onların yeni texnologiyalara investisiya yatırmasına, istehsal proseslərini genişləndirməsinə və rəqabət qabiliyyətini yüksəltməsinə im­kan yaratmalıdır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurs­larına çıxışının asanlaşdırılması bu siyasə­tin mühüm istiqamətləri sırasında daha çox diqqət çəkir. Çünki kiçik və orta biznes iqtisadiyyatın çevikliyini gerçəkləşdirən, məşğulluğun genişlənməsinə və yerli is­tehsalın inkişafına müsbət təsir göstərən əsas iqtisadi qüvvələrdən biridir. 

Beynəlxalq reytinq agentliyinin he­sabatında fondun fəaliyyətində diqqət yetirilən digər mühüm məsələ kredit risk­lərinin idarə olunmasıdır. Agentliyin qiy­mətləndirməsinə görə, ABDF üçün əsas kredit risklərindən biri maliyyə təşkilat­larına, o cümlədən dövlət proqramlarının icrası çərçivəsində verilən vəsaitlərin yer­ləşdirilməsidir. 

Bu yanaşma maliyyə institutlarının fəaliyyətində risklərin düzgün qiymət­ləndirilməsinin nə qədər zəruri olduğunu göstərir. Sahibkarlığa dəstək məqsədilə ayrılan vəsaitlərin səmərəli idarə olunma­sı, onların vaxtında geri qaytarılması və maliyyə sabitliyinin qorunması fondun gələcək imkanlarını müəyyənləşdirən əsas amillərdən biridir. 

Gözləntilər inkişafdan xəbər verir 

ABDF-nin İqtisadiyyat Nazirliyinin himayəsi ilə bu sahədə siyasəti həyata ke­çirən vahid maliyyə institutuna çevrilməsi idarəetmə baxımından da mühüm yeni­likdir. Fondun Müşahidə Şurasına iqtisa­diyyat nazirinin rəhbərlik etməsi, şuranın tərkibinə hökumətin digər yüksəkvəzifəli nümayəndələrinin daxil olması dövlətin sahibkarlığın inkişafına dəstək siyasətinin əlaqələndirilməsini şərtləndirir. 

Belə bir model iqtisadi siyasətin prio­ritetləri ilə maliyyə dəstəyi mexanizmləri arasında daha sıx əlaqənin qurulmasına imkan verir. Eyni zamanda, müxtəlif döv­lət proqramları çərçivəsində sahibkarlara ayrılan vəsaitlərin koordinasiyası, maliyyə resurslarının prioritet istiqamətlər üzrə bö­lüşdürülməsi və layihələrin nəticələrinin qiymətləndirilməsi üçün hüquqi zəmin ya­radır. Bu modelin uğuru isə, ilk növbədə, sa­hibkarların real ehtiyaclarına uyğun maliyyə məhsullarının hazırlanmasından, qərarların çevik qəbul edilməsindən və dəstək mexa­nizmlərinin iqtisadi nəticələrindən asılıdır. 

Xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların maliyyələşmə imkanlarının genişləndirilməsi, emal müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və emalı zəncirinin inkişafına önəm verilməsi, ixracyönümlü layihələ­rin dəstəklənməsi kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Çünki iqtisa­diyyatın şaxələndirilməsi təkcə paytaxtda və iri sənaye mərkəzlərində deyil, həm də ölkənin bütün iqtisadi rayonlarında sahib­karlıq fəallığının artırılmasını tələb edir. 

Ekspertlərin qənaətinə görə, “S&P Global Ratings”in ABDF ilə bağlı qərarı qarşıdakı dövr üçün müəyyən gözləntiləri də əks etdirir. Agentlik bildirir ki, növbəti 12-18 ay ərzində Azərbaycanın kredit qa­biliyyətinin yaxşılaşması və ya ölkədə fəa­liyyət göstərən bankların üzləşdiyi kredit risklərinin azalması fondun reytinqlərinin yüksəldilməsi üçün əsas yaradır. 

Bununla belə, belə bir qiymətləndirmə­nin əldə olunması ABDF-nin beynəlxalq maliyyə mühitində mövqeyinin möhkəm­ləndirilməsi və fəaliyyətinə etimadın ar­tırılması baxımından müsbət əhəmiyyət daşıyır. Xüsusilə beynəlxalq maliyyə ins­titutları ilə əməkdaşlığın genişləndirilməsi, investisiya resurslarının cəlb olunması və sahibkarlığın maliyyələşdirilməsi sahəsin­də yeni imkanların formalaşdırılması baxı­mından diqqət çəkir. 

Nəticə etibarilə, ABDF-nin fəaliyyə­tində həyata keçirilən struktur dəyişiklik­ləri və “S&P Global Ratings”in pozitiv proqnozu respublikada biznesin inkişafına dövlət dəstəyinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm göstəricidir. Bu prosesin əsas hədəfi sahibkarlara ma­liyyə vəsaiti ayırmaqla məhdudlaşmamalı, özəl sektorun iqtisadiyyatdakı rolunun ar­tırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə, investisiya fəallığının yüksəldilməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət etməlidir. 

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri